Mart 9, 2021

DSMF-nin Ağcabədi rayon filialının əməkdaşının qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sahəsinin mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına qarşı prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, belə tədbirlərdən biri kimi, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilmiş qanunsuzluqlara dair daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ardını oxu »

Bu gün Yel çərşənbəsidir

Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.

AZƏRTAC xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Ardını oxu »

Sahibə Qafarova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edib.

Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib.

Ardını oxu »

Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Milli Məclisin martın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, bələdiyyələrlə bağlı hesabatı ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim edib. Nazir müavini bildirib ki, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılıb, ədliyyə və məhkəmə işçiləri, bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər.

Ardını oxu »

Mili Məclisin iclası başladı

Mili Məclisin iclası başladı<b style="color:red"></b>

Mili Məclisin plenar iclası başlayıb.

525.az-ın məlumatına görə, iclasın gündəliyinə 8 məsələ daxildir.

Həmin məsələlər aşağıdakılardır:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Ardını oxu »

Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib

Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib<b style="color:red"></b>

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

525.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Ardını oxu »

Bakı şəhər İcra Hakimiyyəti: Paytaxtın Nizami rayonunda ingilis layihəsinin tətbiqinə uğurla başlandı

2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin uğuru imkan verdi ki, bu layihənin növbəti mərhələsinə keçilsin. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində Nərimanov rayonunda xeyli irəliləyişlər əldə olunub.

Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulmuşdur.

Ardını oxu »

Goranboy: Vətən Müharibəsi Şəhidinin doğum günündə məzarı ziyarət olundu

İkinci Qarabağ-Vətən Müharibəsi Şəhidi Zeynalov Elşən Zaman  oğlunun doğum günü ilə əlaqədar olaraq, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Rafət Qurbanov  və digər məsul vəzifəli şəxslər Düzqışlaq  kəndində Şəhidin ailəsi ilə birgə onun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 58
  • 10
  • 18,889
  • 34,195
ILK-10 Azeri Website Directory