Mart 28, 2021

Pol Qobl: “ABŞ “erməni soyqırımı”nı tanısa təəccüblənərəm”

  

“1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyacağına söz verən, ancaq vəzifəyə gəldikdən sonra bunu etməyən ABŞ prezidentliyinə namizədlərin uzun bir tarixçəsi var. Prezident Co Baydenin istisna təşkil edəcəyi təəccüb doğurur”.

Bunu tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımını” tanıyıb-tanımaması ilə bağlı Caliber.Az-ın sualını cavablandırarkən deyib.

Ardını oxu »

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib<b style="color:red"></b>

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib.

525.az APA-ya istinadən verdiyi məlumata görə, artıq ənənə halını almış xeyriyyə aksiyası Rusiya paytaxtının “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində baş tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları uşaq evinin sakinlərinə müxtəlif yaş kateqoriyalarına uyğun kitablar, oyuncaqlar və şirniyyatlardan ibarət hədiyyələr ediblər.

Ardını oxu »

Ombudsman bəyanat yaydı

Ombudsman bəyanat yaydı<b style="color:red"></b>

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.

525.az xəbər verir ki, bəyanatda deyilir: “Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.

Ardını oxu »

Qarabağda 17 hektar ərazi minalardan təmizləndi

Qarabağda 17 hektar ərazi minalardan təmizləndi<b style="color:red"></b>

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, martın 26-da 17 hektar ərazi, 5 km yol təmizlənib, 12 partlayıcı maddə aşkar edilib, 6 bina yoxlanılıb.

Ardını oxu »

KİV: “Paşinyan generallara cinayət işi açılmayacağını boyun olub”

KİV: "Paşinyan generallara cinayət işi açılmayacağını boyun olub"<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin generallarına qarşı cinayət işi açılmayacağını söz verib.

525.az xəbər verir ki, bu barədə “Past” qəzeti Ermənistan hökumətindəki mənbəyinə istinadən bildirib. Qəzetin yazdığına görə, bu günlərdə Nikol Paşinyan Silahlı Qüvvələrin zabit heyətinə Baş Qərargahın yeni rəisi Artak Davtyanı təqdim edib.

Ardını oxu »

Çin ilə İran arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb

Çin ilə İran arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanıb<b style="color:red"></b>

İran ilə Çin arasında bu gün Tehranda 25 ili əhatə edən plan üzrə strateji əməkdaşlıq haqqında sənəd imzalanıb.

525.az xəbər verir ki, İranda səfərdə olan Çinin xarici işlər naziri Vang İy Ali Rəhbər Əli Xamneyi, Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Görüşlərin nəticəsi olaraq hər iki dövlətin xarici işlər nazirləri tərəfindən imzalanan sənədə əsasən bir çox sahələr üzrə strateji əməkdaşlıq nəzərdə tutulub.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 60
  • 10
  • 18,891
  • 34,197
ILK-10 Azeri Website Directory