Fevral 22, 2021

Məcburi köçkünlər arasında qayıdışla bağlı sorğunun keçirilməsinə başlanılıb

C1737b17 C56b 31b8 9b6c 80d0a2b4be61 850

Bu barədə ADA Universitetindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad edib və bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir:

“Bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir.

Ardını oxu »

Ali dəyərlərin daşıyıcısı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir

Hazırda biz özümüz də hiss etmədən Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq: bu, XXI əsrdə Azərbaycanın yeniləşməsi, möcüzə kimi davam edən intibah dövrüdür!

Prezident İlham Əliyevin yüksək iradəsi, qətiyyəti, idarəçilik məharəti sayəsində respublikamız son 17 ildə böyük nailiyyətlər əldə edib. Bir çox taleyüklü məsələnin həllinə nail olub. 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizlə bütün dünyanı heyrətdə qoyub. Bu günlərin hər biri dövlətçilik tariximizi şərəfləndirir. Uğurlarımıza, keçib gəldiyimiz sınaqlara bələdçilik edir.

Ardını oxu »

Nəsimi rayonu: 1-ci mikrorayon ərazisində başlanılmış abadlıq işləri davam etdirilir.

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri Nəsimi rayonu ərazisində də uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində  RİH Başçısı A.Meherremov küçesi 35,37 ve Moskva prospekti 80 saylı ünvanlarda olaraq yenidenqurma ve esaslı temir işlerinin keyfiyyətlə aparılması və vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Ardını oxu »

Gəncə Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları yeni vəzifəyə təyin olunublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Həmin vəzifəyə Vətən müharibəsin iştirakçısı Babayev Ayxan Cavanşir oğlu təyin edilib. Çavuş Ayxan Babayev “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub.

Ardını oxu »

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası – Türkiyə Respublikası – Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

Bu barədə 525.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Ardını oxu »

“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”

"Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir"<b style="color:red"></b>

Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

“Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır.

Ardını oxu »

Türk PUA-ları müharibədə Ermənistanın istehkam qurğularını məhv edib

Türk PUA-ları müharibədə Ermənistanın istehkam qurğularını məhv edib<b style="color:red"></b>

Türkiyənin ilk yerli və milli “Bayraktar TB2” PUA-sı 300 min uçuş saatını uğurla başa vuraraq rekorda imza atıb.

525.az xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Bayraktar TB2” PUA-ları 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib.

Ardını oxu »

Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik təsdiqlənib

Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik təsdiqlənib<b style="color:red"></b>

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

525.az-ın məlumatına görə, Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilib.

Ardını oxu »

Son 3 ildə DSMF gəlirlərində 39, o cümlədən sosial sığorta haqları üzrə daxilolmalarda 70 faiz artım qeydə alınıb

Aparılan məqsədyönlü sosial-iqtisadi islahatların müsbət nəticələri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-2020-ci illər üzrə gəlirlərində qeydə alınmış ciddi artımlarda da öz təsdiqini tapır.

Həmin dövrdə DSMF gəlirlərində 39 faiz və ya 1 milyard 327 milyon manat artım qeydə alınmaqla, gəlirlər 2020-ci ildə 4 milyard 748 milyon manat təşkil edib.

Ardını oxu »

Şəhid adı çəkiləndə…

“Tovuzda istənilən sakini küçədə saxlayıb şəhidlərinin adını soruş, deyəcək. Bir-bir deyəcək və sən məəttəl qalacaqsan ki, bir deyil, beş deyil, 66 nəfərin adını axı necə yadda saxlamaq olar?!” RİH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fərman Qurbanov təəccübləndiyimizi görüb məsələyə aydınlıq gətirir:

– İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərimiz, yerli bələdiyyələr, kənd və qəsəbələrdəki təhsil ocaqları əgər bunları da bilmirsə, geniş təbliğ etməyi bacarmırsa, onda hansı vətənpərvərlikdən söhbət aça bilər, şəhid adının müqəddəsliyindən danışar?!

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,120
  • 223
  • 7,646
  • 21,979
ILK-10 Azeri Website Directory