Fevral 24, 2021

Azərbaycanlı şairin Rəcəb Tayyib Ərdoğana ad günü hədiyyəsi

Azərbaycan və Türkiyə eyni tarixi, eyni dili və mədəniyyəti bölüşən bir millətin iki dövlətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin getdikcə güclənməsi, dünyada söz sahiblərindən biri olması bizi də sevindirir, gücümüzə güc qatır. Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin, türk xalqının birmənalı siyasi-mənəvi dəstəyi Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynayıb.

Ardını oxu »

Suyun orqanizm üçün faydaları

Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında, həmçinin qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamaqda suyun çox böyük faydası var.

Su onurğa beynin fəaliyyəti üçün vacibdir. Bol su içmək oynaq ağrılarının qarşısını alır. Su həm həzm prosesini sürətləndirmək, həm də qidanın udulması, nəqli və istifadəsini, toksinlərin və tullantıların bədəndən çıxarılmasını təmin etmək baxımından əvəzedilməz rola malikdir. Araşdırmalara görə, günlük su qəbulu qəbizliyin qarşısını almaq üçün də vacibdir.

Ardını oxu »

Türkiyəli deputat: Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir

Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksində ilk dəfədir ki, Xocalı soyqırımı ilə bağlı fərqli bir anma mərasimi keçirdik. Çünki Qarabağ azadlığa qovuşub. Qarabağın düşməndən azad edilməsindən sonra Xocalı soyqırımının ildönümünü qeyd etməyin xüsusi mənası var. Türk xalqlarının tarixində, həyatında soyqırımlarına, qətliamlara yer yoxdur. Biz heç kəsə qarşı soyqırımı törətmədik. Türklərin soyqırımı törətməsi ilə bağlı heç bir fakt yoxdur.

Ardını oxu »

Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqaləsi Misirin 25-dən çox KİV-də, o cümlədən “Youm7” qəzeti, “Asiyaelyoum” informasiya agentliyi”, “Aldiplomasy”, “Embassiesnews”, “Alkhabaralyoum”, “El-Qahranews”, “Egyvote”, “Rayetmisr”, “Tahyamasr”, “Alwasela”, “Elghad”, “Aldawlanews”, “Alnaasher”, “Elmasryeldemokraty”, “Garbnews”,” Nabd-alwatan”,“Elkhabarelhadef”, “Aladwaaeg”, “Misrlibya”, “Elamwal”, “Nile1”, “Sotbaladna” portallarında yayılıb.

Ardını oxu »

Milli Kitabxanada “Abdulla Şaiq – 140” adlı sərgi təqdim olunub

Milli Kitabxanada “Abdulla Şaiq – 140” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Bu gün XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyi tamam olur. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli “Əsrimizin qəhrəmanları”, “Araz”, “Qafqaz çiçəyi”, “Məktub yetişmədi”, “Köç” və s. kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları və tələbatçıları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib.

Ardını oxu »

Gecə və səhər yollar buz bağlayacaq

Gecə və səhər yollar buz bağlayacaq <b style="color:red"></b>

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə,  fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ardını oxu »

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb<b style="color:red"></b>

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığısilah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Ardını oxu »

“Əsrin faciəsi – Xocalı”

Bu gün Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə  “Əsrin faciəsi-Xocalı” adlı onlayn tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin, UADM-nin, rayon təhsil şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları və Xocalıdan olan məcburi köçkünlərin iştirak etdiyi tədbirdə  Xocalı soyqırımı qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ardını oxu »

Qəbələ: onlayn tədbir keçirilmişdir

Qəbələ rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar keçirilən onlayn tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova Xocalı faciəsi haqqında, Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev isə faciənin törədilməsi, soyqırım aktının həyata keçirilməsinin məqsədi  barədə geniş məlumat vermişlər.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 148
  • 45
  • 4,130
  • 22,192
ILK-10 Azeri Website Directory