Mart 18, 2021

Qaloş – Vüsal Bağırlı yazır

  Qaloş …

Bağrımı qan elədi sevgili yarın qaloşu,

Qəlbi viran elədi nazlı nigarın qaloşu.

Qaloşun geydi ki, əğyar ona meyl eyləməsin,

Yenə tufan elədi könlü qübarın qaloşu.

(Tofiq Həsənov)

Goranboy rayonunun Qurbanzadə (kəndin adında belə mistik çalar var) kəndində bir kişi yaşayır. Onun fotoşəkli vaxt aşırı müxtəlif saytların, xəbər lentlərinin diqqət mərkəzinə düşür, trendə çevrilir, maraq, ajiotaj yaradır. 

Ardını oxu »

“Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları…”-Hikmət Hacıyev

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

Ardını oxu »

Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur -Hulusi Akar

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib. O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

Ardını oxu »

Tural İsmayılov: “Bayden ənənəvi demokratlar siyasətinin davamçısıdır”

“Baydenin prezidentliyi dövründə ABŞ xarici siyasət kursu daha aqressiv olacaq”. Bu fikirləri Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.

O qeyd edib ki, demokratların hakimiyyətdə olduğu dövrlərdə ABŞ xarici siyasət kursu daha ifrat formada özünü göstərib:

Ardını oxu »

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Ardını oxu »

Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

TƏBİB-dən Adalet.az-a verilən məlumata görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Ardını oxu »

Peyvəndlənmə insanın ömrünü uzadır

Azərbaycan  koronavirusa qarşı vaksinasiya prosesində də ön sıralardadır

Bir ildən artıqdır ki, dünya qlobal problemlə üz-üzədir. Tibbə məlum olmayan, insan həyatı üçün təhlükə mənbəyi hesab edilən, nəinki epidemiya, hətta, pandemiyaya çevrilərək qitələri bürüyən koronavirusa qarşı mübarizə davam etməkdədir.

Ardını oxu »

AMEA Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Nizami Gəncəvi irsi” adlı növbəti məşğələsi keçirilib.

Magistr, doktorant və dissertantların iştirak etdiyi lektoriyanı giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır.

Ardını oxu »

Co Bayden İlham Əliyevə təbrik ünvanlayıb

Co Bayden İlham Əliyevə təbrik ünvanlayıb<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.

Ardını oxu »

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqləndi

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqləndi<b style="color:red"></b>

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

525.az-ın məlumatına görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 55
  • 9
  • 18,886
  • 34,192
ILK-10 Azeri Website Directory