Fevral 10, 2021
Müəllimlər üçün yeni müsabiqəyə start verildi

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.
525.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
Sosial ədalətin təmin edilməsi dövlət siyasətinin əsas prioritetidir
Ölkədəki inkişafdan hər bir vətəndaşın layiqincə bəhrələnməsi qarşıya vacib vəzifə kimi qoyulub
Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi məqsədilə mütəmadi olaraq mühüm qərarlar qəbul etməsi danılmaz faktdır. Dövlət başçısının bu il fevralın 5-də “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzaladığı sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq cari il yanvarın 1-dək təyin olunmuş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində sözügedən tarixədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.
Ardını oxu »Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kosmos Proqramının hədəflərini açıqlayıb
Prezident Administrasiyasının inzibati binasında Türkiyə Milli Kosmos Proqramının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kosmos Proqramının hədəflərini açıqlayıb.
Ardını oxu »Tovuzda kartof səpininə start verildi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin müəyəyn etdiyi strateji hədəflərdən biri də kartofçuluğun inkişafı, təzə kartof istehsalının artırılmasının dəstəklənməsi, həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə istehsal potensialının gücləndirilməsidir.
Ardını oxu »Qarabağda radio kanalının açılması üçün müsabiqə başladı

Bu gündən Milli Televiziya və Radio Şurası tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə elan olunan müsabiqə başlayıb.
525.az-ın məlumatına görə, müsabiqə martın 12-dək davam edəcək.
Ardını oxu »Moskvada “Yeddi gözəl” baleti nümayiş olunub

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Moskvada yeni quruluşda nümayiş olunub.
525.az APA-ya istinadən xəbər verir ki, tamaşanı Moskva vilayəti Dövlət Akademik Balet Teatrı Moskva Quberniya Teatrının səhnəsində təqdim edib.
Ardını oxu »95 min pensiya və təqaüd təyinatı e-qaydada aparılıb

Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 11 mini pensiya, 84 mini müavinət və təqaüd təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bu sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.
Ardını oxu »Milli Məclisin deputatının Ermənistanı ifşa edən məqaləsi İspaniya mətbuatında

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin sədr müavini Kamal Cəfərovun Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinə dair məqaləsi İspaniya mətbuatında dərc edilib.
“İki sahil” xəbər verir ki, məqaləni İspaniyanın 1881-ci ildən nəşr edilən və ən çox oxunan qəzeti “La Vanguradia” işıqlandırıb.
Ardını oxu »İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunur.
Son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün atılan addımlar, yaradılan şərait, yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının inşa olunması, əsaslı şəkildə yenidən qurulması bunu söyləməyə əsas verir.
Ardını oxu »