Aprel 14, 2021

İlham Əliyevin ədalət çağırışı

Vaksinasiyaya nəzarət və inhisarçılıq savaşının realmənzərəsi: Böyük Britaniya öz əhalisinin

295, Avstraliya 269 faizi qədər, Kanada isə adam başına 9 doz peyvənd əldə edib

Dünya iqtisadiyyatının pandemiyaöncəsi vəziyyətə qayıtması və iqtisadi aktivliyin bərpa edilməsi üçün vaksinasiya çox vacib proses hesab edilir. Vaksinasiya prosesinin bərabər və ədalətli şəkildə getməsi təkcə ənənəvi həyat tərzinə qayıdış baxımından deyil, ümumilikdə iqtisadi aktivliyin təmini üçün də önəmlidir.

Azgəlirli ölkələr ölümə məhkum edilir

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir-biri ilə sıx iqtisadi tellərlə bağlıdırlar. Ona görə də yalnız inkişaf etmiş ölkələrin vaksinasiya prosesini başa çatdırması hələ onların iqtisadi aktivliyinin bərpası demək deyil.

Ardını oxu »

İcbari tibbi sığorta kağız üzərində qalacaq, yoxsa?..

Milyonlarla insanın illərdir gözlədiyi proses hələ ki, tam işlək deyil

Təqaüdçü Mehparə Əlixanlı aprelin 1-dən tətbiq edilən icbari tibbi sığorta sistemindən faydalanmaq arzusundadır, lakin ondan necə istifadə edəcəyini bilmir, milyonlarla digər həmvətəni kimi…

2550 sayda tibbi xidmətdən ödənişsiz yararlanma fürsəti

Xroniki xəstəliyi üzündən həkimə tez-tez müraciət etmək məcburiyyətində qalan Sumqayıt şəhər sakini M.Əlixanlının dediyinə görə, icbari tibbi sığorta xidmətlərindən istifadənin pulsuz olduğunu eşidib. Lakin aldığı məlumatlar səthi olduğundan bundan yararlanmaq üçün haraya və necə üz tutacağını bilmir.

Ardını oxu »

Hərbi Qənimətlər Parkının açılışı Ermənistanda zəlzələ effekti verdi: “İlham Əliyev Paşinyan və Sarkisyanın şərəfini, erməni generallarının paqonlarını tapdaladı”

Bakıda açılan Hərbi Qənimətlər Parkı Ermənistanda əsl faciə kimi qarşılanıb, zəlzələ effekti verib. Bunu mətbuatda dərc olunan materiallardan, sosial şəbəkələrdə edilən paylaşımlardan görmək olur.

“İlham Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından qalib kimi keçir”

 “İravnuk” qəzeti Azərbaycan Prezidentinin müharibədə məhv edilən erməni hərbçilərin dəbilqələrinin yanından qürurla keçməsinə diqqət çəkib: “Bakıda açılan Hərbi Qənimətlər Parkında İlham Əliyev müharibədə öldürülən erməni hərbçilərin dəbilqələrinin yanından keçir. Bu cür alçaldıcı vəziyyətlə barışa bilmirik”.

Ardını oxu »

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.

Ardını oxu »

Gədəbəy: Növbəti videokonfrans keçirilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  İƏD üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirib.
Konfransda çıxış edən rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.
Eyni zamanda bildirilib ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar keçirilən vaksinasiya prosesi arxayınlıq yaratmamalı, mütəmadi şəkildə reydlər keçirilməli, təbliğat işləri aparılmalı, həmçinin digər tədbirlər mütəmadi monitorinq olunmalıdır.

Ardını oxu »

Qazax: “Əjdaha” ləqəbli kəşfiyyatçı

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz leytenant Yaqubov Mayis Rəhim oğlu haqqında yazılmış “”Əjdaha” ləqəbli kəşfiyyatçı” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik…

Ardını oxu »

“Döyüş zamanı silahlar sizə qeyri-qanuni verilib” – Səxavət Məmməd yazır

Vətən Müharibəsində çağırışçılar, qismən səfərbərliklə ordu sıralarına cəlb edilənlərlə yanaşı, könüllülər də fəal iştirak edib.

Könüllülər daha çox Birinci Qarabağ müharibəsinin iştirakçıları, əraziləri yaxşı tanıyan şəxslərdən ibarət olub. Aralarında Birinci Qarabağ müharibəsində iştirak etməyib, səfərbərlik xətti ilə çağırılmayıb, öz istəyi ilə cəbhəyə yollananlar da az deyildi. Ağdam, Füzuli, Xocavənd, Laçın və digər rayonlardan olan könüllülər cəbhənin demək olar, bütün istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Onların müəyyən hissəsi birbaşa döyüş əməliyyatlarına qatılmasalar da, bütün hallarda ön xətdə xidmət keçiblər.

Ardını oxu »

Müsəlmanları ikiyə bölürlər, sonra kənarda düşmən axtarırlar – Rauf Qərib Alagöz yazır

İLLƏRDİR MƏNİ BİR MƏSƏLƏ DÜŞÜNDÜRÜR

İranla Türkiyə arasında 1 saat yarım fərq var və Azərbaycan ikisinin arasında qalırsa, biz Ramazana nə vaxt başlamalıyıq?

Ümumiyyətlə niyə bütün müsəlmanlar Ramazana eyni gündə başlamır?

Arada 12 saat fərq yoxdur ki, deyəsən orda ay 1 gün sonra göründü, burda 1 gün tez. Aradakı 1 saat 1 gün fərqə necə səbəbiyyət verə bilər?

Nə edək biz?

Ardını oxu »

Vaqif Qarayev: Ermənilər də qələt elədiklərini etiraf etsələr…

Qələbəyə qədər həkim qruplarında ” erməni millətindən olan xəstəyə baxardınız?” tipli müzakirələr olurdu bəzən….doğmasını, əzizini itirən həkimlərin nifrəti başadüşülən idi…onları qınamaq olmazdı…(erməni həkimləri də avtomatlı ermənidən fərqlənməyib heç vaxt…)

Erməni dəbilqələrinə görə utanaqmı?-Məncə, yox! Etmə, eləməsinlər prinsipi var…Tam sülhə qədər belə olacaq…

Məntiqlə Avropanı qan gölünə döndərən almanlara hamı nifrət etməlidi…amma almanlar faşist ideologiyasından əl çəkdilər…sivil dünyanın qayda-qanununa tabe oldular…səhvlərini etiraf etdilər…indi hamı ilə sülh şəraitində yaşayırlar…

Ardını oxu »

Ərdoğan “Hava-Hava” tipli raketin uğurla sınaqdan keçirildiyini açıqlayıb

Ərdoğan "Hava-Hava" tipli raketin uğurla sınaqdan keçirildiyini açıqlayıb<b style="color:red"></b>

Türkiyədə “Hava-Hava” tipli  “Bozdoğan” raketi uğurla sınaqdan keçirilib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib.

O qeyd edib ki, “Bozdoğan” raketi ilk atışda hədəfi tam dəqiqliklə vurub.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 50
  • 18
  • 15,582
  • 44,214
ILK-10 Azeri Website Directory