Aprel 5, 2021

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən daha bir şəxsin qanunsuz əməlləri ifşa edilib

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Ardını oxu »

Z.R.Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

Ardını oxu »

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar

Aprelin 5-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilir.

AZƏRTAC xəbər verir ki, vebinar Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

Tədbiri salamlama sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.

Ardını oxu »

Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi deməkdir? -Agentlikdən açıqlama

   Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil. Əlillik yalnız geridönməz hallar, amputasiya, sağalması mümkün olmayan ağır xəstəliklər və s. olduğu hallarda müddətsiz, yəni ömürlük verilir.

Bu barədə Trend-ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər hallarda isə əlillik müddətli təyin edilir. Müddətli əlillik təyin edilmiş şəxslərə təyin olunmuş əlilliyin müddəti onlara təqdim edilmiş müvafiq sənədlərdə göstərilir.

Ardını oxu »

Səbinə Gözəlova:“Şuşa da azaddır, atamın ruhu da…”-MÜSAHİBƏ

Bu gün Ağdamın – Azərbaycanın igid oğlu Mikayıl Gözəlovun doğum günüdür.

Yaşasaydı hamımız birlikdə bu qəhrəman eloğlumuza ürəyimizdən kecən təbrikləri ünvanlıyardıq.Təəssüf ki, yaşamadı, yaşatmadılar. Hər bir kəlməsi ox olub, düşmənlərimizin də, düşmənlərimizə xidmət göstərən sapı özümüzdən olan baltaların – satqınların da ürəyinə-gözünə batdı. Və elə o gündən Mikayıl Gözəlovun ölümünə fərman verildi.

Ardını oxu »

” Ağacın xatirəsi “- HEKAYƏ

ADALET.AZ saytı Yalçın Cavadın “Ağacın xatirəsi” hekayəsini təqdim edir. 

– Ata, ağaclar danışa bilir?!

– Yox, oğlum, ağacların ağzı yoxdur axı.

– Bəs, gecə yuxuda ağac mənimlə necə danışırdı?
– Oğlum, bəlkə ağacın yanında adam var idi, o danışırdı səninlə?

– Yox, ata, heç kim yox idi. Danışan ağac idi.

Ardını oxu »

Ruhi insanlara səsləndi: “Bizə kömək edin”

“İlin ən şəfaqətli və ən müqəddəs ayı hesab olunan 11 ayın sultanı Ramazan gəlir. Düşünürəm belə bir müqəddəs ayda ehtiyacı olanlara yardım etmək, əl tutmaq hər kəsin öz həyatına iman işığı gətirməsi deməkdir. İman insan həyatını gözəlləşdirən İlahi bir ümiddir. Və bu Ramazanda isə hər zamankındən daha çox paylaşmağa, birlik-bərabərliyə, xeyrə və yardımsevərliyə daha çox diqqət etməli olduğumuz bir aydır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb:

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: QƏZALARI KİMLƏR YARADIR?

 Sükan arxasında əyləşmiş hər bir sürücü öncə onu düşünməlidir ki, avtomobildə hərəkət edərkən bütün qanunlara, o cümlədən “Yol hərəkəti haqqında” Qanuna əməl etməyə borcludur. Ən azından ona görə ki, o sürücü qanunlara əməl etməklə həm özünün, həm də digər hərəkət  iştirakçısının təhlükəsizliyini  təmin etməyi bacarır. Əks təqdirdə, yəni qanun qozuntusuna yol verməklə sürücü taleyini təhlükə qarşısında qoyur. Hələ biz başqa hərəkət iştirakçılarını nələr gözlədiyini demirik.

Heç kimə sirr deyil ki, Bakı şəhərində nəqliyyat vasitəsini idarə etmək digər yaşayış yerlərinə nisbətən daha çətindir. Çünki paytaxtımızda nəqliyyat vasitələrinin sayı bir  milyondan çoxdur və eyni zamanda, küçələrdə, prospektlərdə səhər, axşam saatlarında bir sıxlıq yaşanır.

Ardını oxu »

Vüqar Səfərlinin əmlakına və avtomobillərinə həbs qoyuldu

 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlunun əmlaklarına həbs qoyulub.

Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir. Məlumatda qeyd edilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda 2017-2020-ci illəri əhatə edən dövr üzrə qanunsuz olaraq xərclər smetasından artıq məbləğdə pul vəsaitlərinin xərclənməsi haqqında daxil olmuş müraciətlə bağlı 12 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.1, 308.1-2 və 308.2-4-cü maddələri ilə başlanılıb.

Ardını oxu »

BMT Azərbaycana 1 milyon dollar ayırıb

BMT Azərbaycana 1 milyon dollar ayırıb<b style="color:red"></b>

“2020-ci ildə dünyada 10 mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib”.

525.az-ın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bildirib.

Çaru Bist deyib ki, qurbanların hər 4 nəfərindən biri uşaqlardır: “Ona görə də ölkələr bunu əhəmiyyətli məsələ kimi nəzərə almalıdırlar. Minalar mürəkkəb ərazilərdədir. Biz isə fəaliyyətimizi mina və partlamamış sursatlarla bağlı məlumatlandırmaya yönəltmişik. İkinci istiqamət yerli və beynəlxalq qurumlar arasında əməkdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulması mühüm nailiyyətlər əldə etməyə imkan verir. Mina və partlamamış sursatlar təmizlənmədən heç bir cəmiyyət dayanıqlı inkişafa nail ola bilməz”.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 478
  • 174
  • 15,219
  • 46,441
ILK-10 Azeri Website Directory