Aprel 6, 2021

Vilayət Quliyevdən yeni kitab:”Cümhuriyyət yazıları”

Vilayət Quliyevdən yeni kitab: <b style="color:red">"Cümhuriyyət yazıları"</b>

Görkəmli alim və ictimai xadim, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin yeni kitabı nəşr edilib. “Çapar” yayınlarında çap olunan kitab “Cümhuriyyət yazıları” adlanır.

İki bölümdən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə Cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar toplanıb. Əsasən naməlum, elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında Cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ölkə həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb.

Ardını oxu »

“Peyvənd olunmaq istəyən jurnalistlərin siyahısı TƏBİB-ə təqdim olunacaq”

"Peyvənd olunmaq istəyən jurnalistlərin siyahısı TƏBİB-ə təqdim olunacaq"<b style="color:red"></b>

Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:

– Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzv ölkələrin hökumətlərinə jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış etdi. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Bəli, biz bu təşəbbüsü üzv olduğumuz Ümumdünya Mətbuat Şuraları Assosiasiyası qarşısında qaldırdıq və təşəbbüs quruma üzv digər təşkilatlar tərəfindən dəstəkləndi. Ancaq məlumdur ki, məsələni ilk növbədə daxilimizdə reallaşdırmağı düşünürdük. Mövcud istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargahla və TƏBİB-lə danışıqlar apardıq və razılığa gəldik. Təşəbbüsümüzə müsbət yanaşıldığı üçün təşəkkürümüzü bildiririk.

Ardını oxu »

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri kollektivə təqdim edilib

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri kollektivə təqdim edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Baş nazirin müavini Şahin Mustafayev aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılovu kollektivə təqdim edib.

Nazirlər Kabineti mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, təqdimat mərasimində keçmiş sədr Əhməd Əhmədzadə də iştirak edib.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 59
  • 10
  • 18,890
  • 34,196
ILK-10 Azeri Website Directory