Mart 11, 2021

Gənc alim Fəxri fərmanla təltif olunub

Gənc alim Fəxri fərmanla təltif olunub<b style="color:red"></b>

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli akademiyanın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

525.az xəbər verir ki, AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə mükafata layiq görülən gənc alim öz sevinc hisslərini bizimlə bölüşüb:

Ardını oxu »

Baş infeksionist əhaliyə müraciət edib

Baş infeksionist əhaliyə müraciət edib<b style="color:red"></b>

“Artıq bir ildən çox müddətdir ki, COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tuğyan edərək həyatımızı çətinləşdirmiş, xeyli sayda insanlarımızın xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən dövlət bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüflə qeyd etmək istərdik ki, virusa qarşı hələ ki effektiv bir dərman vasitəsi icad olunmayıb”.

Ardını oxu »

Qarabağda 13 filiz yatağının xəritəsi hazırlanıb

Qarabağda 13 filiz yatağının xəritəsi hazırlanıb<b style="color:red"></b>

Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılıb və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil edilib.

Ardını oxu »

Milli Məclisin növbəti iclasının gündəliyi

Milli Məclisin növbəti iclasının gündəliyi<b style="color:red"></b>

Milli Məclisin martın 16-da keçiriləcək iclasının gündəliyi açılanıb.

525.az-ın məlumatına görə, iclasın gündəliyinə bir məsələ daxil edilib.

İclasda “Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə”məsələ müzakirə ediləcək.

Ardını oxu »

Emin Əmrullayev: Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir

Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi kimi həllərlə yanaşı, şagirdlərarası münasibətlərin düzgün qurulmasını da mühüm hesab edirəm.

Ardını oxu »

Şəhid Davudun anasına son sözləri: “Ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən”

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Davud Hacıyev Vətən müharibəsi başlayanda cəbhəyə könüllü yollanaraq, düşmənə göz açmağa imkan verməyən igidlərimizdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Davud Hacıyev 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vursa da, Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub.

Ardını oxu »

Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək

Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, plenar iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.

Ardını oxu »

Goranboy: Qazimiz Əliyev Təbriz Şəmsi oğlu ziyarət edildi

Goranboy rayon Heydər Əliyev Mərkəzi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Goranboy nümayəndəliyi  İkinci Qarabağ-Vətən müharibəsi döyüşlərində fəal iştirak etmiş Goranboy rayon Səfıkürd kəndindən olan Qazimiz  Əliyev Təbriz Şəmsi oğlunu ziyarət edib.
Qazimiz  gənclərimizə döyüşlərdə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qazandığı uğurlardan, Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs edərək öz döyüş təəssüratlarını onlarla bölüşüb.

Ardını oxu »

Tovuz: Çərşənbə axşamı şəhid evlərinin qapısı döyüldü

“Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən davamlı layihələr həyata keçirilir. Prezident İlham Əliyev bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərilməli olduğunu bir vəzifə kimi qarşıya qoymuşdur”.

Bunları söyləməklə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Novruzun yel çərşənbəsi günü şəhid ailələrinin yanında olarkən dövlət tərəfindən onlara hər zaman diqqət və qayğının göstəriləcəyini xüsusi vurğuladı. O, həmin gün Düz Qırıqlı kəndində şəhid Asim Əliyev, Sahil Salmanov, Nəcməddin Bədirov, Əyyublu kəndində Vahid

Ardını oxu »

Samux: Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi

Bu gün YAP Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvləri və Gənclər Birliyinin üzvləri iştirak ediblər. Çıxış edən YAP  Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 59
  • 10
  • 18,890
  • 34,196
ILK-10 Azeri Website Directory