Aprel 2021

Mərkəzi Elmi Kitabxananın fondları beynəlxalq əməkdaşlıq çərçivəsində zənginləşdirilir

AMEA Mərkəzi Elmi Kitabxanası beynəlxalq əlaqələr vasitəsilə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kitabxanalar, elm, təhsil, mədəniyyət profilli müəssisə, təşkilat və kitabxanalarla qarşılıqlı faydalı əməkdaşlıqlar aparır. Əməkdaşlıq çərçivəsində tərəfdaşlar arasında beynəlxalq mübadilə aparılır və təşkilatların fondları zəngin, istifadəçilərin elmi işlərində mühüm yer tutan ədəbiyyatla zənginləşdirilir.

Qeyd edək ki, cari ilin I rübü ərzində Mərkəzi Elmi Kitabxanaya 66 nüsxə ədəbiyyat daxil olub. Nəşrlər kitab, jurnal, CD, buklet olmaqla ingilis, fransız, rus, alman, türk, italyan, ispan, bolqar, belarus və s. dillərdədir.

Ardını oxu »

Abşeronda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

Abşeronda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov və rayon ağsaqqalları iştirak ediblər.

Ardını oxu »

Düşmənin dağıtdıqlarını dostlarla birlikdə qururuq

Prezident İlham Əliyev  Cəbrayıl və Zəngilan rayonlarına  növbəti   səfəri  zamanı ənənəsinə sadiq qalaraq  yeni layihələrə  xeyir-dua verib. Bunların sırasında   Zəngilan rayonunun Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” pilot layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bu, işğaldan azad edilmiş ərazilərimizdə  həyata keçirilən ilk pilot layihədir.

Erməni faşistlərinin yerlə yeksan etdiyi  şəhər və kəndlərimizi yenidən qurmağa Azərbaycanın həm maddi vəsaiti ,  həm siyasi iradəsi var. Vətən müharibəsindəki  Qələbəmizdən sonra  Prezident dəfələrlə qeyd edib  ki, düşmənin dağıtdığı   evlərin  və genişmiqyaslı infrastrukturun bərpası   işlərinə   dost ölkələrdən  də şirkətlər  dəvət olunacaq.

Ardını oxu »

Təhsil naziri videoqəbul keçirib

Aprelin 29-da təhsil naziri Emin Əmrullayev Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Ardını oxu »

Vətən müharibəsinə həsr olunmuş nümunəvi dərs keçirilib

Vətən müharibəsinə həsr olunmuş nümunəvi dərs keçirilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Culfa rayon Xanəgah kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün nümunəvi dərs keçib.

525.az-a verilən məlumata görə, “Vətən müharibəsində qələbəni təmin edən əsas amillər” mövzusunda keçilən dərsdə alim ermənilərin əzəli torpaqlarımıza köçürülməsi, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib.

Qeyd edib ki, uzun illər fürsət axtaran düşmən, ötən əsrin 90-cı illərinin əvvəllərində himayədarlarının fəal dəstəyindən, ölkəmizdə hökm sürən hakimiyyətsizlikdən istifadə edərək soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycan ərazisindən deportasiyasına nail olmuşlar. Bununla kifayətlənməyən təcavüzkarlar tarixi Azərbaycan ərazilərini işğal etmiş, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə salmışlar.

Ardını oxu »

Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir

Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir<b style="color:red"></b>

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilir.

525.az APA-ya istinadən xəbər verir ki, abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.

Abidə kompleksinin müəllifi, Əməkdar rəssam Şərif Şərifov bildirib ki, abidə kompleksinin əsas mövsuzu qələbədir. Burada inşa edilən “Şəhid bulağı” isə xalqımızın, xüsusilə gəncəlilərin qədim adətlərini özündə ehtiva edir: “Suyun ehsan edilməsi bizim köhnə adətlərimizdəndir. Zənnimcə bu amil abidənin daha da doğmalaşmasına təkan olaqcaq”.

Ardını oxu »

“Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub

“Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub<b style="color:red"></b>

Yeni yaradılan “Qarabağa dönüş” İctimai Birliyinin sədri məlum olub.

525.az xəbər verir ki, Tural Gəncəliyev yeni yaradılan ictimai birliyin sədri olub.

Qeyd edək ki, bu gün “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi buraxılıb və “Qarabağa dönüş” adlı ictimai birlik yaradılıb.

Ardını oxu »

“Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb” – Peskov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ daha “yumşaq” bir Ankaraya üstünlük verərdi.

Ardını oxu »

Rafiq Əliyev: “Allahın elmə nə dəxli var deyə düşünənlər bəlkə də nadanlardı” -MÜSAHİBƏ

Dünya şöhrətli alim Rafiq Əliyev Yeniavaz.com-a müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edirik:

– Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağa, Ağdama getmisinizmi?

– Yox, getməmişəm. Mənəvi istək çoxdur gedim, amma hələ ki, qanunlar buna imkan vermir. 

– Qarabağ, Ağdam deyəndə hislərinizi, yaşadığınız duyğuları öyrənmək istəyirik…

Ardını oxu »

Ermənistanın hərbi cinayətlərini beynəlxalq komissiya araşdıracaq

Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə – Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiti Hulusi Kılıç deyib. O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 12
  • 6
  • 15,544
  • 44,176
ILK-10 Azeri Website Directory