Aprel 1, 2021

Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Ardını oxu »

Azərbaycan-Türkiyə arasında bütün maneələr aradan qalxır – Çavuşoğlu

Bu gündən etibarən Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb:

O bildirib ki, ölkələr arasında bütün maneələr aradan qalxır: “Qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun!”

Ardını oxu »

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başlayıb – DSX

Aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətindən Adalet.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırmışdır.

Çıxışda Vətən Müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulmuş döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunmuşdur.

Ardını oxu »

Qarabağı azad görmək onun ən böyük arzusu idi

Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edərək 44 gündə tarix yazan və şəhidlik məqamına yüksələn qəhrəmanlarımızdan biri də Rusif Kazımovdur.

1997-ci ilin martın 29-da Cəlilabadın Uzuntəpə kəndində dünyaya göz açan Rusif hərb sənətini öyrənməyi hələ uşaqlıqdan qarşısına məqsəd qoymuşdu.

AZƏRTAC xəbər verir ki, o, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olub. Təhsil aldığı illərdə xüsusi təyinatlı texnikaları və sistemləri mükəmməl öyrənən Rusif həm də, qoşun kəşfiyyatı, bölmə və hissələrin tətbiqi üzrə peşəkar hərbçi kimi yetişir. Vətən müharibəsi başlayanda leytenant Kazımov da rəhbərlik etdiyi bölüklə Murovdağ istiqamətində düşmən üzərinə atılıb.

Ardını oxu »

Prezident İlham Əliyev: Əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq

 Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən bildirib.

Üçtərəfli işçi qrupunun artıq beş iclas keçirdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq”.

Ardını oxu »

Aprelin 2-də gözlənilən hava proqnozu

Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 14-19° isti, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Ardını oxu »

Azadlığın mübarək, Aqil əmi!

Azadlığın mübarək, Aqil əmi!<b style="color:red"></b>

Xəyalə ZƏRRABQIZI

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Ardını oxu »

Tarix danışan “Rənglər” – Pərvin Rəsul Rzanı anır

XALQ ŞAİRİ RƏSUL RZANIN VƏFATINDAN 40 İL ÖTÜR

Tarix danışan "Rənglər" - <b style="color:red">Pərvin Rəsul Rzanı anır </b>

PƏRVİN

Zaman həyatı solğunlaşdırmaqda… Mübarizə mənasızdı! Dirəniş əbəsdi. Ona görə keçmiş lap acı olsa belə, bir az daha rəngli, parlaq  gəlir… Hamının adından danışmaq niyyətim yoxdu! Amma neynim, gördüyüm budu ki, çox şey təravətini itirir. Bəlkə yola ertədən çıxmışıq ona görə. Birisi üçün başlanğıc olan və yeniliyi ilə cəlb edən başqasından ötrü sıradandı, hətta bir az da bitmiş, tükənmiş kimidi… Və peşəmizin diktəsi odur ki, yalnız yazılan, sənətə çevrilən qalır, təzəliyini, ilkin gözəlliyini itirmir.

Ardını oxu »

Azərbaycan, Ermənistan və Gürcüstan….

Azərbaycan, Ermənistan və Gürcüstan....<b style="color:red"></b>

Martın 31-də DÇ-2022-nin Avropa zonasında üçüncü turun oyunlarına yekun vuruldu.

Qanqaraldıcı durum odur ki, milli komandamız bu dəfə də yarışa uğursuz start verdi: 2 oyun, 2 məğlubiyyət. Üstəgəl rəsmi görüşlər arasında Canni de Byazinin futbolçuları Qətərlə yoxlama görüşündə də istəyinə nail ola bilmədi (1:2). Düzdür, Azərbaycan qrupun favoritlərinə – DÇ-2022-nin final mərhələsinə getməyə iddialı olan Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzdu. Amma bu, acı həqiqəti dəyişmir. Unutmayaq ki, ölkəmizdə futbol infrastrukturunun ən ağır dönəmində, futbolçuların az pul qazanmasına görə “peraşki dövrü” adlandırılan zamanlarda Azərbaycan Portuqaliyadan 1, Serbiyadan isə düz 4 xal almağı bacarıb.

Ardını oxu »

“Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”

“Çin Azərbaycana təmənnasız 150 min doza vaksin göndərəcək”<b style="color:red"></b>

“Sabah Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 29 illiyini qeyd edəcəyik”.

525.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min bildirib.

Səfir deyib ki, Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilir:

“Bu, aramızdakı dərin ənənəvi dostluğu, Çin xalqının Azərbaycana böyük simpatiya ilə yanaşmasını nümayiş etdirir”.

Qo Min qeyd edib ki, dünyada pandemiyanın yayılmasından sonra Çin və Azərbaycan bu çətinliyi aşmaq üçün bir-birinə böyük mənəvi, maddi dəstək verib, lazımi təcrübələrini bölüşüblər:

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 252
  • 94
  • 13,954
  • 52,503
ILK-10 Azeri Website Directory