Fevral 11, 2021

Sabiq səfir: İranın XİN rəhbəri Paşinyanı məzəmmət edib

sabiq-sefir-iranin-xin-rehberi-pashinyani-mezemmet-edib

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyanın yarıtmaz siyasətinin ağır nəticələrindən danışıb.

“İki sahil” azvision-a istinadən xəbər verir ki, keçmiş səfir bir müddət əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İrəvanda Paşinyanla görüşü zamanı onu məzəmmət etməsi barədə məlumat əldə etdiyini deyib.

Ardını oxu »

Yalnız bu yolla yoluxma zəncirini qırmaq olar

yalniz-bu-yolla-yoluxma-zencirini-qirmaq-olar

Fevralın 8-dən ölkəmizdə 65 və daha yuxarı yaşda olan vətəndaşların vaksinasiyasına başlanılıb. Lakin risk qrupunda olan hər kəs yaşadığı ərazidə sahə poliklinikasına müraciət edib, vaksinasiya oluna bilər.

 “İki sahil” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBIB) işçi qrupunun üzvü Vüsalə Yaşar deyib. O bildirib ki, insanların qorxulu kabusuna çevrilən kooronavirus pandemiyasından xilas yolu vaksinasiyadır.

Ardını oxu »

İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib

001 (7)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev dedi: -Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.

Ardını oxu »

Türk Hava Yolları Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır

Image 46.01

Türk Hava Yollarının Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztür və Türk Hava Yollarının Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.

Ardını oxu »

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov COVID-19 əleyhinə peyvənd olunub

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Sumqayıt şəhərində də vaksinasiya prosesi uğurla davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün COVID-19 əleyhinə peyvənd olunub.

Ardını oxu »

İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə növbəti görüş keçirilib

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

Görüş rayonun ən ucqar Qaraqaya, Zərnəva və Namazgah kəndlərində pandemiya qaydalarına uyğun baş tutub. Qazilərimiz və ailə üzvləri ölkə rəhbəri,  Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla rayon rəhbərinə və Millət vəkilinə diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Ardını oxu »

Qarabağ savaş meydanından tikinti meydançasına çevrilir

İldırım sürətli qələbə və onun ardınca işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülhə, əminamanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu bütün dünyaya bəyan edir.

Qarabağda 30 illik işğal siyasəti yeridən Ermənistanın necə amansız və dağıdıcı varvar olduğunu artıq dünya dərk etməkdədir. Bizim haqq işimizə dəstək verənlər qurub yaratdıqlarımızı, bütünlükdə sülh təşəbbüslərimizi alqışlayır və təlqin edir.

Ardını oxu »

Mehriban Əliyeva ICESCO-nun keçirdiyi tədbirdə çıxış edib

Mehriban Əliyeva ICESCO-nun keçirdiyi tədbirdə çıxış edib<b style="color:red"></b>

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.

Ardını oxu »

Zakir Həsənov Türkiyəyə gedib

Zakir Həsənov Türkiyəyə gedib<b style="color:red"></b>

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.

Ardını oxu »

“YAŞAT” Fondu qazilərimizi Türkiyəyə müalicəyə göndərdi

“YAŞAT” Fondu qazilərimizi Türkiyəyə müalicəyə göndərdi<b style="color:red"></b>

Ağır yaralanan qazilərimiz  İsayev Valeh Mehrac oğlu, Həmidov Məhərrəm Əliəşrəf oğlu və Rəsulov Elşad Əlmurad oğlu “YAŞAT” Fondu tərəfindən bu gün səhər saatlarında Türkiyəyə göndəriliblər.

525.az xəbər verir ki, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 23
  • 7
  • 8,763
  • 14,915
ILK-10 Azeri Website Directory