Fevral 23, 2021

Minaatan batareyalarının təlim məşqləri davam edir

Minaatan batareyalarının təlim məşqləri davam edir - <b style="color:red">VİDEO</b>

2021-ci ilin döyüş hazırlığı planına əsasən minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.

Ardını oxu »

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyasi nəşr olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın müxbir üzvü Tehran Əlişan oğlu Mustafayevin biblioqrafik göstəricisi tərtib edilmişdir. Kitabın elmi  redaktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi doktorant Afət Məmmədovadır.

Biblioqrafik göstərici Tehran Əlişan oğlu Mustafayevin elmi-pedaqoji fəaliyyətinin 1981-2020-ci illərini əhatə edir.

Ardını oxu »

4 məktəb koronavirusa görə bağlanıb

4 məktəb koronavirusa görə bağlanıb<b style="color:red"></b>

“Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür”.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Ardını oxu »

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verib

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır.

Ardını oxu »

Milli Məclisin növbəti plenar iclası keçirilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 22 məsələ daxildir.

– N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında;

Ardını oxu »

Kiyevdə Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının dəstəyi, təşəbbüsü ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən təqdimatda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Marian Zabolotskiy, Alyona Şkrum, Ukrayna Prezidentinin Krım MR üzrə xüsusi nümayəndəsi Anton Korineviç, Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbəri Mixail Lev, Ukrayna Müsəlmanlarının Ruhani İdarəsinin sədri Müftiy şeyx Səid İsmagilov, diaspor rəhbərləri, Ukraynanın ictimai-siyasi xadimləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Xətai: Xocalı parkında abadlıq işləri yekunlaşmaq üzrədir

Xocalı faciəsinin 29-cu  ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri  yükunlaşmaq üzrədir.

  Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan  “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Sonralar isə həm abidə kompleksin özündə, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib, “Ana fəryadı” heykəlinin mövzusu saxlanılmaqla forması yeniləşdirilib.

Ardını oxu »

Şəki: İndiyədək 4 min 300-dək vətəndaş koronavirusa qarşı peyvənd olunub

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İndiyədək 4 min 300-dək vətəndaş təhlükəli virusa qarşı peyvənd olunub.

Ardını oxu »

Goranboy: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun xidmət təşkilatlarının rəhbərləri ilə birgə Goranboy şəhər  Olimpiya-idman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, görüləcək işlər barədə müzakirələr aparıldı.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,131
  • 226
  • 7,657
  • 21,990
ILK-10 Azeri Website Directory