Mart 26, 2021

Rusiyanın xarici işlər naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.

O deyib ki, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının aprelin 2-də keçiriləcək iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcək.

Ardını oxu »

Azərbaycan ziyalıları UNESCO-ya müraciət ünvanlayıb

Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Baş direktor,

Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixə malik mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik.

Ardını oxu »

Laçın polisi tərəfindən minalar aşkar edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkarlanması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər. Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib.

Ardını oxu »

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 107 santimetr artıb

Martın 26-da Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 3, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində 14, Zəyəmçay-Ağbaşlar məntəqəsində 4, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Sifidor məntəqəsində 4, Viləşçay-Şıxlar və Təngərüdçay-Vaqo məntəqələrində isə 2 santimetr azalma müşahidə olunub.

Ardını oxu »

“İşğalçılara xidmət edən ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz”

"İşğalçılara xidmət edən ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz"<b style="color:red"></b>

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarına dair şərh yayıb.

525.az-ın məlumatına görə, XİN şərhində bildirir ki, 25 mart 2021-ci ildə BBC News Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yayıb: “Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.

Ardını oxu »

Cəbrayılda erməni kilsəsi olubmu?

Cəbrayılda erməni kilsəsi olubmu?<b style="color:red"></b>

44 günlük müharibədə iqtisadiyyatı və ordusu darmadağın edilən və bu məğlubiyyəti həzm edə bilməyən ermənilər yeni yalanlar uydurmaqda davam edirlər. Bu dəfə onlar Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair məlumat yayıblar. Bu həm də onu göstərir ki, ermənilər zəhərli ideologiya və xəstə təxəyyüldən hələ xilas ola bilməyiblər.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 69
  • 11
  • 18,900
  • 34,206
ILK-10 Azeri Website Directory