Aprel 6, 2021

Zəngəzur dəhlizi həm də türk dünyasının birliyinə xidmət edəcək

Dəhliz digər ölkələr üçün də əlavə əməkdaşlıq imkanları yaradacaq

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda yeni reallıqlar yaradıb. Tarixi qələbəmiz, o cümlədən türk dünyasının daha da yaxınlaşmasına imkan verib.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşü də göstərdi.

Ardını oxu »

Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdür

İlham Əliyevin yeni inkişaf strategiyası respublikamızın Cənubi Qafqazın lideri kimi mövqeyini daha da möhkəmləndirəcək

İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.

Ardını oxu »

Nazirlik rəsmisi tutduğu yüksək vəzifədən azad edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.

Ardını oxu »

Əsgərin intiharı ilə bağlı cinayət işi açılıb

Hərbi hissədə intihar edən İsmayılov Əli Arif oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, 29 mart 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Ardını oxu »

Şəmkirdə qadın qohumu tərəfindən öldürülüb

Şəmkir rayonunda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Ardını oxu »

Tovuz: Aran bölgəsində kartof əkini başa çatmaq üzrədir

Ölkədə kartof istehsalının həcminə görə Tovuz öndə gedən rayonlardandır. Hazırda rayonda kartof əkini xeyli sürətlənmişdir. Artıq aran ərazilərdə əkin başa çatmaq üzrədir. Bir azdan isə prosesə dağ kəndlərində başlanacaqdır.

Kartofun əkini texnika ilə yanaşı, əl əməyi vasitəsilə də həyata keçirilir. Son günlər havanın yağıntılı keçməsi isə fermerlərin bol məhsul götürəcəklərinə inamını artırıb. Onlar keçən ildən fərqli olaraq bu il hər hektardan 25-30 ton məhsul götürəcəklərini düşünürlər.

Ardını oxu »

Qazax: Doğum günündə şəhid oldu

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

Ardını oxu »

Göygölə gəl, Göygölə!

FÜSUNKAR GÖLÜMÜZ VƏ ONUN “KİÇİK QARDAŞLARI”NIN ZİYARƏTİ ÜÇÜN YENİ İMKANLAR YARADILIB

Göygölə gəl, Göygölə!<b style="color:red"></b>

Kəpəz dağı ətrafındakı təbiət incilərini özündə birləşdirən Göygöl Milli Parkının girişində vurulan  marşrut istiqamətləndiricisinə nəzər salan sanki sehrli aləmə düşür.

Axı bu səyahət məkanlarının adları belə insanı öz qoynuna səsləyir: “Göygöl-Maralgöl”, “Göygöl-Qaragöl”,  “Göygöl-Quşgölü”, “Göygölün mənbəyi”, “Göygöl-Gözgöl”, “Göygöl-Ördəköl”, “Göygöl-Güzgügöl”, “Şamlıgöl-Kəpəz dağı”, “Zəligöl-Keçiqayası”, “Zəligöl-Gəlinqayası! “Möhtəsəm Kəpəzin 882 il bundan qabaq başını uçuran güclü zəlzələ burada özündən bir-birindən gözəl, hətta səmadakı hərəkətləri belə öz aynasında əks etdirə bilən  göllər yadigar qoyub. Əlbəttə, Kəpəz dağını görən kimi insanın yadına ilk növbədə Göygöl və Maralgöl düşür. Amma əslində, “Gəncə zəlzələsi övladları”nın sayı doqquzdur.

Ardını oxu »

Ordumuz Türkiyənin rabitə qoşunları ilə birgə təlimlərə başlayıb – VİDEO

Ordumuz Türkiyənin rabitə qoşunları ilə birgə təlimlərə başlayıb - <b style="color:red">VİDEO</b>

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Ardını oxu »

Azərbaycanda indiyədək 205 jurnalistdə koronavirus aşkarlanıb

Azərbaycanda indiyədək 205 jurnalistdə koronavirus aşkarlanıb<b style="color:red"></b>

Pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib.

Bu barədə 525.az-a Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) bildirilib.

Yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir:

“Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 19
  • 10
  • 14,703
  • 40,283
ILK-10 Azeri Website Directory