Mart 4, 2021

Vətəndaş məmnuniyyətinin ünvanı

Bir il əvvəl açılışı olan Tovuz “ASAN xidmət” mərkəzində 210 minə yaxın müraciət qeydə alınıb

Prezident İlham Əliyevin ötən il mart ayının əvvəllərində respublikamzın qərb rayonlarına səfəri zamanı açılışında iştirak etdiyi ünvanlardan biri  də Tovuzdakı “ASAN Həyat” kompleksi idi. Bu gün kompleksin açşılışının bir ili tamam olur.

Ardını oxu »

İtaliyalı tərəfdaşımız

BTC-nin  11 səhmdarından biri – “Eni”

Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlər  getdikcə daha da inkişaf edir.  Xüsusilə son illər hər iki ölkənin dövlət başçılarının və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri  zamanı bir çox önəmli sənədlər imzalanıb. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi əhəmiyyətə malikdir. Sənəd iki ölkə arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.

Ardını oxu »

Qalib Sərkərdənin uğurlu “yol xəritəsi” hazırdır

İlham Əliyev postmüharibə dövründə regionun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir

İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbəmiz regionda yeni reallıqlar yaratmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. İndi dünya Azərbaycandan, onun qətiyyətli lideri İlham Əliyevdən danışır.

Ardını oxu »

Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə

Moldovanın nüfuzlu “noi.md” xəbər portalında “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə bu günlərdə Azərbaycanda səfərdə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərdə olduğu qeyd edilib. Bildirilir ki, xarici jurnalistlər gözəl Qarabağ diyarının ermənilər tərəfindən necə dağıdıldığının, məhv edildiyinin şahidi olublar. Tarixi, dini və mədəni abidələrin məhv edilməsi, meşələrin qırılmasını gözləri ilə görüblər.

Ardını oxu »

Neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 64,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar bahalaşaraq 61,64 dollar olub.

Ardını oxu »

Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir

Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta qəbiristanlıqları belə dağıdıblar. Bu da bizi çox məyus edir. Biz hesab edirik ki, bu, bəşəriyyətə qarşı cinayətdir.

Təbii ki, biz bunu bütün dünyaya göstərməliyik. Bildiyiniz kimi, bu il Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib.

Ardını oxu »

Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb<b style="color:red"></b>

Ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 525.az-a bildirilib ki, hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Ardını oxu »

X-XI siniflərdə ənənəvi tədris bərpa olunacaq?

X-XI siniflərdə ənənəvi tədris bərpa olunacaq?<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva X-XI siniflərdə ənənəvi tədrisin bərpası ilə bağlı məsələyə münasibət bildirib.

525.az xəbər verir ki, idarə müdiri APA-ya açıqlamasında bildirib ki, bu barədə qəti qərar yoxdur:

Ardını oxu »

Samux: Fənn olimpiada iştirakçıları ilə onlayn görüş keçirilib

Samux Rayon Təhsil Şöbəsinin müdiri xanım Nurlana Həsənova Samux rayonu üzrə Respublika fənn olimpiadalarının rayon mərhələsində qalib gəlmiş şagirdlər və onların fənn müəllimləri ilə onlayn görüş keçirib.
Virtual məktəb platforması üzərindən baş tutan görüşdə məktəb direktorları, olimpiadanın rayon mərhələsində uğur qazanmış şagirdlər və onların fənn müəllimləri iştirak edib. Əvvəlcə rayon təhsil şöbəsinin müdiri xanım Nurlana Həsənova qazandıqları uğur münasibətilə şagirdləri təbrik edib.

Ardını oxu »

İmişli: Fərdi yaşayış evi yanan sakinə köməklik olundu

İmişli rayonu Qaraqaşlı kənd sakini, Qurbanov Rasət Hüseynxan oğluna məxsus fərdi yaşayış evi 25.02.2021-ci il tarixdə elektrik qısaqapanması nəticəsində yanmışdır.

Mövcud vəziyyətlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən R.Qurbanovun evinə baş vermiş hadisə ilə bağlı baxış keçirilmişdir. Baxışdan sonra İcra Hakimiyyətinin müvafiq köməkliyi ilə ailənin durumu nəzərə alınaraq, Qızıl Aypara Cəmiyyətinin Sabirabad Regional Mərkəzi tərəfindən R.Qurbanovun ailə üzvləri yataq və geyim dəstləri, eyni zamanda məşiət avadanlanlıqları ilə təmin olunmuşdur.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 58
  • 10
  • 18,889
  • 34,195
ILK-10 Azeri Website Directory