Mart 3, 2021

İlham Əliyevin yaratdığı yeni reallıq

Azərbaycan  Ermənistanın işğal siyasətinə son qoymaqla bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirdi

İkinci Qarabağ müharibəsinin nə vaxtsa baş verəcəyi qaçılmaz idi. Ona görə ki, danışıqlar prosesi heç bir nəticə vermirdi. Ermənistan imitasiya ilə məşğul idi, danışıqlar prosesində iştirak edən təşkilat və dövlətlər isə beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, problemin həllinə laqeyd yanaşırdılar. Bu da nəticə etibarilə işğal siyasətinin dəstəklənməsi anlamına gətirib çıxarırdı.

Ardını oxu »

Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 6-dək davam edəcək səfər çərçivəsində general Nadim Raza bir sıra görüşlər keçirəcək.

Ardını oxu »

Acı bibər yemək ölüm riskini azaldır

Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə bir qədər azalda bilir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Express” nəşriyyatının çap etdiyi materialda bildirilir. Tədqiqatçılar bir sıra ölkələrdən olan 570 mindən çox insanın məlumatlarını təhlil ediblər. Mütəxəssislər insanların qidalanma vərdişlərinin bir-biri ilə əlaqə prosesi, təhlükəli xəstəliklərin yaranma riski və ölüm halları ilə maraqlanıblar. Layihənin müəllifləri belə qənaətə gəliblər ki, kəskin qidalara meyllilik ölüm riskini nəzərəçarpacaq dərəcədə azaldaraq həyatı uzada bilər.

Ardını oxu »

Prezidentdən hərbi xidmətə çağırış ilə bağlı sərəncam

Prezidentdən hərbi xidmətə çağırış ilə bağlı sərəncam<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə

Ardını oxu »

Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik

Türkiyə Respublikasına səfərimiz səmərəli oldu. Ankarada keçirdiyimiz görüşlərdə Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də incəsənət, muzey, kitabxanaçılıqla bağlı təcrübə mübadiləsi üçün faydalı müzakirələr apardıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bildirib.

Ardını oxu »

Cəfakeş ədiblə son görüşüm -Xatirə

XALQ YAZIÇISI GÜLHÜSEYN HÜSEYNOĞLU İLƏ MASALLIDA KEÇİRİLƏN AXIRINCI TƏDBİRDƏN UNUDULMAZ MƏQAMLAR

Cəfakeş ədiblə son görüşüm - <b style="color:red">Xatirə </b>

2000-ci ilin noyabr ayı idi. Masallı şəhərinin Azərbaycan xəritəsinə rayon mərkəzi kimi daxil olmasından 70 il ötürdü. Yubiley mərasiminə kimi “Masallı XX əsrdə” adlı xüsusi buraxılış hazırlamaq, eyni zamanda, operator Elnur Nurullayevlə birlikdə sənədli film çəkmək mənə həvalə edilmişdi. Film 2000-ci ilin dekabrın 29-da keçirilməli olan yubiley tədbirində göstəriləcəkdi…

Ardını oxu »

Tovuz: Yaz-tarla işlərinə hazırlıq sürətlənir

Tovuz rayonunun ümumi ərazisinin 138,3 min hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Əkinə yararlı torpaqların 23,2 min hektarı daimi suvarılan ərazilərdir. Ümumilikdə 20-dən çox kənd üzrə 9,6 min hektar əkin sahəsi əsasən Ağstafa HQİİ-nin sağ sahil kanalı vasitəsilə suvarılır.

Son illər havaların quraq keçməsi səbəbindən əkin sahələrinin suvarılması üçün istifadə olunan təbii mənbələrdə suyun azalması, həmçinin Tovuzçay və Axıncaçay su anbarlarında su ehtiyyatlarının yığılmaması rayonun təsərrüfatlarında ciddi çətinliklər yaratmışdır.

Ardını oxu »

Tovuzlu gənclər Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət nümunəsi göstərirlər

Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilir. Bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Elə rayon icra hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının yardılması da bu məqsədə xidmət edir. Məşvərət Şurasının bu günlər keçirilən görüşündə rayon gənclərinin fədakarlığından söhbət açılmış, bu, ölkəmizdə aparılan gənclər siyasətinin uğurları kimi dəyərləndirilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 78
  • 12
  • 18,909
  • 34,215
ILK-10 Azeri Website Directory