Mart 24, 2021

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzinin və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin, aktiv gənclərin iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan Ombudsman təsisatı ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədilə müntəzəm olaraq maarifləndirmə fəaliyyəti həyata keçirir.

Ardını oxu »

Xəzər dənizində zəlzələ olub

Martın 23-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:31-də qeydə alınıb.

Ardını oxu »

Yaralansa da, yenidən döyüşə atılaraq Şuşada şəhidlik zirvəsinə yüksələn Elvin Dadaşov

Qırx dörd gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, bizim xalq böyük xalqdır. Bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız hər zaman var olub, bundan sonra da olacaq. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənimizin bütövlüyü uğrunda haqq savaşında tarix yazdı.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid gizir Elvin İmanqulu oğlu Dadaşovdur.

Ardını oxu »

Pomidor, brokkoli və zəncəfil xərçəngin profilaktikası üçün çox faydalıdır

Bəzi qida növləri xərçəngə qarşı mübarizədə faydalı ərzaq məhsulu kimi tanınır. Görən, onlar doğrudanmı panaseyadır?

Brokoli: xırtıldayan tərəvəzlərdə olduğu kimi digər kələm növlərinin tərkibində də qlükozinolatlar var. Heyvan və hüceyrələr üzərində aparılan təcrübələrdə xardal yağının şiş hüceyrələrinin böyüməsinə maneçilik törətməsi müşahidə olunub. “Məsələn, baş kələm prostat və ağciyər xərçənginə təsir edir”, – deyə Münhen Onkologiya Mərkəzinin rəhbəri Folkmar Nüsssler təsdiqləyir.

Ardını oxu »

Azərbaycan əhalisinin sayı 10 milyon 122 min 148 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ardını oxu »

Azərbaycan və Pakistan strateji tərəfdaşlıq münasibətlərinə malikdir

Azərbaycan və Pakistan strateji tərəfdaşlıq münasibətlərinə malikdir<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan Günü münasibətilə Pakistan xalqını təbrik edib.

525.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib. “Pakistan Günü münasibətilə qardaş Pakistan xalqına davamlı sülh, inkişaf və rifah üçün ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Ardını oxu »

Dünyada COVID-19-dan sağalanların sayı 100 milyonu ötüb

Dünyada COVID-19-dan sağalanların sayı 100 milyonu ötüb<b style="color:red"></b>

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalanların sayı 100 milyonu ötüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dünyada koronavirusdan sağalanların sayı 100 369 788 nəfərə çatıb. Koronavirusa yoluxan 21 288 718 nəfərin müalicəsi isə davam edir.

Ardını oxu »

Dünyanın ən xoşbəxt ölkələri bəlli oldu – Siyahı

Dünyanın ən xoşbəxt ölkələri bəlli oldu - <b style="color:red">Siyahı</b>

Birləşmiş Millətlər Təşkilatının 149 ölkə arasında apardığı “Dünya Xoşbəxtlik Hesabatı 2021” qiymətləndirməsinə əsasən Finlandiya, Danimarka və İsveçrə ilk üçlükdə yer alıb.


525.az xəbər verir ki, hesabatda ən bədbəxt ölkə yenidən Əfqanıstan seçilib.Siyahıda yer alan ilk 10 ölkənin 9-u Avropa ölkələridir. İlk onluqda yer alan və başqa qitəyə məxsus yeganə ölkə Yeni Zelandiyadır.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 75
  • 11
  • 18,906
  • 34,212
ILK-10 Azeri Website Directory