Aprel 2, 2021

Şuşanın İLHAM ƏLİYEV zirvəsi

…Televizorun qarşısında əyləşib Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfərinə baxırdıq.

Bu, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Şuşaya iki ay ərzində ikinci səfəri idi.

Hardasa 30 illik həsrətimizdən sonra azadlığına qovuşmuş ruhumuzun şəhəri ilə yeni görüşü, vüsalı…

Bu cür anları sonradan kamil tarixçilər, ədəbiyyat adamları daha mükəmməl şəkildə obrazlaşdırırlar. Çünki həyatımızdakı aramsız informasiya axınında sadəcə videogörüntüləri seyr etməklə, rəsmi xronikanı izləməklə, bu cür anları ucsuz-bucaqsız tarixin hüdudlarından bəzən tam görmək olmur. Baş verənlərə bəzən sadəcə cari fakt kimi baxıb keçirsən. Belə anları obrazlaşdırmaq isə tarixi vaxtın hündürlüyündən görüb duymağı, əsrləri birlikdə hiss etməyi bacaran bədii təfəkkür sahibi tarixçilərin, ədəbiyyatçıların işidir…

Ardını oxu »

Yalançı arzuların bitmə tarixi.. – Esse

Yalançı arzuların bitmə tarixi.. -  <b style="color:red">Esse</b>

Türkan HÜSEYNLİ

Səhər oldu. Qaranlıq çəkilib gətdi. Hava aydınlandı. Dan yeri yenicə ağarmışdı ki, yanı açıq qalan pəncərədən narın əsən rüzigar mehi qulağımdan əsib keçərək, toxundu üzümə. Hər səhər adət belə idi. Nə gözəl duyğudur, mehin üzünə toxunub səni yuxudan oyatması. Düşünəndə sevincdən dodaq qaçır,  adam xoşbəxt olur. Həmdəm, doğma olmuşdu bu meh. Bütün səhərlər belə oyanırdım. Meh ilə. Onun dəli gəlişi, həyəcanlı toxunuşu ilə. Sərin olub, üzərimdə istinən havası ilə. Harda olsam axtarıb tapıb oyadardı məni. Yenə gəlişimə tələsdiyi bir səhər idi. Gözü havada qalmışdı həsrətinə son qoymaq üçün. Mənə toxunmaq üçün. Amma onu gözləyən, arzulayan mən həmənki mən deyildim. Onu xoşbəxt duyğularla qarşılamağa həvəsli “həmişəki qonaq”, həmişəki mən deyildim.

Ardını oxu »

Milli Kitabxanada “Aprel döyüşləri” adlı sərgi təqdim olunub

Milli Kitabxanada “Aprel döyüşləri” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Döyüşlər zamanı Azərbaycanın qəhrəman oğulları öz qanları və canları ilə tarix yazdılar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir.

Ardını oxu »

Milli Məclisin iclası başladı

Milli Məclisin iclası başladı<b style="color:red"></b>

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

525.az-ın məlumatına görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Ardını oxu »

“Sənsiz” – bədii qiraət müsabiqəsi

"Sənsiz" - bədii qiraət müsabiqəsi<b style="color:red"></b>

Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihə və tədbirlər nəzərdə tutulub.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək “Sənsiz” bədii qiraət müsabiqəsi də bu qəbildəndir.

Teatr Xadimləri İttifaqından verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Ardını oxu »

Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı

  Hərbi əməliyyatlar zamanı hər hansı zədə almış, xəstəlik tapmış Qarabağ qaziləri əlilliyin təyinatı üçün ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidir.

Adalet.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisəsi dərhal “forma 88” tərtib edərək bunu elektron alt sistemə daxil etməlidir:

“Elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoçəkilişlər, ümumi məlumatlar komissiya tərəfindən nəzərdən keçirilir”.

Ardını oxu »

Uşaqlarda vitamin çatışmazlığı

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova AZƏRTAC-a deyib: “Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir.

Ardını oxu »

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində tarixi şəxsiyyətlər

XII əsr farsdilli Azərbaycan poeziyasının və həmçinin dünya ədəbiyyatının müqtədir nümayəndəsi, ölməz yaradıcılığı ilə bütün bəşəriyyətə məxsus olan Nizami Gəncəvinin ədəbi əsərləri təkcə misilsiz sənətkarlıqla qələmə alınmış bədii örnəklər deyil, həmçinin zəngin elmi, tarixi biliklərin bir araya toplandığı qiymətli mənbələrdir. Şair məsnəvilərində yalnız öz dövrünün hadisə və şəxsiyyətləri ilə bağlı məlumat verməklə qalmamış, eyni zamanda xeyli əvvəlin olayları və tarixi simalarını da əsərlərinə “gətirərək” həm onlara, ictimai-siyasi fəaliyyətlərinə münasibətini bildirmiş, həm də bu insanlarla bağlı, daha öncədən xalq arasında yayılmış rəvayətləri və ya sırf yaradıcılıq təxəyyülünün məhsulu olan əhvalatları qələmə almış, özünün obrazlar çələngini zənginləşdirmişdir. Akademik Teymur Kərimli qeyd edir ki,  “Nizaminin elə bir poeması yoxdur ki, orada tarixi şəxsiyyət iştirak etməsin”. Bu baxımdan böyük şairin “Sirlər xəzinəsi” məsnəvisi də tarixi şəxsiyyətlərin maraqlı obrazları ilə diqqəti cəlb edir.

Ardını oxu »

Peyğəmbərimizə beşinci gözəlləmə

Ey yalvaclar tacının ən qiymətli gövhəri,

Sultanlara taç verən ağ günlər peyğəmbəri!

Yad da sənə möhtacdır, ümmətindən olan da,

Çörəyini yeyənlər nə qədərdir cahanda.

Adın ilə başlanır beytimin başlanğıcı,

O həm də qafiyətək söz sonunda baş tacı!

Ardını oxu »

Əbədi məhəbbət dastanı

Martın sevinci, aprelin kədəri, məktəbin qovuşdurduğu, göylərin ayırdığı tale…

“…Zəhranın müəllimi mənə zəng etdi ki, uşağın yanında heç nə danışmayın, məktəbdə ağlayır ki, atama nə isə olacaq. Dedim, axı elə bir söhbət olmayıb evdə. Uşağa nə isə agah olmuşdu…”

Onda hələ 2016-cı ilin martı idi… Zəhra ibtidai sinifdə oxuyurdu. Atalı, analı xoşbəxt bir ailənin övladı idi… Bu gün isə atasının şəhidliyinin ildönümüdür. “Bizim hekayəmiz” layihəsində həmsöhbətimiz şəhid mayor, “Azərbaycan Bayrağı” ordenli Urfan Vəlizadənin xanımı Könül Vəlizadədir…

Urfan Vəlizadə Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Əbubəkir İsmayılov və Təbriz Musazadə ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 hərbi vertolyotunun ekipaj üzvü olub…

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 156
  • 45
  • 4,138
  • 22,200
ILK-10 Azeri Website Directory