Aprel 5, 2021

Qənirə Paşayeva Şəmil Sadiq ilə görüşdü

Qənirə Paşayeva Şəmil Sadiq ilə görüşdü<b style="color:red"></b>

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Nəşriyyatçıları” İctimai Birliyinin (ANİB) sədri, “Hədəf” milli təhsil brendinin yaradıcısı, ədəbiyyatşünas alim Şəmil Sadiq və “Hədəf” Şirkətlər Qrupunun direktor müavini Elvin Əliyevlə görüşüb.

525.az Senet.az-a istinadən xəbər verir ki, görüş zamanı nəşriyyat sahəsindəki vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Şəmil Sadiq bugünlərdə İstanbulda keçirilmiş VI Beynəlxalq İstanbul Naşirlər Toplantısı, toplantı çərçivəsində baş tutmuş beynəlxalq kitab sərgisi haqqında məlumat verib, təəssüratlarını bölüşüb. Qeyd olunub ki qardaş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Anadolu” Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyinin keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan naşirləri layiqincə təmsil olunub, yaxşı təcrübə mübadiləsi aparılıb.

Ardını oxu »

Türk Şurasına üzv dövlətlərin ortaq media platforması yaradılır

Türk Şurasına üzv dövlətlərin ortaq media platforması yaradılır<b style="color:red"></b>

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun Azərbaycana səfər edəcək.

525.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə bürosuna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mətbuat katibi Kahraman Halisçelik məlumat verib.

Azərbaycanla Türkiyə arasında ortaq media platformasının yaradıldığını xatırladan K. Halisçelik vurğulayıb ki, Türk Şurasına üzv digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılması nəzərdə tutulub.

Ardını oxu »

“Rəşadət” ordenli kapitan

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

Kitabda şəhidimiz kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu haqqında yer almış ““Rəşadət” ordenli kapitan” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik…

Ardını oxu »

CƏSUR KƏŞFİYYATÇI

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan əsgərləri 44 günlük Vətən müharibəsində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməklə 30 ilə yaxın işğal altında olan müqəddəs torpaqlarımızdan düşməni iti qovan kimi qovaraq xalqımıza möhtəşəm qələbə sevincini yaşatdılar. Ali Baş Komandanın bir çağırışı ilə respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da yüzlərlə gənc cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə axışmışlar.

2020-ci ilin iyul ayında mənfur düşmənin Azərbaycanın dövlət sərhəddini Tovuz rayonu ərazisində pozması cəhdi tovuzlu gənclərdə ermənilərə qarşı nifrəti daha da alovlandırmışdı. Bu baxımdan tovuzlular müharibəyə yollanmaqda daha çox israrlı olmuşlar. Vətən müharibəsinə könüllü gedən tovuzlu bir gənclə karantin qaydalarına əməl etməklə görüşüb həmsöhbət olduq. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında şərəfli döyüş yolu keçmiş Məmmədov Adil Həsən oğlu 30 oktyabr 1997-ci ildə Tovuz rayonunun Alakol kəndində dünyaya göz açmışdır.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 79
  • 12
  • 18,910
  • 34,216
ILK-10 Azeri Website Directory