Fevral 16, 2021

İlham Əliyev Belarus səfirini qəbul etdi – Yenilənib

İlham Əliyev Belarus səfirini qəbul etdi - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

525.az xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov dedi:

Ardını oxu »

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Gürcüstan KİV-lərində geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “marneulifm.ge”, “24news.ge”, “aktual.ge”, “report.ge”, “interpress.ge” informasiya portalları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri barədə silsilə materiallar yayıblar.

Ardını oxu »

Ermənistan səfillər ölkəsinə çevrilir

Bu ölkədə yoxsulluğun səviyyəsi 30 faizə çatıb, əhalinin alıcılıq qabiliyyəti 5-6 dəfə azalıb

Ermənistanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, tənəzzül isə durmadan dərinləşməkdədir. Vətəndaşların rifahı daha da pisləşir və  bu vəziyyət sosial narazılığın daha da artmasına səbəb olur. İndi bu ölkədə insanlar gələcəklərinə də nikbin yanaşmır və Ermənistanı tərk etməyə çalışırlar.

Ardını oxu »

Azərbaycan ön sıralardadır

Bu gün Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir. Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar. Əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub.

Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və buradakı nümayəndələrinə vaksinasiya həyata keçirilib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb.

Ardını oxu »

Yoluxmanın azalması heç kəsdə arxayınçılıq hissi yaratmamalıdır

Həkimlərə təşəkkürümüzü bildiririk və vətəndaşlara da çağırış edirik ki, Səhiyyə Nazirliyinin və TƏBİB-in verdiyi tövsiyələrə əsasən peyvənd işində fəallıq göstərsinlər.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Nazirlər Kabinetinin əməkdaşlarının vaksinasiyası zamanı jurnalistlərə deyib.

Ardını oxu »

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə  521, № 7, maddə 831, № 9, maddə 1136) aşağıdakı dəyişikliklər edilsin:

Ardını oxu »

“Ermənilər Türkiyə və Azərbaycanın uzanmış barış əllərini öpməyə hazır olmalıdırlar…”

"Ermənilər Türkiyə və Azərbaycanın uzanmış barış əllərini öpməyə hazır olmalıdırlar..."<b style="color:red"></b>

44 günlük savaşda Azərbaycan ordusu tərəfindən sarsıdıcı zərbə alan Ermənistanda siyasi ehtiraslar səngimək bilmir. Baş verən məğlubiyyəti vətənə xəyanət kimi qiymətləndirən də var, Azərbaycanın bu ölkədən dəfələrlə güclü olduğu səbəbindən qeyri-bərabər döyüşdə məğlubiyyətin qaçılmaz olduğunu düşünənlər də. Artıq çoxları bundan sonra Ermənistanın taleyinin necə olacağı və ölkəni bu uçurumdan necə çıxarılmalı olduğu haqqında baş sındırır. Hamı anlayır ki, onsuz da beynəlxalq sanksiyalar girdabında çabalayaraq hər gün zəifləyən Rusiyanın quyruğundan sallanmaqla ölkəni səfalət və fəlakətdən xilas etmək mümkün olmayacaq və yeganə ağıllı addım bütün qonşularla, xüsusən də regionun ən qüdrətli dövləti olan Türkiyə ilə münasibətləri nizamlamaqdır.

Ardını oxu »

İranın parlament heyəti Bakıda səfərdədir

İranın parlament heyəti Bakıda səfərdədir <b style="color:red"></b>

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Bu barədə 525.az-a İranın Bakıdakı səfirliyindən məlumat verilib.

İran parlamentinin nümayəndə heyəti Azərbaycanlı rəsmilərlə və millət vəkilləri ilə görüşü nəzərdə tutulur.

Ardını oxu »

Tovuz: Hədəf 200 min tonu keçməkdir

Keçən il Tovuz rayonunda 175 min tona yaxın kartof istehsal olunub və orta hesabla hektardan 258,5 sentner məhsul götürülüb. Razılaşaq ki, pis göstərici deyil. Həm də nəzərə alsaq ki, bir neçə il qabaq bu sahədə əməlli-başlı gerilik var idi və rayonun kartofçuluq ənənəsi bir qədər pozulurdu, o zaman əldə olunan göstəricini uğur kimi qəbul etmək olar.

Lakin hazırda rayonda “bu, son hədd deyil” söhbəti gedir. Xüsusilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bu işdə israrlıdır.

Ardını oxu »

Goranboy: Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi Şəhidi, Məmmədov İbrahim Nadir oğlunun Rəhimli kəndində məzarını ziyarət etdilər

Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi Şəhidi, Məmmədov İbrahim Nadir oğlunun Rəhimli kəndində məzarını ziyarət etdilər.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 23
  • 7
  • 8,763
  • 14,915
ILK-10 Azeri Website Directory