Mart 30, 2021

Şuşanı işğal etmiş general xəstəxanalıq oldu

Ermənistanın ehtiyatda olan general-mayoru, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan xəstəxanaya yerləşdirilib.

Adalet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1992-ci ilə Şuşanı işğalı zamanı erməni silahlı qüvvələrinə komandirlik etmiş Arkadi Ter-Tadevosyan hazırda “Erebuni” Tibb Mərkəzindədir.

Ardını oxu »

Rusiyanın Azərbaycanla mükəmməl etibarlı münasibətləri var – Peskov

Rusiyanın Azərbaycanla mükəmməl etibarlı münasibətləri var.

Adalet.az-ın AİF-ə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ardını oxu »

Karantin rejimi nə zaman sərtləşdirilə bilər? -AÇIQLAMA

Koronavirusun bugünkü dalğası bu şəkildə davam edərsə, yoluxmalar artarsa, xəstəxanalardakı çarpayıların tükənməsi, eləcə də oksigen aparatlarına tələbatın artması ilə yanaşı, reanimasiyalarda xəstələrə lazım olan köməkliyi edə bilməmək kimi bir təhlükə var qarşımızda. Bu reallığı qəbul etməkdən başqa da bir yolumuz yoxdur.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat ümidvar olduğunu bildirib ki, zaman çərçivəsində epidemioloji vəziyyət nəzarət altına alınacaq: “Epidemioloji vəziyyətin nəzarət altına alınmasında isə əvvəlcə cəmiyyətin bu hadisələrə kütləvi şəkildə olan reaksiyası vacibdir, çünki bu reaksiya olmadan, cəmiyyət kütləvi şəkildə epidemioloji vəziyyətin diqtə etdiyi 3 preventiv tədbiri tətbiq etmədiyi müddət içərisində dövlətin görmüş olduğu bütün işlərə baxmayaraq, nəticə almaq qeyri-mümkündür.

Ardını oxu »

Mətbuat Şurasının təmsilçisi “Qlobal jurnalistika layihəsi” çərçivəsində virtual media otaqlarının qonağı olacaq

Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (IPI) pandemiya şəraitində virtual fəaliyyətə üstünlük verir. Buna görə də bir sıra fəaliyyətlər internet üzərindən gerçəkləşdirilir.

Adalet.az-ın məlumatına görə, belə fəaliyyətlər çərçivəsində həyata keçirilən işlərdən biri də “Qlobal jurnalistika layihəsi”dir.

Azərbaycan Mətbuat Şurası da bu layihədə iştirak edir. Layihə çərçivəsində qurumun bu ilin aprel ayında reallaşdıracağı “Xəbər otaqlarına virtual ziyarət”inə Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət də qatılacaq. Kiçik bir qrup beynəlxalq media təmsilçisi üçün nəzərdə tutulan ziyarət aprel ayı boyunca davam edəcək və 4 ayrı ölkənin 4 ayrı media qurumunu əhatə edəcək.

Ardını oxu »

Goranboy: Tikinti işləri yekunlaşmaq üzrədir

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər  Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü.
İcra Başçısı  tikinti işlərinin vaxtında və keyfiyyətlə yekunlaşdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.  Hazırda burada aparılan tikinti işlərinə 100 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir.

Ardını oxu »

Samux: YAP Samux rayon Təşkilatı İdarə Heyətinin videokonfransı keçirildi

30.03.2021-ci il tarixdə YAP Samux rayon təşkilatı idarə heyətinin videokonfransı keçirildi. Tədbirdə  partiya fəalları iştirak etdi.
Videokonfransda I məsələ olan  “Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin  ictimai-siyasi həyatında böyük siyasu  hadisədir” mövzusu ətrafında Qurultay nümayəndəsi , YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  geniş məruzə ilə çıxış edərək  vurğuladı ki, Qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək.

Ardını oxu »

Aşıq Ələsgərin yubileyinə həsr olunmuş konfrans keçirilib

Aşıq Ələsgərin yubileyinə həsr olunmuş konfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan aşıq ədəbiyyatının klassiki Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” adlı virtual konfrans keçirilib.

525.az-a verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,  Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, eləcə də, ortaq türk qurumları – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilib.

Konfransın təşkilinə “Dədə Ələsgər Ocağı” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Türk Ədəbiyyatı Vəqfi,  Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU Quba filialı da qatılıb.

Ardını oxu »

“Separatizmin yaratdığı təhdidlərə qarşı birgə səylərin davam etdirilməsi vacibdir”

“Separatizmin yaratdığı təhdidlərə qarşı birgə səylərin davam etdirilməsi vacibdir”<b style="color:red"></b>

“Bu Nazirlər Konfransı, İstanbul Prosesi çərçivəsində görülən mühüm işləri qiymətləndirmək və Əfqanıstanın və bütün Asiyanın qəlbi bölgəsinin üzləşdiyi ciddi problemlərin həlli istiqamətində ortaq səylərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yaxşı fürsət təqdim edir. Buna görə də, hazırkı konfransı qonşuları ilə sülh şəraitində olan Əfqanıstanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsi ortaq məqsədimizə çatmaq üçün bütün iştirakçı ölkələrin, eləcə də dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların güclü öhdəlikləri əlaməti olaraq qiymətləndiririk”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

Ardını oxu »

Tarixin qanlı səhifələrindən boylanan 31 Mart soyqırımı

Tarixin qanlı səhifələrindən boylanan 31 Mart soyqırımı<b style="color:red"></b>

Beynəlxalq hüquqa əsasən, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir.

Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub.

Sabah 31 Mart soyırımının 103 ili tamam olur. Əsrlər boyu erməni daşnakları tərəfindən dəfələrlə xalqımıza qarşı törədilmiş qırğınlar içində 31 Mart soyqırımı öz dəhşəti ilə seçilir. Uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin ən faciəli anlarından, ən qaranlıq səhifələrindən biridir.

Ardını oxu »
Arxiv
Təqvim
Mart 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 60
  • 10
  • 18,891
  • 34,197
ILK-10 Azeri Website Directory