Fevral 18, 2021

ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma kampaniyası keçirir

Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına start verib. ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış, konqresmenlərə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, Dövlət Departamentinə, ABŞ prezidentinə və vitse-prezidentinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.

Ardını oxu »

Son üç ildə minimum pensiya 82 faiz, orta aylıq pensiya 43 faiz, müavinətin orta aylıq məbləği 95 faiz artıb

 Bu dövrdə pensiyalara ayrılan illik vəsait 36 faiz artaraq 4 milyard 477 milyon manata, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclər 97 faiz artaraq 1 milyard 156 milyon manata çatıb

 Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnib. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar.

Ardını oxu »

Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Ardını oxu »

Dmitri Savelyev: Prezident İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi

Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Münxendə keçirilən debat əlamətdar hadisə idi. Çünki bu debat zamanı iki lider və ölkələr arasındakı uçurum bütün dünya siyasi elitası üçün aydın oldu.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində bildirib.

Ardını oxu »

Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya fevralın 18-də tutduğu vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, o, bununla bağlı bəyanat verib. Baş nazir deyib ki, istefasının səbəbi komandası ilə bəzi məsələlərdə razılığa gələ bilməməsidir.

Ardını oxu »

“Şeirimizin bayraqdarı” adlı vəsait təqdim edildi

“Şeirimizin bayraqdarı” adlı vəsait təqdim edildi<b style="color:red"></b>

Vəsait  Səməd Vurğunun 115 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub. Səməd Vurğun xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatın bizə yaxın olan ən böyük körpüsüdür. Şairin irsi çox zəngin və rəngarəngdir. Səməd Vurğun görkəmli şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda mübariz, mətin, dövlət xadimi kimi tanınmışdır.

Ardını oxu »

Naxçıvanın “Uludağ”ı, yaxud Ağbulağın geniş açılan qapıları

Naxçıvanın “Uludağ”ı, yaxud Ağbulağın geniş açılan qapıları<b style="color:red"></b>

Çoxdan paytaxt Bakıda yaşayan dostum 15 il sonra Naxçıvana gələndə Ağbulaq Turizm Mərkəzinə apardım. İlk sözü bu oldu ki, bir vaxtlar mənə desəydilər ki, vaxt gələcək Naxçıvanda Qış Turizm Mərkəzi olacaq, inanmazdım. Sonra bir az zarafata da saldı:

“Burda kef edirsiniz… Camaat belə məkanlara getmək üçün ölkə-ölkə, şəhər-şəhər dolanır. Od qiymətinə bilet tapır, otel rezerv edir, günlərini yollarda keçirir…

Ardını oxu »

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib<b style="color:red"></b>

Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

525.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb.

Ardını oxu »

Samux: Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq

Dövlət başçısının işğaldan azad ounmuş hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə düşmənlərimizin məğlubiyyət yanğılarını daha da körükləyir.
Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də bu nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi. Dövlət başçısı ilk olaraq Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu, sonuncu Moskva bəyanatında nəzərdə tutulan Qarabağın nəqliyyyat infrastrukturunun yenidən qurulması işlərinin artıq başladığını göstərdi.

Ardını oxu »

Ağstafa: Müəllim, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Əmirxan Əhmədov: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımız yenidən cənnətə çevriləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işağaldan azad olunmuş torpaqlarımıza növbəti səfərləri  Zəngilan, Laçın və Cəbrayıl rayonlarına olub.

Müzəffər rəhbərimizin bu tarixi səfərləri də hər bir soydaşımız kimi, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, hazırda Ağstafa şəhər 2 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənn rəhbəri işləyən Əmirxan Əhmədovda böyük qürur hissləri doğurub.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,123
  • 224
  • 7,649
  • 21,982
ILK-10 Azeri Website Directory