Mart 19, 2021

Prezident və birinci xanım Şuşada – YENİLƏNİB

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev dedi: -Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, Zəfər yolu ilə gəlmişdik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir.

Ardını oxu »

İnsan beyninin gücü

Hər gün həyatda müxtəlif hadisələrlə qarşılaşırıq. Təbii ki, bu hadisələrin bir qismini qavrayıb digərlərini isə görməzdən gəlirik. Lakin özümüz də bilmədən onlar bizim şüuraltımıza yığılır. İnsan beynini komputer kimi qəbul etsək, altşüur bir əməliyyat sistemidir. Bu sistemdə doğulduğumuz andan öləcəyimiz ana qədər hər bir şey xırdalığına qədər əks olunur. Şüuraltımızda olanları necə müəyyən edə bilərik? Təhtəlşüurda ilişib qalanlar həyatımıza təsir edirmi? Görəsən, şüuraltımızda toplanan neqativ hallar bizi növbəti uğursuzluqlara doğru aparırmı?

Ardını oxu »

“Bütün aktyorlar teatr səhnəsini görməlidir”- MÜSAHİBƏ

“Teatrda ilk dəfə səhnəyə çıxanda, sözün həqiqi mənasında, ayağımın altından yer qaçdı. O, həyəcan deyildi, qorxu idi. Çünki səhnədən dünya kiçik görünür. Səhnə o qədər uca bir zirvədir ki, oradan dünya çox kiçik görünür. Hər adam o mərhələni keçə bilmir. Fikir verirsinizsə, barmaq qədər sayılacaq aktyorlarımız var. Teatr aktyorlarından gedir söhbət. Bu gün belə səhnəyə çıxanda həyəcanlanıram”. “Ədalət” qəzetinin qonağı Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəmistan Süleymanlıdır.

-Zəhmət olmasa, özünüzü təqdim edin…

Ardını oxu »

BMT-nin baş katibi Novruz bayramı ilə bağlı təbrik ünvanlayıb

BMT-nin baş katibi Antoniu Quterreş Novruz bayramı ilə əlaqədar bəşəriyyətə təbrik ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrik Pekində Şanxay Əməkdaşlıq Təşkilatında keçirilən tədbir zamanı səsləndirilib. Təbrikdə qeyd olunur ki, hər il Novruz bayramı yeni başlanğıcı ifadə edir:

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: BU GƏLƏN YAZIN…

… Havadan o dəqiqə hiss olunur ki, yaz gəlir. Hətta Bakının dəlisov küləyi bir qədər sakitləşib. Martın 19-du. Başqa yeri deyə bilmərəm, Bakıda bir yaz havası hiss olunur. Günəş çıxıb, şəhəri öz ağuşuna alıb, istiliyini və hərarətini insanlara paylayır. Sanki artıq təbiət də qışın soyuğundan, şaxtasından, qarından, çovğunundan yorulub…

…Və elə bil ki, çıxan günəş, havada hiss olunan təmizlik  insanları səsləyir ki, darıxmayın, mən gəlirəm. Mən gələndə sevinəcəksiniz, ürəyiniz, qəlbiniz açılacaq. Və mən gələndə görəcəksiniz ki, sizə göz verib işıq verməyən COVİD-19 da yavaş-yavaş sönəcək. Və bir də görəcəksiniz ki, bu günəşin, bu istinin işığında o COVİD-19 əriyib, itib və cəhənnəmə vasil  olub…

Ardını oxu »

Sabahdan Novruz tətili başlayır

Sabahdan Novruz tətili başlayır<b style="color:red"></b>

Azərbaycanda sabahdan Novruz tətili başlayır.

525.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Ardını oxu »

Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi təqdim olunub

Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. “Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır.

Ardını oxu »

Əfv Sərəncamının icrası başa çatdı – Yenilənib

Əfv Sərəncamının icrası başa çatdı - <b style="color:red">Yenilənib</b>

Əfv Sərəncamının icrası başa çatıb.

525.az-ın məlumatına görə, Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

***

Ardını oxu »

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Martın 18-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Ardını oxu »

Torpağı Vətən etməyin yolu

DƏDƏ QORQUD ÖYÜDÜ, BƏKİL OĞLU İMRAN ÖRNƏYİ

Torpağı Vətən etməyin yolu<b style="color:red"></b>

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

İşğaldan azad olunan torpaqları daimi Vətənə çevirmək üçün Azərbaycanla Ermənistanın dövlət sərhədləri boyunca strateji əhəmiyyətli mövqelərdə çoxminlik əhalinin yaşaya biləcəyi sivil şəhərlər tikməliyik.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 1
  • 69
  • 11
  • 18,900
  • 34,206
ILK-10 Azeri Website Directory