Mart 17, 2021

Faiq QİSMƏTOĞLU: GÖZƏ KÜL ÜFÜRMƏK OLMAZ

Bizim millət həmişə bayramlar gələndə bir şeyə can atır. Ki, heç olmasa, adi günlərdə də ala bilmədikləri mer-meyvə, digər ləziz yeməklər və şirniyyat məhsulları süfrədə olsun. Hətta ən kasıb adam belə Novruzda süfrəsini dolu görmək istəyir. Ən azından o süfrədə şəkərbura, paxlava, badambura, bununla yanaşı, qoz, fındıq, badam və digər çərəzlər stolun üstündə olsa, bu bayram süfrəsi arxasında əyləşənlərin hamısının sevincinə səbəb olar.

Ardını oxu »

Bayrağımız Qarabağda əbədi olaraq dalğalanacaq! – Kamaləddin Qafarov

 “Torpaqlarımızın erməni işğalından azad edilməsindən cəmi dörd ay keçib. Lakin bu qısa müddət ərzində həmin ərazilərin bərpası və yenidən qurulması istiqamətində artıq xeyli iş görülüb. Əlbəttə ki, bundan sonra görüləcək işlər həcminə görə müqayisə olunmaz dərəcədə daha çoxdur. Azərbaycan bütün bu işləri ən yüksək səviyyədə həyata keçirəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin son dörd ay ərzində Qarabağa müntəzəm olaraq etdiyi səfərləri bunu deməyə tam əsas verir.” Bu sözləri yap.org.az saytına açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Ardını oxu »

“Erməniləşdirilən”, eksponatları xaricə satılan Azıx mağarası: “Prezidentin izi ilə”

Qarabağ işğal olan gündən ermənilərin bəd niyyətləri ilk öncə qədim tariximizə tuşlandı. İşğal etdikləri ərazilərdə təkzibedilməz faktlarına görə dəyişdililməsi mümkün olmayan tarixi abidələri darmadağın etdilər, hansı ki, Alban abidələridir , üzərində albanlara məxsus dəsti-xətt vardı, onları da erməniləşdirirdilər. Belə xəbərləri mütəmadi olaraq erməni mətbuatı yazırdı. Amma elə tarixi məkan və abidələr var ki, onların üzərində daha asan “erməniləşdirmə“ əməliyyatı aparmaq mümkün olurdu.

Ardını oxu »

Akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, elm və tədris sahəsindəki əlaqələrdən danışıb, diplomatik fəaliyyəti müddətində səfirin imza atdığı uğurlu işlərə toxunub: “Siz artıq Azərbaycandakı öz diplomatik missiyanızı başa çatdırırsınız.

Ardını oxu »

Parlament Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu göndərəcək

Novruz bayramı əsrlərin sınağından çıxan milli mənəvi dəyərlərimizi təcəssüm edir. Təklif edirəm ki, parlament adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlansın.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Ardını oxu »

Uşaqlarda vitamin çatışmazlığı

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır.

Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

Ardını oxu »

Mətbuat Şurası Teymur Əhmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Mətbuat Şurası Teymur Əhmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb <b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

525.az-ın məlumatına görə, nekroloqda deyilir:

“Müasir Azərbaycan jurnalistikanın görkəmli nümayəndəsi, “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Ardını oxu »

Dostumuz, igidimiz, şəhidimiz İlqar… Nadir Rzalı yazır

Dostumuz, igidimiz, şəhidimiz İlqar... - <b style="color:red">Nadir Rzalı yazır </b>

Nadir RZALI

Qış vaxtı zəhmətkeş, əlləri qabarlı bir valideyn, əyin-başı nazik olsa da, əlləri donsa da, şaxtadan üzü göynəsə də, axşam balaları üçün nəsə alıb gətirəndə sevincindən yerə-göyə sığmır. Amma yorğunluq onu əldən salır, canı qızışana qədər sızıltılar keçir bədənindən.

Müharibənin başlanması xəbərini eşidəndə biz də o vəziyyətdə idik. Sevincimizdən ağlayırdıq, amma bu ağlamağımızı bəzən “sevinc göz yaşları” adlandıraraq özümüzü aldadırdıq. Bu göz yaşlarının içərisində sevincdən əlavə, nigaranlıq, qorxu, təlaş var idi.

Ardını oxu »

“Azərbaycanın bəxti onda gətirib ki…” – xarici nəşr Prezidentin uğurlarından yazdı

“Azərbaycanın bəxti onda gətirib ki...” - <b style="color:red">xarici nəşr Prezidentin uğurlarından yazdı</b>

Moldova Effektiv Siyasət İnstitutunun direktoru, tanınmış siyasi politoloq, tarix elmləri doktoru Vitali Andrievskinin nüfuzlu ava.md informasiya agentliyində “Азербайджанский прорыв” (“Azərbaycanda sıçrayış” – red.) adlı məqaləsi dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev güclü və effektli lider kimi özünü təsdiqləyib. “Əgər başqa rəhbərlərlə müqayisə etmək lazım gəlsəydi, o zaman mən onu Ərdoğanla (Türkiyə), Tszinpin (Çin) və Nazarbayevlə (Qazaxıstan) yanaşı qoyardım”, – müəllif qeyd edib.

Ardını oxu »

“Ermənistan Azərbaycana hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”

“Ermənistan Azərbaycana hərbçilər göndərmək cəhdlərinə son qoymalıdır”<b style="color:red"></b>

“Biz tariximizin xüsusi dövrünü yaşayırıq. Azərbaycanın 30 il işğal altında olan əraziləri azad edilib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Slovakiya xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar regionda yeni imkanlar yaradır:

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 75
  • 11
  • 18,906
  • 34,212
ILK-10 Azeri Website Directory