Mart 2, 2021

Cənubi Qafqazın qalib dövləti

Məğlub Ermənistanın isə reallıqla barışmaqdan və üçtərəfli bəyanatların bəndlərini yerinə yetirməkdən başqa yolu yoxdur

Azərbaycanın hərbi-siyasi zəfəri, Ermənistanın isə tarixi boyu unuda bilməyəcəyi məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz bölgəsində həm də yeni reallıqlara gətirib çıxardı. Ən mühüm reallıq Ermənistanın işğal siyasətinə son qoyulmasıdır. Bəzi beynəlxalq təşkilatların onilliklər boyu məqsədyönlü şəkildə ortaya atdıqları “problemin güc yolu ilə həlli yoxdur” tezisini darmadağın edən İlham Əliyev sübut etdi ki, işğalın qarşısını işğalçını güc yolu ilə cəzalandırmaqla almaq mümkündür.

Ardını oxu »

Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir<b style="color:red"></b>

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur.

525.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Ardını oxu »

Peyvəndləmə prosesi mərhələli şəkildə davam edir

Artıq iki aydan çoxdur ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli peyvəndləmə işi aparılır. Mütəxəssislər vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün ölkələrdə onun tətbiqinin vacibliyini önə çəkirlər.

Dünyanın əksər ölkəsi Çinin “Sinopharm”, “Sinovac” və “CanSinBio” şirkətlərinin COVID-19 əleyhinə peyvəndlərindən istifadə etməyə üstünlük verir. Bununla bağlı “Global Times” qəzetində məlumat verilib ki, Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş edib.

Ardını oxu »

Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək

Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək<b style="color:red"></b>

“30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu “TRT Haber”ə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var: “Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”.

Ardını oxu »

Mövlud Çavuşoğlu Anar Kərimovla görüşüb

Mövlud Çavuşoğlu Anar Kərimovla görüşüb - <b style="color:red">Yenilənib</b>

Martın 2-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.

Mədəniyyət Nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib.

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Ardını oxu »

Paşinyan referenduma gedir

Baş nazir hərbi xuntanı zərərsizləşdirir

Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb.

Prezidentə təzyiqlər artır

İndi prezident Paşinyanın yenidən göndərdiyi vəsatəti 3 gün ərzində ya təsdiq etməli, ya da konstitusiya məhkəməsinə müraciət etməlidir. Əks halda Paşinyanın imzaladığı sərəncam layihəsi avtomatik qüvvəyə minəcək.

Ardını oxu »

Goranboy: Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboy rayonunda da Xocalı soyqırımı şəhidlərinin xatirəsinə 613 ədəd ağac əkilmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 şəhidin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən bu aksiyada rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Aksiya pandemiya dövrünün tələb və qaydalarına uyğun təşkil olunmuşdur.

Ardını oxu »

Samux: “Hərbi-vətənpərvərlik mövzusunda sosial – çarx layihəsi” uğurla icra olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb liseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızının rəhbəri olduğu “Hərbi – Vətənpərvərlik mövzusunda sosial – çarx” layihəsinin icra planına əsasən 28.02.2021-ci il tarixində sosial-çarxın yekun təqdimatı keçirilib.
Təqdimat “Zoom” proqramı vasitəsilə,  layihənin eksperti hüquqşunas Sərxan Sadıxovun, Samux şəhər 1 nömrəli məktəb – lisey, Samux şəhər 2 nömrəli tam orta məktəb, Samux şəhər 3 nömrəli tam orta məktəb, Sərkar kənd tam orta  və Qarayeri qəsəbə 1 nömrəli məktəb – liseyin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilib.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 63
  • 10
  • 18,894
  • 34,200
ILK-10 Azeri Website Directory