Fevral 12, 2021

Baş konsulumuzdan ermənipərəst konqresmenlərə cavab

Baş konsulumuzdan ermənipərəst konqresmenlərə cavab <b style="color:red"></b>

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ermənipərəst mövqeləri ilə seçilən ABŞ konqresmenləri Adam Şif (Adam Schiff) və Cəki Spierin (Jackie Speier) bu yaxınlarda dərc etdirdikləri, Azərbaycanı hədəf alan, saxta məlumatlarla zəngin və qərəzli məqaləyə cavab məqaləsi ilə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan 525.az-a verilən xəbərə görə, məqalə fevralın 11-də ABŞ-ın “Medium” portalında dərc olunub.

Ardını oxu »

Azərbaycan yaxın gələcəkdə həm də “yaşıl enerji” məkanı olacaq

Müasir dövrdə dünyanın qabaqcıl ölkələrində alternativ və bərpaolunan enerji mənbələrindən istifadə getdikcə genişlənir.

Bu baxımdan Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinin yaranmasına üstünlük verilir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu məsələ özünə önəmli yer alıb. Sənəddə qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Həmçinin elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.

Ardını oxu »

İtkin düşmüş erməni əsgərlərin valideynləri zabiti döyüblər

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra övladlarından hələ də bir xəbər ala bilməyən erməni əsgərlərin valideynləri hərbi hissəyə hücum ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, döyüşlərdə itkin düşmüş erməni hərbçilərin valideynləri tez-tez Ermənistanda etiraz aksiyaları keçirirlər. Bu günlərdə keçirilən etiraz aksiyasının qurbanı hərbi hissənin həkimi olub.

Ardını oxu »

“ABŞ və Rusiya çətin ki, razılığa gəlsin”

"ABŞ və Rusiya çətin ki, razılığa gəlsin"<b style="color:red"></b>

“Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində…”

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində deyib.

Ardını oxu »

Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı<b style="color:red"></b>

Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası başlayıb.

525.az-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

Ardını oxu »

Tovuz: İcra başçısı Vətən müharibəsi iştirakçıları ilə görüşüb

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti dəfə Vətən müharibəsinin iştirakçıları ilə görüşüb.

Görüşdə iştirak edən müharibə iştirakçıları Yusif Hümmətov, Səlim Hüseynov, Elnur Qarayev, Elnur Nağızadə, Şapur Hüseynzadə, Vüqar Aslanov, Səxavət Hüseynov və Elçin Müseyibov şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmışlar.

Ardını oxu »

Goranboy: Şəhid ailələrinin problemləri YAŞAT Fondu tərəfindən həll edilir

YAŞAT Fondu və rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  Vətən Müharibəsi Şəhidləri, Qızılhacılı qəsəbəsindən Qurbanov Fariz Məhəmməd oglunun və Səfıkürd kəndindən  Yusifov Kənan  Fehruz oğlunun ailələri ziyarət olundu,  Fond tərəfindən hər bir ailəyə  10 000 (on min) manat vəsait ödənildi.
Həmçinin Qızılhacılı qəsəbəsində mülki Şəhid  Abbasova Raziyə Bayraməli qızının ailəsi də ziyarət edildi və ailənin sosial qayğıları ilə  maraqlanıldı.

Ardını oxu »

Ağcabədi: COVID-19 infeksiyasına qarşı bu günədək 742 nəfər peyvənd olunub

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq, ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da vaksinasiya prosesinin birinci mərhələsinə start verilib. Rayonda iki gün ərzində COVID-19 infeksiyasına qarşı 742 nəfər peyvənd olunub.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 14
  • 6
  • 8,754
  • 14,906
ILK-10 Azeri Website Directory