Aprel 1, 2021

Dünya ədəbiyyatında antiintihar motivləri

Dünya ədəbiyyatında antiintihar motivləri<b style="color:red"></b>

Bəsirə ƏZİZƏLİ
Filologiya elmləri doktoru

Məşhur Amerika yazıçısı, həyatda çox zaman uğursuzluqla üzləşən və ömrünə intiharla son qoyan Cek London “Martin İden” əsərində “həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır”, – deyə yazır. Son zamanlar cəmiyyətimizdə  təsadüf etdiyimiz intihar hadisələrini izlədikcə intihara səbəb olan əzab dolu həyatın, yoxsa ondan xilas olma yolu kimi seçilən ölümün daha asan olması sualı qarşısında düşünürsən. Fransız filosofu Alber Kamü “Sadəcə bir fəlsəfi problem vardır və o da intihardır. Həyatın yaşamağa dəyib-dəymədiyinə qərar vermək elə fəlsəfənin ən başlıca sualına cavab verməkdir” deyirdi və bu ölüm aktını “sənət yaratmaq” adlandırırdı. Yalnız fəlsəfənin deyil, yaşamın probleminə çevrilmiş intiharın yüzillərdir çözülə bilməyən səbəbləri onun çox müxtəlif dövrlərdə dünya ədəbiyyatının çeşidli səhifələrindəki izlərindən də bəlli olur. Əslində, köhnə olan bu problemin hər zaman da müasir olması həm ölümün, həm də həyatın axarından doğmaqdadır. İntihar etməsindən bir neçə saat əvvəl yazdığı şeirində rus şairi Sergey Yeseninin söylədiyi kimi:

Ardını oxu »

İlham Əliyev və Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

İlham Əliyev və Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

525.az APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 59
  • 10
  • 18,890
  • 34,196
ILK-10 Azeri Website Directory