Fevral 19, 2021

Gəncədə yağan qarın yol açdığı fəsadlar aradan qaldırılır

Ötən gün axşan saat 18:00 radələrindən başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlara yol açıb. Belə ki, şəhərin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, daxil olmuş məlumatlar əsasında qırılan ağac budaqları ərazilərdən yığışdılır, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin xeyli sayda işçi qüvvəsi və texnikası cəlb olunub.

Ardını oxu »

Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir.

Şəhər rəhbəri mütəmadi şəkildə onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir. Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının digər məsul şəxsləri ilə birlikdə, ölkədə tədbiq edilən xüsusi karantin qaydalarına riayət edilməklə, növbəti dəfə sakinlərlə görüşüb. Mürcaiətlər arasında əlillik dərəcəsinin təyini, müalicə üçün maddi köməkliyin göstərilməsi, işlə təminat, fərdi evin inşası üçün torpaq sahəsinin ayrılması kimi məsələlər üstünlük təşkil edib.

Ardını oxu »

Gəncədə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası başlayıb

Image 218

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesi davam edir. İlkin olaraq tibbi işçiləri peyvənd olunublar. Hazırda isə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası aparılır. Sakinlər gün ərzində yaşadıqları əraziyə yaxın olan tibb məntəqəsinə gələrək, peyvənd olunurlar. Vaksinasiya prossesi könüllü şəkildə və növbəlilik əsasında həyata keçirilir.

Mütəxəssislər deyirlər ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Vaksiyasiya olunan tibb işçiləri, həmçinin  50, 65 yaş və daha yuxarı şəxslərdə heçbir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.  

Ardını oxu »

“Moskva Ermənistana təzyiq etməlidir”

“Moskva Ermənistana təzyiq etməlidir”<b style="color:red"></b>

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”.

525.az APA-ya istinadən xəbər verir ki,  bunu Milli Xəbər Xidməti (Natsionalnaya Slujba Novostey) radiosunda rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri mövzusunda keçirilən Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Ardını oxu »

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Ardını oxu »

Milli Məclisin plenar iclasının vaxtı və gündəliyi

Milli Məclisin plenar iclasının vaxtı və gündəliyi <b style="color:red"></b>

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

525.az-ın məlumatına görə, fevralın 23-də keçiriləcək iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

Ardını oxu »

Qarabağ Qafqazın inkişaf və quruculuq mərkəzinə çevriləcək

Prezidentin diqqəti sayəsində işğaldan azad olunmuş ərazilərin bərpası ən qısa zamanda başa çatdırılacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə gün əvvəl Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etdilər. Bu, dövlət başçısının və birinci xanımın işğaldan azad olunmuş rayonlara sayca beşinci səfəri idi. Cəmi 4 ay ərzində işğaldan azad edilmiş ərazilərimizə ardıcıl beş səfərin edilməsi göstərir ki, İlham Əliyev Qarabağ bölgəsinin dirçəldilməsinə, yenidən qurulmasına xüsusi diqqətlə, həssaslıqla yanaşır.

Ardını oxu »

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Unnamed (1)

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

Ardını oxu »

Goranboy: “Xocalı Soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayyətdir” mövzusunda rəsm müsabiqəsi keçirilir

Goranboy rayon Gənclər və İdman İdarəsi tərəfindən 23 fevral 2021-ci il tarixdək ümumtəhsil məktəblərində “Xocalı Soyqırımına” həsr olunmuş  “Xocalı Soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayyətdir” mövzusunda rəsm müsabiqəsi keçirilir. Ümumtəhsil məktəblərinin qalibi olmuş iştirakçıların çəkdiyi rəsmlər 25 fevral 2021-ci il tarixində Gənclər Parkında sərgilənəcəkdir.

Ardını oxu »

Balakürd kəndində Vətən müharibəsi Qazimiz ziyarət edildi

Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndələri İkinci Qarabağ müharibəsi döyüşlərində fəal iştirak etmiş Qazimiz, Balakürd kənd sakini Rüstəmov Hüseyin Əli oğlu ilə görüş keçirib.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 26
  • 7
  • 8,766
  • 14,918
ILK-10 Azeri Website Directory