Fevral 17, 2021

Qazax: İcra başçısı COVID-19 əleyhinə peyvənd olunub

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Hazırda rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub.

Ardını oxu »

Göygöl: Vətən müharibəsinin qazisi yeni vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub.

Ardını oxu »

Gədəbəy: Rayonun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi

Gədəbəy rayonunun 101 yaşlı sakini COVİD-19 pandemiyasına qarşı peyvənd edildi. Rayonun Xarxar kəndində yaşayan 1920-ci il təvəllüdlü 101 yaşlı Cavadova Ərus Cəfər qızı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gələrək peyvənd edilmişdir.

Ərus Cavadova vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Ardını oxu »

Gəncə baharın gəlişinə hazırlaşır

Baharın təravətli nəfəsini duymağımıza az qalıb. Nizami Gəncəvi gözəl deyib:

“Yaşıllıq hər şeyin təravətidir,
Yaşıl rəng gözləri işıqlı edir.
Bitki yaşıllıqla həmahəng olar,
Cavanlıq hər zaman yaşıl rəng olar”.

Bir neçə müddət sonra təbiət yaşıla bürünüb, dahi şairin də dediyi kimi, cavanlıq çağlarını yaşayacaq. Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində Gəncə baharın gəlişinə hazırlaşır. Havaların son günlər mülayim keçməsi hazırlıq prossesini daha da sürətləndirib. Şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma və təmizlik işləri aparılır.

Ardını oxu »

İlham Əliyev Qarabağın tarixi şöhrətini tezliklə qaytaracaq

Prezidentin iştirakı ilə azad edilmiş bölgədə sosial infrastrukturun istifadəyə verilməsi Böyük Qayıdışın əlamətdar hadisəsidir

“Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada – Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir.

Ardını oxu »

Moskvada Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub

Moskvadakı Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Bakılılar” mədəni-maarifçilik klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya və Azərbaycanın elm adamları, ədəbiyyatşünaslar, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Bu ilin ilk Çin-Azərbaycan konteyner qatarı Bakıya çatıb

Çin-Azərbaycan istiqamətində bu ilin ilk konteyner blok qatarı Bakıya çatıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, qarışıq yüklərdən ibarət qatar Çinin Çinqdao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir.

Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Gürcüstanın paytaxtı Tbilisiyə göndəriləcək.

Ardını oxu »

Ədliyyə işçilərindən və hakimlərdən Qarabağ Dirçəliş Fonduna dəstək

Ədliyyə işçilərindən və hakimlərdən Qarabağ Dirçəliş Fonduna dəstək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Artıq müharibə arxada qalıb və ölkəmiz böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub.

Otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş və büsbütün dağıdılmış ərazilərimizin yenidən həyata qaytarılması istiqamətində dövlət başçısının rəhbərliyi ilə nəhəng bərpa-quruculuq işləri aparılır, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.

Ardını oxu »

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək<b style="color:red"></b>

Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Türkiyəyə səfər edəcək.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə. Əsədovu qəbul edəcək.

Ardını oxu »

Azərbaycan “2021-ci il Qadın ili”nə öz töhfəsini verəcək

ISESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” beynəlxalq günü münasibətilə fevralın 11-də keçirilən videokonfransda aktual məsələlər müzakirə olundu. Konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri qonaq qismində iştirakı Azərbaycanın bu platformada ali səviyyədə təmsil olunması demək idi. Eyni zamanda bu, Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əlaqələrin göstəricisidir.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 14
  • 6
  • 8,754
  • 14,906
ILK-10 Azeri Website Directory