Fevral 15, 2021

İqor Korotçenko: Qarabağ müharibəsində Qələbə Prezident İlham Əliyevin siyasətinin zəfəridir


Rusiyalı jurnalist və hərbi ekspert Münhen Təhlükəsizlik Konfransından və “Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclasından ötən bir ildə baş verənləri Azərbaycanın hərbi və siyasi qələbəsi kimi səciyyələndirir

2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilmiş, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etmişdilər.

Ardını oxu »

İşğaldan azad edilmiş ərazilərimizdə ilk su elektrik stansiyası işə salınıb

Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə salıb.

AZƏRTAC xəbər verir ki, bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Ardını oxu »

Çin Kommunist Partiyası YAP-a təmənnasız vaksin göndərir

Çin Kommunist Partiyası YAP-a təmənnasız vaksin göndərir<b style="color:red"></b>

Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

YAP-dan 525.az-a verilən məlumata görə, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib. ÇKP MK-nın nümayəndəsi qeyd edib ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcək və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Ardını oxu »

Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu

Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu <b style="color:red"></b>

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.

525.az xəbər verir ki, BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub. 

Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.  

Ardını oxu »

Astarada Zəfər Parkı salınır

Astarada Zəfər Parkı salınır <b style="color:red"></b>

Astarada Zəfər Parkı salınır.

525.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər Parkı inşa edilir.

Rayonun Heydər Əliyev Prospektində 1400 kv/m sahəsi olacaq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb. Hazırda suvaq işləri davam etdirilir. Suvaq işləri tamamlandıqdan sonra üzlük və tamet daşlarının düzülməsinə başlanılacaq.

Ardını oxu »

Elektrik, su və qaz sayğaclar ilə bağlı qanunlara dəyişiklik edilir

Elektrik, su və qaz sayğaclar ilə bağlı qanunlara dəyişiklik edilir<b style="color:red"></b>

Elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişiklik təklif edilir.

525.az-ın məlumatına görə, bununla bağlı layihə Milli Məclisə daxil olub.

Layihəyə əsasən, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı sualları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunur.

Ardını oxu »

Prezident və birinci xanım Füzuli, Zəngilan, Laçın və Cəbrayılda – Yenilənib

Prezident və birinci xanım Füzuli, Zəngilan, Laçın və Cəbrayılda - <b style="color:red">Yenilənib</b>

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

525.az xəbər verir ki, Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi.

Məlumat verildi ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Ardını oxu »

Tərtər: Təhsil naziri UNICEF və BQXK nümayəndələri ilə birgə müharibə nəticəsində zərər görmüş məktəblərdə olub

Fevralın 12-də təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Tərtərdə ciddi ziyan dəymiş məktəblərlə tanış olub.

Xarici tərəfdaşlar  dağıdılmış binaların, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.

Ardını oxu »

Gədəbəy: RİH-də vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən  Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 01.12.2020-ci il tarixli Sərəncamı ilə «Qubadlının azad olunmasına görə”, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Zeynalabdiyev Elçin Musa oğlu təyin edilmişdir.

Ardını oxu »

Goranboy: Fevralın 15-dən etibarən uşaq bağçalarının fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar olaraq, Goranboy rayon İcra Hakimiyyətində online görüş keçirildi

Online görüşdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyeva, Şöbə müdiri Sərdar Sadıqov, Gigiyena və Epidemiologiya Mərkəzin direktoru Afayat Köçərli və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Videoformatda keçirilən görüşdə rayonda fəaliyyət göstərəcək  bütün bağçalarda dezinfeksiya işləri aparılması, tərbiyəçilər və texniki işçilər tərəfindən  geniş təmizlik və tibbi-profilaktik işlərin görülməsi, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulması, hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturunun ölçülməsi, tərbiyəçilərin müntəzəm olaraq  valideynlərlə əlaqə saxlaması məsələləri müzakirə edilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,118
  • 222
  • 7,644
  • 21,977
ILK-10 Azeri Website Directory