Mart 1, 2021

Rumıniya KİV-ləri İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar

Rumıniya KİV-ləri İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar<b style="color:red"></b>

Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazır.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib. Qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.

Ardını oxu »

Mənzil və fərdi evlə təminat proqramı genişlənir

Mənzil və fərdi evlə təminat proqramı genişlənir<b style="color:red"></b>

Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.

525.az xəbər verir ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə,  2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Ardını oxu »

KİV-dəki qüsurlara görə kimlər cərimələnəcək?

KİV-dəki qüsurlara görə kimlər cərimələnəcək?<b style="color:red"></b>

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də aşkarlanan qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb.

525.az-ın məlumatına görə, mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq: “Məqsədimiz cərimələmək deyil. Amma xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, cərimə aparıcılara, jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək”.

Ardını oxu »

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkar edilib<b style="color:red"></b>

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər. Növbəti belə tədbirlər zama

Ardını oxu »

Viran olunmuş şəhərlər, dağıdılmış qəbiristanlıqlar, təhqir olunmuş məscidlər – gürcüstanlı jurnalistlər Füzuli və Cəbrayılda

Fevralın 28-də gürcüstanlı jurnalistlər işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri, tarixçi və ekspert daxildir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun Horadiz kəndində erməni vəhşiliyini lentə alıb, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı bölmələrinin keçmiş mühəndis-istehkam qurğularına baxıblar.

Ardını oxu »

Göygöl: Vətən müharibəsi iştirakçıları Göygöl İcra Hakimiyyətində müvafiq işlə təmin olunublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin baş məsləhətçi vəzifəsinə təyinat olunub.

Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı,  başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı 1993-cü il təvəllüdlü Abbaszadə Sadiq Cavan oğlu təyin olunub.

Ardını oxu »

Bəşəri siyasətin tribunası

Tarix heç zaman heç nəyi, o cümlədən xalqın adı ilə bağlı olan hadisələri heç zaman unutmur. Son yüz iyirmi ilin hadisələri də həm tarixdə yaşadılır, həm də düşüncələrdə. Gördüklərini, şahidi olduqlarını xələflər sələflərə danışıb. Xatirələr belə tarixləşir. Tarixi faktlar, hadisələr təsdiqləyir ki, siyasi məqsədlərə görə ermənilərin Qafqaza, Azərbaycana köçürülməyə başladığı vaxtlar soyqırımların, milli zəmində qırğınların başlanğıcı olub. Ermənilik müxtəlif səviyyələrdə mühafizə olunduğundan inkişaf edib, cücərib,yayılıb. Ötən əsrin sonlarında  keçmiş SSRİ hökumətinin siyasi dəstəyinə ümid olan erməni ideoloqları Azərbaycandan yeni torpaqlar qoparmağa cəhd göstərdi. Xalqın ruhu ermənilərin ərazi iddialarına qarşı sipərə çevrildi. 1920-ci ildən üzü bu yana keçmiş Sovet hökumətinin  siyasi qadağalarına baxmayaraq milli azadlıq mübarizəsi açıq müstəviyə keçirildi. Azərbaycan dövlətçiliyinin bərpasına yönəldilən milli-azadlıq hərəkatı həm də ermənuilərin ərazi idiiasını boğmağa yönəldilmişdi. İmperiya xalq hərəkatını, xalqın milli mübarizəsini boğmaq üçün 1920-ci ilin yanvarında Bakıda qırğın törətdi, ermənilər 1991-ci ilin 26 fevralında Xocalıda soyqırım. 1990-cı ilin 20 yanvarı da, 1991-ci ilin 26 fevralı da əbədiyyən lənətlənəcək.

Ardını oxu »

Yevlax: Xocalı faciəsinə həsr edilmiş müsabiqəyə yekun vuruldu

       Yevlax şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı ilə birgə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq faciə qurbanlarının əziz xatirəsinin yad olunması məqsədilə rayonun ümumtəhsil məktəblilərinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş  inşa və rəsm müsabiqəsinin qalibləri müəyyən edilmişdir.
       Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Xocalı şəhərində soydaşlarımıza qarşı törədilmiş faciənin səbəb və nəticələrini dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək, hadisələri olduğu kimi təsvir etmək bacarığını formalaşdırmaq və vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Ardını oxu »

AĞCABƏDİ: – Məktəb mənim dostumdur layihəsinin qalibi

Ağcabədi şəhər 6 saylı tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi qalibi olmuşdur.
Bununla bağlı şəhər 6 saylı məktəbin direktoru və layihə rəhbəri Nərminə Əkbərova  məlumat verərək bildirmişdi ki,layihədə məqsəd İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir.
Beləliklə, fərqləndirici xüsusiyyətindən asılı olmayaraq hamı bir sinifdə təhsil almağa başlayır.

Ardını oxu »

AMEA Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımı qurbanları anılıb

Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı- XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 54
  • 9
  • 18,885
  • 34,191
ILK-10 Azeri Website Directory