Mart 16, 2021

Tarixi yadigarlardan biri: Realnı Məktəb

Təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalı, tanınmış yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbi də mənfur  daşnakların vəhşiliyinin qurbanı olan bilik, elm məbədgahlarımızdandır.

1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir. 1886-cı ildə təhsil ocağına 7.500 manat vəsait xərclənmişdir.

Ardını oxu »

Əli Əsədov: Azərbaycanı Naxçıvanla birləşdirəcək yol ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayacaq

Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ torpağı artıq işğaldan azad edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən torpaqlarda infrastrukturun qurulması, bərpa-quruculuq işlərinin aparılması istiqamətində prosesə artıq start verilib. Bu işlərin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 16-da keçirilən plenar iclasında deyib.

Ardını oxu »

Milli Məclisin plenar iclası keçirilir

Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunur. İclasda ilk olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək. Milli Məclisdə həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinini və auditorlarının təyin edilməsi haqqında məsələyə baxılacaq.

Ardını oxu »

Sahibə Qafarova: Zəfərimiz ölkəmizin qarşısında yeni perspektivlər açıb, regionda yeni reallıqlar yaradıb

Bu gün müstəqil Azərbaycan özünün şanlı dövrünü yaşayır. Ölkəmiz çox güclüdür. Bu güc özünü xalq-iqtidar birliyində, iqtisadi və siyasi gücdə göstərir.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 16-da keçirilən plenar iclasında deyib. Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdı və ərazi bütövlüyümüz bərpa olundu. Zəfərimiz ölkəmizin qarşısında yeni perspektivlər açıb, regionda yeni reallıq yaradıb.

Ardını oxu »

Müəlliməlikdən səngərədək: Tibb xidməti rəisi Elmira Hüseynovanın döyüş yolu- MÜSAHİBƏ

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər.Tarixi qaynaqlarda Azərbaycan qadınının dövlətçiliyimizin qorunması işində iştirakına aid ilk məlumatlar hələ eramızdan əvvəlki dövrlərə aiddir. Söhbətimə yunan tarixçisi Herodotun bir məlumatıyla əlavə etmək istəyirəm.

Ardını oxu »

“Qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdik” – İlham Əliyev

Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra etdiyi çıxışında deyib.

“Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Ardını oxu »

Tovuz: Rayon İcra Hakimiyyətinin başçısı İlaxır çərşənbəsində ucqar dağ kəndlərində şəhid ailələri ilə görüşüb

Bu gün torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu çərşənbə bu il Qarabağımızın erməni faşistlərinin işğalından azad olunması timsalında ölkəmizin ərazi bütövlüyünün bərqərar olduğu şəraitdə qarşıladığımız ilk torpaq çərşənbəsidir. Şükürlər olsun ki, bu il bayram tonqalları azad olunmuş torpaqlarımızda da alovlanır və bundan sonra şərin ayağı torpaqlarımızdan bütünlüklə kəsilmiş olacaqdır.

Ardını oxu »

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir<b style="color:red"></b>

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

525.az-ın məlumatına görə, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu – Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Ardını oxu »

Baş nazirdən qiymət artımına münasibət

Baş nazirdən qiymət artımına münasibət <b style="color:red"></b>

“Azərbaycan hökuməti qiymət artımı məsələsini daim nəzarətdə saxlayır”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ilə ciddi məşğul olacaq:

Ardını oxu »

Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı əmr imzalanıb

Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı əmr imzalanıb<b style="color:red"></b>

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

525.az-a verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn “Açıq dərs”lərin  keçirilməsi, ədəbiyyatçılar və Nizamişünaslarla görüşlərin təşkili, şairə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 59
  • 10
  • 18,890
  • 34,196
ILK-10 Azeri Website Directory