Aprel 8, 2021

Qazaxıstan Respublikasının səfiri AMEA Mərkəzi Elmi Kitabxanasında olub

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov və səfirliyin I katibi Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasında olublar.

          MEK-in direktoru, professor Məmməd Əliyev qonaqları AMEA prezidenti, akademik Ramiz Mehdiyevin və öz adından salamlayaraq, kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Kitabxananın fəaliyyəti və tarixi ilə bağlı qonağa ətraflı məlumat verən Məmməd Əliyev, rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bu fəaliyyətin nəticəsi olaraq bir çox xarici ölkələrlə kitab mübadiləsi barədə qurduqları əlaqələrdən söhbət açaraq, Qazaxıstan kitabxanalarının da bu baxımdan əhəmiyyətini qeyd edib. Səfirin MEK-ə səfərini yüksək qiymətləndirən direktor, Qazaxıstan kitabxanaları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu gündən etibarən MEK-də “Qazaxıstan həftəsi” adlı kitab sərgisinin fəaliyyətə başladığını qeyd edib.

Ardını oxu »

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi hazırlanıb

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi hazırlanıb<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi hazırlanıb.

525.az-ın məlumatına görə, hazırkı nizamnamə 2021-ci il martın 5-də partiyanın VII qurultayında qəbul edilib.

Ardını oxu »

Gəncədəki “Nizami evi” ətrafında iməcilik keçirilib

40 İLƏ YAXIN BİR MÜDDƏT ƏRZİNDƏ BAXIMSIZ QALMIŞ BU MƏKANDA İLKİN ABADLIQ İŞLƏRİNƏ BAŞLANILIB, DEYƏSƏN, TİKİLİNİN GƏLƏCƏK STATUSU DA AYDINLAŞIR

Gəncədəki "Nizami evi" ətrafında iməcilik keçirilib<b style="color:red"></b>

Gəncənin Bala Bağman adlanan ərazisində yerləşən,  şəhərdə “Nizaminin evi” kimi tanınan, vaxtilə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, 1984-cü ildən rəsmən Nizami Gəncəvinin Ev-Muzeyi statusu almış, lakin sonralar bərbad hala düşmüş qədim üslublu tikilinin, eləcə də onu əhatə edən həyətdəki yaşıllıq və dekorasiyaların gözdən-könüldən qıraqda qalması haqqında “525-ci qəzet”in 31 mart tarixli sayında yazı vermişdik.

Həmin  yazıdan, eləcə də onun sosial şəbəkələrdə yayılmasından sonra dahi şair və mütəfəkkirimizin adı ilə simvolik bağlılığı olan məkanın aqibətinə biganə qalmaq istəməyən gəncəlilər sözügedən ərazidə iməcilik keçirmək təşəbbüsü ilə çıxış etdilər. Əlaqədar rəsmi qurumlar da həssaslıq göstərərək, bu xeyirxah təşəbbüsü dəstəklədilər.

Beləliklə, “Nizaminin evi” və onun ətrafında Gəncə şəhərinin, eləcə də  Nizami Bələdiyyəsinin abadlıqla məşğul olan müvafiq qurumlarının əməkdaşları, yerli Mədəniyyət İdarəsinin təmsilçiləri, mətbuat və televiziya təsisatlarının və digər yaradıcı peşələrin nümayəndələri, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun fəalları, Gəncə Maarif Evinin gənc könüllüləri və fərdi şəkildə tədbirə qatılan sadə gəncəlilər tərəfindən son qırx il ərzində ilk dəfə olaraq, səliqə-sahman yaradılması yönündə işlər görüldü.

Ardını oxu »

Nizamiyə həsr olunmuş şeir müsabiqəsi -Fotolar

Nizamiyə həsr olunmuş şeir müsabiqəsi - <b style="color:red">Fotolar </b>

XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri, epik şeirin görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirib, Şərq poeziyasını forma və məzmunca zənginləşdirib və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradıb.

Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Nizami özündən əvvəl yaranmış poetik ənənələri davam etdirərək yüksək səviyyəyə ucaldıb, özündən sonrakı nəsillər üçün qiymətli xəzinə miras qoyub.

Ardını oxu »

Çavuşoğlu: “Ermənistan müsbət addım atsa…”

Çavuşoğlu: "Ermənistan müsbət addım atsa..."<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb.

525.az APA-ya istinadən xəbər verir ki, Türkiyə XİN başçısı bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən atəşkəs əhəmiyyətli bir fürsətdir.

Ardını oxu »

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

“Təcili yardım təcili hallar – infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev Modern.az-ın suallarını cavablandırarkən deyib.

Ardını oxu »

Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

Koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunur

Qlobal pandemiyanın ikinci ili dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməkdə davam edir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki mümkün deyil.

Qlobal pandemiyaya qarşı savaşda Azərbaycan reallığı

Bu bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Ardını oxu »

Vüsal Qasımlı: İqtisadi artımın sürətləndirilməsi imkanları genişdir

Beynəlxalq Valyuta Fondunun “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qeyd edək ki, qurumun daha öncə oktyabrda açıqladığı hesabata görə, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi təqribən 2 faiz proqnozlaşdırılırdı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycanın iqtisadi artım potensialı barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

– Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlər əsasında hazırlanan iqtisadi inkişaf strategiyası Azərbaycanda iqtisadi artım üçün hansı perspektivləri vəd edir?

Ardını oxu »

Torpaq vergisi ödəyiciləri kimlərdir?

 Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridirlər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri isə torpaq vergisindən azaddır.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 13,002
  • 90
  • 20,379
  • 34,303
ILK-10 Azeri Website Directory