Mart 2021

Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb

 30 mart 2021-ci il tarixində Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Ardını oxu »

MEK-də 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanları anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqəli tədbir  keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra MEK tərəfindən hazırlanmış ermənilərin zaman-zaman törətdikləri soyqırımlardan bəhs edən video nümayiş olunub.

Tədbirdə MEK-in direktoru, professor Məmməd Əliyev erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də, eləcə də digər dövrlərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb.

Ardını oxu »

31 mart soyqırımına və faciələrə gedən yol: Günahsızların “cəzalandırılması” prosesi

Bəli, Çar Rusiyasının, SSRİ dövlətinin, hazırda da Çar Rusiyasının və SSRİ-nin qanuni varisi olan Rusiya FR-nın Qafqaza ayağını basmış bütün çinovnikləri, bütün rəsmi nümayəndələri hər zaman ermənilərin Qafqazda törətdiyi qırğınlara, vəhşiliklərə, cəlladlığa yaşıl işıq yandırıb. Çünki erməni olmadan rusların Qafqazda genişlənməsi imkansız olardı. Bu səbəbdən də bugün erməni xalqı yaşayırsa, bugün Ermənistan dövləti varsa, bütün dünya erməniləri ruslara böyük bir minnət duyğusu ilə yanaşmalıdırlar. Rusiyanın Qafqazdakı “çomağı”, eyni zamanda iyrənc siyasəti həm Qafqaz xalqlarına , həm də dünya xalqlarına gün kimi aydındır.

Ermənistan yaradılması ideyası nə vaxt başladı?

Ardını oxu »

Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir

Amerikada çıxan “Foreign Policy” jurnalında dərc olunan məqalədə Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparılması təcrübəsinin amerikalı hərbçilər tərəfindən öyrənilməsi barədə söhbət açılır.

AZƏRTAC xəbər verir ki, amerikalı jurnalist Cek Doytç məqaləsində ötən payız Azərbaycanın müharibənin gedişində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından və zərbə pilotsuz uçuş aparatlarından istifadə edərək, Dağlıq Qarabağda hava məkanına nəzarəti tamamilə öz üzərinə götürməsindən yazır. Məhz o vaxt ABŞ Silahlı Qüvvələrinin strateqlərinə aydın oldu ki, müasir dövrdə düşmənin canlı qüvvəsini tapmaq və məhv etmək əvvəlkinə nisbətən daha asan və ucuz başa gəlir.

Ardını oxu »

Vətən müharibəsindəki Qələbə ilə soyqırımı qurbanlarının da qisası alındı

Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Mart soyqırımları amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Bakıda erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəşi martın 30-da açdılar. Səhəri gün tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Stepan Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə göndərilən iki təyyarə havadan, hərbi gəmilər isə dənizdən azərbaycanlıların yaşadığı məhəllələri bombalamağa başladılar. Yaxşı silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngülərin ucuna keçirirdilər.

Ardını oxu »

Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb

Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daemslə görüşüb.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüşdə AŞPA ilə münasibətlər müzakirə olunub.

Ardını oxu »

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür<b style="color:red"></b>

Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali – qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.

Ardını oxu »

Fərid Şəfiyevin regionda müharibədən sonrakı vəziyyətə dair şərhi

Fərid Şəfiyevin regionda müharibədən sonrakı vəziyyətə dair şərhi<b style="color:red"></b>

Son zamanlar bir sıra jurnalistlər regionda müharibədən sonrakı vəziyyəti şərh etmək üçün mənə müraciət ediblər. Bununla bağlı mediada açıqlamalar verməklə yanaşı, bir sıra vacib məsələlərlə bağlı şərhlərimi ümumiləşdirmək istəyirəm.

İlk növbədə onu qeyd etmək lazımdır ki, son aylar xüsusilə Qərb siyasi dairələri və mediasında Azərbaycana qarşı təzyiq kampaniyalarının artırılması ilə xarakterizə olunur. Bu, bizim üçün yeni deyil, mənbələri və səbəbləri bizə yaxşı məlumdur. Bu məsələ üzərində çox dayanmadan yalnız qeyd etmək istəyirəm ki, islamafobiya, türkofobiya kimi faktorlar – yəni problemə Oriyentalist yanaşma, erməni lobbisi faktoru və digər məsələlər həmişə Qərb, o cümlədən rus yanaşmasında öz əksini tapıb. İndi, 1915-ci il hadisələri ilə əlaqədar aprel ayında yeni anti-Azərbaycan və anti-türk kampaniyalarının başlamasını gözləyək. Erməni işğalına, hərbi cinayətlərə, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına göz yuman ölkələr tarixi hadisələri bu günki geosiyasi tələblərə uyğun şərh edəcəklər.

Ardını oxu »

Ermənistanın “İskəndər” raketlərindən istifadə etməsi sübut olunub

Ermənistanın “İskəndər” raketlərindən istifadə etməsi sübut olunub<b style="color:red"></b>

“Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib”.

525.az xəbər verir ki, bunu “Caliber.az”a müsahibəsində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi deyib.

– Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?

Ardını oxu »

Birinci vitse-prezident Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

525.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 24
  • 12
  • 14,708
  • 40,288
ILK-10 Azeri Website Directory