Aprel 12, 2021

İslam dünyası İlham Əliyevin Qələbəsini təqdir edir

Azərbaycan Ermənistanın işğal siyasətinə son qoymaqla həm də müsəlman aləminin mədənidiniirsinixilasetdi

Dünyada geniş əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi.  Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Bu Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu.

Siyasi-diplomatik uğurun təntənəsi

44 günlük savaş həm  də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü.

Ardını oxu »

MEK tərəfindən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA-nın müxbir üzvü Əbülfəz Aman oğlu Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb. Görkəmli alimin 70 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin Qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və MEK-in baş biblioqrafı Mahnur Həsənovadır.

Ardını oxu »

Ərdoğan: “Rusiya və Ukrayna arasındakı ziddiyyətlərin tezliklə sülh yolu ilə həllini istəyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının tez bir zamanda sülh yolu ilə həllini arzuladığını bəyan edib.

“RİA Novosti”nin məlumatına görə, dövlət başçısı bildirib ki, Türkiyə iki ölkə arasındakı zidiyyətlərin həlli üçün səylər göstərir.  

Ardını oxu »

Restoranda keçirilən toy yarımçıq qaldı

Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ardını oxu »

Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçiriləcək.

Adalet.az xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında.

2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Ardını oxu »

Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 136 milyon nəfəri ötüb.

Adalet.az-ın “Worldometers” portalına istinadən verdiyi məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 136 639 286 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 2 949 408 nəfəri ölüb, 109 878 677 nəfəri isə sağalıb.

Ardını oxu »

İskəndərin buynuzu var, buynuzu…

Şuşa şəhərini minalardan təmizləyən ANAMA əməkdaşlarının tapdıqları raket qalıqları İkinci Qarabağ Savaşı bitəndən sonra Ermənistanın müharibə zamanı Azərbaycana qarşı Rusiya istehsalı olan “İskəndər” operativ texniki raket kompleksindən istifadə edib-etməməsi barədə bitmək bilməyən mübahisəyə son qoydu.  Xatırladaq ki, bir çox erməni siyasətçiləri və generallarının etiraflarına baxmayaraq Rusiya bu raketlərdən istifadə olunmadığını israrla təkrarlayırdı. Kreml elə indinin özündə, yəni ortada daşdan keçən maddi sübutlar olduğu bir vaxtda da öz mövqeyində qalır, Peskovun “xəsis” bir təkzibiylə kifayətlənib “müdrik” susqunluğunu davam etdirir.

“İskəndər” raketləri, daha doğrusu, ondan istifadə ilə bağlı Paşinyanın məlum açıqlaması isə ağır məğlubiyyətdən sonra çalxalanan erməni cəmiyyətində əsl şok effekti yaratmış, ölkəni az qala vətəndaş müharibəsi həddinə çatdırmışdı.

Ardını oxu »

“İftar süfrələri ancaq ailədə təşkil olunmalıdır”

"İftar süfrələri ancaq ailədə təşkil olunmalıdır"<b style="color:red"></b>

“Biz artıq Ramazan ayını qarşılamağa hazırlaşırıq. Aprelin 13-ü niyyət axşamı, 14-ü isə Ramazan ayının ilk günüdür”.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir:

“Ötən il də Ramazan ayı pandemiya dövrünə təsadüf etmişdi. Pandemiya dövründə təbii ki, hər bir insan xəstəliklə mübarizə aparır. Hər kəs də xəstəlikdən qorunmaq üçün əlindən gələni etməlidir. Adətən Ramazan ayında insanlar məscidlərə yığışırdı. Amma indi məscidlərə kütləvi yığışma qadağası davam edir.

Ardını oxu »

Müdriklik yaşı

Müdriklik yaşı<b style="color:red"></b>

Sabir RüstəmxanlıVətəndaş Həmrəyliyi Partiyasının sədri Azərbaycan tarix elminin görkəmli nümayəndələrindən biri, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli siyasi həyatına bizimlə bir sırada, Vətəndaş  Həmrəyliyi Partiyasında başlamış,  partiynın quruculuğu və inkişafında  əvəzsiz xidmət göstərmişdir.

Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun  xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin  bir ümumi cəhət də var  bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir.

Ardını oxu »

Qazanılmış uğurlar Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir

Qazanılmış uğurlar Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir<b style="color:red"></b>

11 aprel 2018-ci il növbədənkənar Prezident seçkilərindən 3 il ötür. Ötən 3 il hər birimizə göstərdi ki, Azərbaycan xalqı seçimində yanılmayıb, prezident İlham Əliyev hər zaman olduğu kimi Azərbaycan xalqına verdiyi vədləri sonuna qədər yerinə yetirməyə qadir, güclü bir Liderdir.

Cənab İlham Əliyevin Respublika Prezidenti kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülmüş, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunmuş, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılmış, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilmişdir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 12,995
  • 88
  • 20,372
  • 34,296
ILK-10 Azeri Website Directory