Aprel 7, 2021

Gəncədə Vətən müharibəsi qaziləri ziyarət olunub

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Gəncə şəhərində yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.

Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə keçirilən görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.

Ardını oxu »

İgid ölər, adı qalar

Bir gün gələn bir gün getməlidir. Necə deyərlər, “Ölüm haqdır, çıxmaq olmaz əmrdən”. Bir az geci-tezi olur onun. Başlıca şərt isə ulu Tanrının verdiyi ömür payını necə yaşamaqdır. Bu baxımdan şəhidlər ən uca məqamda qərar tuturlar. Çünki şəhidlik şüurlu ölümdür. Unudulmaz şairimiz Şəhriyarın sözləri ilə desək:

Şəhidlik bir səadət ki, hər kəs ona çata bilməz,

Allah ilə alım-satım, hər kəs alıb-sata bilməz.

İnsan gərək özün atsın, hər kəs özün ata bilməz.

Şəhidlərdir bunca çatan böylə böyük səadətə,

İgid bala, ayrılırıq, görüş qalsın qiyamətə.

Ardını oxu »

Qarabağın builki yazı bir ayrı yazdır

İndi Ağdam kəndlisi torpaqla təmasdan fərqli zövq alır

Son 30 ilin yazına bənzəməyən bir yaz gəlib Qarabağa. Bu yaz müzəffər Ordumuzun erməni işğalından azad etdiyi torpaqlarımızın azad nəfəs alması və uzun zamanlardan bəri qələbə həsrəti ilə yaşayan yurd nisgilli insanların möhtəşəm Qarabağ zəfərinə köklənən yüksək əhvali-ruhiyyəsi və xoş ovqatıyla bənzərsizdi.

Al-əlvan çiçək örpəyinə bürünən meyvə bağlarını, zümrüd libaslı taxıl zəmilərini, göz işlədikcə uzanan göy çəmənləri seyr etdikcə ruhumuza sığal çəkən təbiətlə bu xoş təmasdan qeyri-adi bir məmnunluq duyuruq.

Ardını oxu »

2021-ci il sürətli yüksəliş ili olacaq

Cənubi Qafqazın lideri kimi qalib Azərbaycanın qarşısında tam yeni dövr başlayır

2020-ci il Azərbaycan dövləti üçün böyük Zəfər ili kimi yadda qaldı. 2021-ci il isə ölkəmiz qarşısında tam yeni dövrün başlanğıcı kimi xarakterizə edilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan özünün ən şanlı dövrünü yaşayır. Çünki tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu həm siyasi, həm iqtisadi, həm də hərbi gücdür. Dövlət məhz bu gücdən istifadə edərək qarşısında duran əsas vəzifəni uğurla reallaşdırır.

Ardını oxu »

Müstəqil siyasətin təntənəsi

İlham Əliyevin regionda yaratdığı yeni reallıqlar göstərir ki, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil

Bəşəriyyət yaranandan müharibəsiz ötüşməyib. İnsanlıq tarixi çoxlu sayda dəhşətli, ağrılı savaşlara şahidlik edib. Bu gün də planetimizin müxtəlif yerlərində xalqların taleyində dərin iz buraxan, ona ağır maddi-mənəvi zərbə vuran, məhrumiyyətlərə düçar edən qanlı münaqişələr, müharibələr hökm sürür.

Torpaqlarımızın işğaldan azad edilməsinə istiqamətlənmiş çoxşaxəli fəaliyyət

Ardını oxu »

Bir qrup KİV nümayəndəsi Zəngilanda səfərdədir

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.

Adalet.az-ın məlumatına görə, səfərin məqsədi ermənilərin işğalı zamanında Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.

Ardını oxu »

Müharibə gündəliyi – Emin PİRİ yazır

İllərdi gecələr yuxudan təngnəfəs oyanırdım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəykən… Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonrasa, ayda 1-2 dəfə yuxularıma haram qatan bir qız idi. Üzünü görmədiyim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç nə danışmır, hesabını bilmədiyim sayda “alo, alo, alo…”. Yuxularıma haram qatan bu “alo”lar idi. Axı, kim idi bu qız, niyə hər gecə yuxularımda “alo” deyərək qışqırır və mənə əzab verir?!

Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda “alo” deyə qışqırmır. İndi öz əzablarım, öz yaşantılarım, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi təkcə Qarabağı deyil, məni o qızdan, o səsdən xilas etdi.

Ardını oxu »

Doğum haqqında məlumatı TƏBİB-ə ötürməyənlər cərimələnəcək

Doğum haqqında məlumatı TƏBİB-ə ötürməyənlər cərimələnəcək<b style="color:red"></b>

Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

525.az-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Ardını oxu »

“Distant təhsil əyani təhsili əvəz edə bilməz”

“Distant təhsil əyani təhsili əvəz edə bilməz”<b style="color:red"></b>

“Distant təhsil heç vaxt əyani təhsili əvəz edə bilməz”.

525.az xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, çünki emosional öyrənmə mühiti deyilən bir anlayış var:

“Göz təması, ünsiyyət, yanaşma –hamısı vacib məqamlardır. Hər gün şagirdin səhər qalxıb məktəbə getmə vərdişi, məktəbdə ünsiyyətdə olması, idman dərsləri hamısı sağlamlıqdır. Sağlam psixoloji mühitin formalaşması bu prosesdə baş verir. Amma təəssüf ki, indi  şagirdlərimiz dörd çərçivə içərisindədir. Uşaqlar yataqdaca dərsə qoşulurlar. Bu, sağlamlığa, psixoloji duruma da  təsirini göstərəcək”.

Ardını oxu »

“Ağdamı görəndə ürəyim ağrıdı” – QMİ sədri

“Ağdamı görəndə ürəyim ağrıdı” - <b style="color:red">QMİ sədri</b>

“Bu günləri Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Qarabağa gəlmişik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əvvəllər Ağdama tez-tez gəldiyini bildirib:

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 156
  • 45
  • 4,138
  • 22,200
ILK-10 Azeri Website Directory