Mart 29, 2021

Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir.

Ardını oxu »

Apreldən Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

Ardını oxu »

Ərəb gəldi, qan düşdü

Ərəb turistləri ətrafında növbəti mərəkə yenə də sosial şəbəkələri və mətbuatı başına götürüb. Yeni hadisə deyil, ən azından ildə üç-dörd dəfə ölkə gündəmini zəbt edir, eyni ssenari üzrə başlayır… və bitir. Eyni sərgüzəştlər, eyni reaksiyalar, qəzəbli emosiyalar, vay-şüvən, caçyoldu, sinəyaxdı. Hind filmləri kimi bayağı, amma nə sirri-xudadısa həm də baxımlı.

Mövzu iki olsa da, adı eynidi – quş ovu. Həm dırnaqlı, həm də dırnaqsız, yəni müstəqim və məcazi mənalarda.

Ardını oxu »

“Xoş gördük, ala sağsağan” -Firidun Ağazadə yazır

Məmməd Arazın hər şeirindən bir esse yazmaq olar. 1980-ci ildə şair Pitsundada istirahət edərkən (şair istirahət etmir, özəl bir məkan axtarır ki, düşüncələri ilə baş-başa qalsın) bir şeir yazmış: “Xoş gördük, ala sağsağan”. Şəhər uşaqları, xüsusən, digital əsrin şəhər uşaqları qarğa, sağsağan tanımaz, ayırmazlar da onları. Ayfonlardan gözünü ayırıb göyə baxmağa macal tapmır bunlar… Amma biz bilərik, nə yuvanın quşudu bu qarğalar, sağsağanlar.

Bir az zooloji-elmi informasiya verim. Sağsağana (Latınca Pica pica) el dilində “qəcələ”, “zığ-zığ quşu” da deyirlər. Qarğalar fəsiləsindən olan quşdur. Cütlərlə yaşayırlar. Sağsağanın qida rasionu zəngindir, hər şey yeyən quşdur… Pardon, amma “hərşeyşünas” deyil… Sağsağan bioloji növ kimi də zərərli quş deyil.

Ardını oxu »

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib

  Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

Ardını oxu »

Ərəblərin Azərbaycanda qeyri-adi sərgüzəştləri – Vüsal Bağırlı yazır

  Ərəblərin Azərbaycanda qeyri-adi sərgüzəştləri

Baş rolda Andrey Mironovun çəkildiyi məşhur bir sovet kinokomediyası var. Film “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” adlanır. Baxmaq istəyənlər, filmi internetdə axtarıb taba bilərlər. Amma, mən mövzunun coğrafiyasını ölkəmizə transfer etmək istəyirəm.

Ərəblərin Azərbaycandakı ağlasığmaz macəralarından və sərgüzəştlərindən bəhs edən babat əsər yazmaq, yaxud da normal bir  film çəkmək mümkündür.

Ardını oxu »

Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olunub

Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olunub<b style="color:red"></b>

Martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən 525.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Ardını oxu »

Şuşada silah-sursat aşkarlanıb

Şuşada silah-sursat aşkarlanıb<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ

Ardını oxu »

Ceyhun Bayramov Tacikistana yola düşüb

Ceyhun Bayramov Tacikistana yola düşüb<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Ardını oxu »

Mətbuat Şurası “Media Defense” təşkilatına müraciət ünvanlayıb

Mətbuat Şurası “Media Defense” təşkilatına müraciət ünvanlayıb<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası “Media Defense” hüquq müdafiəsi təşkilatına bu qurumun Ermənitsan vətəndaşı olan jurnalistlərin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması ilə bağlı müraciət ünvanlayıb.

525.az-ın məlumatına görə, müraciətdə bildirilib: “Media Defense” hüquq müdafiəsi təşkilatı Ermənitsan vətəndaşı olan dörd şəxsin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 75
  • 11
  • 18,906
  • 34,212
ILK-10 Azeri Website Directory