Fevral 26, 2021

Bu dərdin adı Xocalı…

“Hər gecə Bakıdan Qarabağa yol gedirəm. Ağdamdan keçirəm. Bənövşəli yamacda diz çökürəm, torpağına səcdə edirəm Xocalının. Yamyaşıl otlarını oxşayıram, yamacında uzanıb gözlərimi mavi səmasına dikirəm. “Belə ölmək nə gözəldir, ay Xocalım…” deyirəm”.

İllər öncə Xocalı sakini İsmayıl Cavadov danışmışdı bunları mənə. Gözlərimin qarşısında təkcə sözləri ilə deyil, səsinin rəngi, həzin çırpıntısı, titrəyişi ilə Xocalı həsrətinin rəsmini çəkmişdi. Söyləmişdi ki, yurd nisgili gözlərdən çəkilən yuxudur, hər gecə xəyallarda gedilən yol, çatılan mənzil, qucaqlanan dünyadır.

Ardını oxu »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Ardını oxu »

Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib

Fevralın 25-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupu (qeyd edək ki, hal-hazırda 40-a yaxın Konqres üzvü bu qrupa daxildir) arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın ABŞ-la parlamentlərarası əməkdaşlığı, müharibədən və atəşkəsdən sonra bölgəmizdə yaranmış yeni vəziyyət və regional əməkdaşlıq imkanları, habelə Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma işləri və ABŞ-ın potensial dəstəyi məsələsi müzakirə edilib.

Ardını oxu »

İlk dərslər Xocalı soyqırımına həsr olunub

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

Ardını oxu »

Pakistan XİN: “Qardaş Azərbaycanla həmrəyik”

Pakistan XİN: "Qardaş Azərbaycanla həmrəyik"<b style="color:red"></b>

“Pakistan hökuməti və xalqı qardaş Azərbaycanla həmrəyliyini ifadə edir”.

525.az-ın xəbərinə görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “Twitter”də bildirib.

“Pakistan hökuməti və xalqı 26 fevral – Xocalı faciəsini xatırlayarkən qardaş Azərbaycan xalqı ilə həmrəyliyin ifadə edir”, – XİN qeyd edib.

Ardını oxu »

“Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək”

“Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək”<b style="color:red"></b>

“Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkəcək”.

525.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaq:

Ardını oxu »

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yer alan paylaşımda deyilir:

Ardını oxu »

Xocalı soyqırımı dünyanın diqqətində

AZƏRBAYCAN DÖVLƏTİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN BU DƏHŞƏTLİ SOYQIRIMI TANIMASI ÜÇÜN ARDICIL ADDIMLAR ATIR

Xocalı soyqırımı dünyanın diqqətində<b style="color:red"></b>

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı qətliamına bu şəkildə – son dərəcə dəqiq və qətiyyətli münasibət bildirən böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyev Xocalı soyqırımına əsaslı hüquqi-siyasi qiymət verilməsi üçün müstəsna işlər gördü. Ulu öndərimiz Heydər Əliyev 1994-çü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olundu, bu barədə beynəlxalq təşkilatlara məlumat verildi.

Ardını oxu »

Samux: Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 26-da Samux rayonunda  ağacəkmə aksiyası təşkil olundu.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 şam və digər həmişəyaşıl ağaclar əkildi.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 1,041
  • 50
  • 7,232
  • 24,671
ILK-10 Azeri Website Directory