Aprel 9, 2021

Bakıda Türk Şurası işçi qrupunun 8-ci iclası keçirilir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədilə işçi qrupunun 8-ci iclası keçirilir.

Trend-in məlumatına görə, toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Ardını oxu »

Ayaq altı olmağa adət etmiş dabanyalayanların Kreml çırpıntıları…

    Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünün əsl səsi sonra çıxacaq, amma indi məlum olandan da bəzi nəticələrə gəlmək mümkündür. Görüşdən əvvəl neçə gündür ki, Nikol Paşinyan Rusiyanın tələbi ilə özünütəcrid etmişdi və heç kimlə təmasda olmurdu. Bu tələbin nə dərəcədə diplomatik etiketə uyğun olduğu qalsın bir tərəfə, Nikol Paşinyanın görüşün ilk dəqiqələrində nə qədər həyəcanlı olduğu onun hərəkətlərində və çıxışında açıq hiss olunurdu. Pencəyinin bir tərəfinin oturduğu kreslonun qoltuğuna keçdiyinin də fərqində olmadı. Rus dilində mükəmməl olmayan baş nazirin bəzi fikirlərini qeydiyyat kitabçasından oxumağı da nəzərdən qaçmadı.

Bunlar görüşün texniki tərəfləri olsa da ümumi məzmuna da təsiri vardı və Putinin üz ifadələrindən də bilmək olurdu ki, Rusiya prezidenti hansı fikrə necə münasibət göstərir.

Ardını oxu »

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir – Əhməd İsmaylov

“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Media İnkişaf Agentliyinin İdarə heyətinin sədri Əhməd İsmaylov deyib.

Ə.İsmaylov bildirib ki, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyatı orqanlara təqdim ediləcək: “Daha sonra isə qanun layihəsi ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.

Ardını oxu »

DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxundu

Şəki Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsinin vəzifəli şəxsləri – Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məharət Əhmədov və Qaraş Şahmuradovun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Nigar Həsənova isə 4 il müddətinə azadlıqdan məhrum edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab elunub.

Ardını oxu »

28 illik ayrılıqdan sonra doğma yurda qovuşmaq istəyi

Mina təhlükəsi tam aradan qaldırılmayınca bu ərazilərə getməyə tələsmək olmaz

Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğalda qalan tarixi Azərbaycan torpaqları azad edildi.

Şanlı döyüşlərin Qələbə ilə nəticələnəcəyi bizim üçün şəksiz idi. Düşmənin illərlə yaratdığı dəmir-beton səddi Füzuli-Cəbrayıl rayonları ərazisində, əks-hücumun ilk günlərində canı-qanı bahasına yarıb keçən Müzəffər Ordumuzun hər bir döyüşçüsü qəhrəmanlıqlar göstərməklə əsl Vətən sevgisini təsdiqlədilər.

Ardını oxu »

“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə sistemli islahatlar aparılır, ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dövlət dəstəyi gücləndirilir. Bu işlərin davamı olaraq, aprelin 8-də Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.

Ardını oxu »

Azərbaycan ilə Əfqanıstan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Anar Kərimov Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. İki xalq arasında ortaq mədəni və tarixi dəyərlərə əsaslanan dostluq əlaqələri olduğunu deyən nazir müxtəlif səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin mövcud əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Ardını oxu »

Söz və yüksək nüfuz sahibi

Tarixi qələbə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə böyük töhfə verdi

İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da son illərdə güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.

Bölgənin aparıcı dövləti

Ardını oxu »

Jurnalistlərin vaksinasiyasına başlanıldı

Jurnalistlərin vaksinasiyasına başlanıldı<b style="color:red"></b>

Bu gündən Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb.

525.az-ın məlumatına görə, jurnalistlərin vaksinasiyası Mətbuat Şurasının binasında həyata keçirilir.

Redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulacaq.

Ardını oxu »

“Nizami ili”ndən Gəncədə nələr yadigar qalacaq?

"Nizami ili"ndən Gəncədə nələr yadigar qalacaq?  <b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı aparılan və planlaşdırılan işlər çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə onlayn konfrans təşkil olunub.

Gəncədə fəaliyyət göstərən mədəniyyət və incəsənət işçiləri, o cümlədən, tarix, ədəbiyyat  sənətşünaslıq üzrə elm adamlarının və parlamentdə Gəncəni təmsil edən millət vəkillərinin iştirakı ilə baş tutan görüşdə  “Nizami ili”ndə qarşıda həyata keçiriləcək işlər müzakirə olunub, həmçinin dünya şöhrətli şairin yaradıcılığının daha geniş təbliği və ədəbi irsinin öyrənilməsi istiqamətində atılacaq addımlardan danışılıb.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 13,025
  • 94
  • 20,402
  • 34,326
ILK-10 Azeri Website Directory