Mart 12, 2021

Həyatda və ədəbi tənqiddə sözünü deyən alim

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayev ədəbiyyatşünaslıq elmimizin tarixində öz fərqli imzası ilə tanınan görkəmli alimdir. Onun şəxsiyyəti, xidmətləri ədəbi-ictimai mühitə yaxşı məlumdur.

Alim “Faciə və qəhrəman”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sənət və həqiqət”, “Səhnəmiz və müasirlərimiz”, “Ədəbi üfüqlər”, “Poeziya və nəsr”, “Meyar şəxsiyyətdir”, “Tarix yaxından və uzaqdan”, “Min ilin sonu”, “Azərbaycan ədəbiyyatı. XIX və XX yüzillər” kimi dəyərli əsərlərində

Ardını oxu »

Qara Qaya dəyanətli…

İki bacının iki şəhid oğlu və Vətənə əmanət dörd körpənin hekayəti

Bu kənd “kürəyini söykədiyi” Genqüzey, Dolmatlı, Keçəməl dağlarından bolluca dəyanət payı alıb. Odur ki, övladları ta qədimdən bütün dövrlərdə qeyrətləri və igidlikləri ilə fərqləniblər. Burada hər körpənin ayağı yer tutanda, ağlı kəsməyə başlayanda ona kəndə doğru “qanad açan” əzəmətli Qara Qayanı göstərərlər: “Bax, gör necə böyükdür!” Dili təzə açılan uşaq da sözləri bölə-bölə təkrarlayar: “Bö-yük-dür…”

Ardını oxu »

Ermənistan prezidenti yenə də Paşinyana qarşı çıxdı

Ermənistanda hökumət başçısı ilə ordu arasında, eləcə də hakimiyyət daxilində yaranan ziddiyyətlər davam edir. Bu arada orduda da qəribə hadisələr baş verir. Belə ki, baş nazir Nikol Paşinyanın erməni generallarla görüşündən sonra keçmiş baş qərargah rəisi Onik Qasparyanın səlahiyyətlərini müvəqqəti icra etmək vəzifəsi general-leytenant Stepan Qalstyana həvalə edilib. Buna qədər Qalstyan Qasparyanın müavini olub. O da Paşinyanın istefasını tələb edənlərdən biridir. 

Ardını oxu »

Böyük Zəfər böyük uğurlara zəmin yaradır

İlham Əliyev YAP-ın qurultayında gələcək inkişafla bağlı hədəfləri müəyyənləşdirdi, partiya üzvləri qarşısında tələblər, vəzifələr qoydu

Yeni Azərbaycan Partiyasının VII qurultayında partiya sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqində həm postmüharibə dövrü üçün Azərbaycanın gələcək inkişafını şərtləndirəcək hədəflər göstərildi, həm də partiya üzvlərinin qarşısında yeni vəzifələr qoyuldu.

Ardını oxu »

Məmməd Arazın poeziyasında vətənpərvərlik hissi və Cənub həsrəti

    Ən yeni dövr klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınmış Xalq şairi Məmməd Araz poeziya aləmində öz səsi, öz nəfəsi, öz yeri olan, insanın daxili dünyasını, mənəvi aləmini, onun hiss və həyəcanını, duyğu və düşüncələrini poetikləşdirməyi bacaran sənətkarlarımızdandır.

Müstəsna dərəcədə parlaq istedada, zəngin yaradacılıq təxəyyülünə, sənətkarlıq qüdrətinə malik olan bu böyük şairin şeirləri öz estetik dəyərini, təsir gücünü heç vaxt itirməmiş, xalqımızın milli – mənəvi sərvətinə çevrilmişdi. Ədibin şeirləri milli olduğu qədər bəşəridir.

Ardını oxu »

“Kamança qəliz alətdir” – MÜSAHİBƏ

 “Tənqid olmalıdır. İş olan yerdə tənqid də mütləq olmalıdır. Çox insanlar təhqirlə tənqidi səhv salırlar. Tənqid yaxşı şeydir, mən xoşlayıram, amma haqlı yerə. Haqsız tənqidi sevmirəm. Tənqid olmasa, irəliləyiş də olmaz. Bu gün belə müəllimlərim məni tənqid edirlər ki, bunu belə etmək olmaz. Və yaxud muğamda burada dayan və ya bu efirə get, o efirə getmə. Tənqidə pis baxmıram”. “Ədalət” qəzetinin qonağı kamança ifaçısı Elnur Salahovdur.

-Elnur müəllim, haqqınızda müəyyən qədər məlumatlıyam. Uğurlu gəncsiniz, müəllimsiniz və ən əsası faydalı vətəndaşsınız. Amma sizi tanımayanlar da var. Odur ki, özünüzü təqdim edin…

Ardını oxu »

Daşkəsənin mərkəzinə 40 santimetr qar yağıb, yollar təmizlənir – RİH başçısının müavini

   Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb.

Bu barədə Trend-ə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov deyib. Onun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir:

“Qarın yağmasına baxmayaraq qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yol qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur”.

Ardını oxu »

ELVİN MƏLİKOVUN XALQINA NOVRUZ HƏDİYYƏSİ

Video görüntülərinə baxdım. Bir gün sonra Hərbi Xidmətə gedəcəkdi. Uşaqlıq dostlarıyla birgə keçirdiyi son gündən xəbərsizdi. O qədər sevincli idi ki. Hey gülürdü. Məsumca, uşaq kimi. Elə bil hamıdan xoşbəxt idi. Bu məsum uşaqlığın, uşaq məsumluğunun xoşbəxtliyini bağrına basmaq, qorumaq istəyirdin. O isə xoşbəxtliyin özünü anlatdı bizə.

Məlikov Elvin İlham oğlu 2001-ci il martın 20-də anadan olub. Bakıda.  20 yaşı olur bu il…

Cudoçuydu, qatıldığı yarışlarda mükafatlar alıb. Üzgüçülüklə məşğul olub. Gözəl rəsmlər çəkib. Atası İlham maşın ustasıydı. Dərslərini yaxşı oxuyar, həm də atasına kömək edərdi. Yaşından böyükdü Elvin.

Ardını oxu »

Tovuz: Küləkli qar yağmışdır

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində Tovuz rayonuna güclü külək ilə müşahidə olunan qar yağmışdır.

Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərin elektrik enerjisi, rabitə, təbii qaz təchizatı, yol infrastrukturu və digər zəruri məsələləri nəzarətə götürmüş və yağıntının törədə biləcəyi fəsadların aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsinə başlanmışdır. İşlərin gedişi nəzarətdə saxlanılır.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 74
  • 11
  • 18,905
  • 34,211
ILK-10 Azeri Website Directory