Aprel 15, 2021

“REVANŞ NİYYƏTLƏRİ ERMƏNİSTANIN SONU DEMƏKDİR”

20-ci əsrin sonlarından, SSRİ-nin dağılması ərəfəsində vəziyyətdən istifadə edərək, havadarlarının köməkliyi ilə torpaqlarımızın 20 faizini işğal edən Ermənistan, otuz ilə yaxın münaqişənin dinc yolla həll olunmasına hər vasitə ilə mane olurdu. Beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazilərimizin danışıqlar vasitəsi ilə, dinc yolla geri qaytarılması üçün çalışsaq da, erməni tərəfi qərbdəki havadarlarının dəstəyi ilə status-kvonu saxlamağa cəhd edirdi.

Ermənistanın başında duran cinayətkar dəstə, eyni zamanda “yeni ərazilər” iddiası ilə tez-tez təxribatlar törətməkdən belə çəkinmirdi.

Ardını oxu »

Türkiyənin yeni səfiri gələn həftə Bakıya gəlir

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağçı gələn həftə Bakıya gələcək.

Bu barədə Azvision.az -a Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral məlumat verib.

Diplomat bildirib ki, yeni səfir gələn həftənin əvvəlində Bakıda olacaq.

Ardını oxu »

“Düşünürük ki, ABŞ qondarma “erməni soyqırımı”nı tanımayacaq” – Çavuşoğlu

Keçmişdə də ABŞ prezidentləri qondarma “erməni soyqırımı” məsələsinə toxunub.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına müsahibəsində deyib.

O bildirib ki, ABŞ beynəlxalq hüququ diqqətə alsa, bu “soyqırım”ı tanımaq qərarını verməz:

Ardını oxu »

Putin və Lukaşenko Qarabağı müzakirə edib

   Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Adalet.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, söhbət əsnasında prezidentlər Qarabağ məsələsini də müzakirə edib:

“Belarus prezidentinin Azərbaycana səfəri kontekstində Qarabağ məsələsi müzakirə olunub”.

Ardını oxu »

“Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır”

"Hərbi Qənimətlər Parkı Ermənistanın işğalçılıq əməllərinin aynasıdır"<b style="color:red"></b>

Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərinin bütövlüyünü Vətən müharibəsi nəticəsində Azərbaycan oğullarının qanı və canı bahasına təmin etdi. Dünya təcrübəsində də qəbul olunduğu kimi, ölkənin qazandığı şanlı zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması hər bir xalqın mənəvi haqqıdır.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika sərgilənir.

Ardını oxu »

“Qələbə şəhidləri” kitabı Gəncədə evlərdə təqdim edildi

Hər görüşə unudulmaz anlar, qürur, nikbinlik hakim oldu

"Qələbə şəhidləri" kitabı Gəncədə evlərdə təqdim edildi<b style="color:red"></b>

Gəncədən yenicə qayıtmışıq. İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində misilsiz şücaət göstərərək əbədiyyətə qovuşmuş igidlərin  evlərində olmuş, valideynlərinə, doğmalarına “Qələbə şəhidləri” kitabının birinci cildini təqdim etmişik. Bu görüşlərin hər biri orijinallığı, bənzərsiz lövhələri ilə yadda qalıb. Hamısına unudulmaz anlar, qürur və nikbinlik hakim olub.

Cəmi 18 evə baş çəkməli idik. Çünki həmin cilddə adları yer alan gəncəlilərin sayı bu qədər idi. Daha 60-dan yuxarısı ilə görüşlərimiz sonrayadır – “Qələbə şəhidləri”nin digər 9 cildində Vətən yolunda canlarını qurban verən hər bir azərbaycanlımızın adı doğulduğu şəhər, rayon, qəsəbə və kənddən asılı olmayaraq yer alacaq.   

Ardını oxu »

İtaliya parlamentinin üzvləri Gəncədə olublar

İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər. Qonaqları Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov və şəhər rəsmiləri qarşılayıblar. Onlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. 

Ardını oxu »

MEK-də Zemfira Hacıyevanın şəxsi kitab kolleksiyası yaradılıb

Mərkəzi Elmi Kitabxanaya (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru, dosent Zemfira Hacıyeva öz şəxsi kitabxanasından 100-dən artıq nəşr hədiyyə edib. Kitablar sırasında “Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin Banisidir”, “Heydər Əliyev və mədəniyyət”, “Эволюция Азербайджанского Танца (Гусейнова А.Б.)”, “Osmanlı Belgelerinde Karabağ”, ”Novruz Süfrəsi (Əhmədov Əhməd-Cabir)”, “Март 1918 г. Баку Азербайджанские погромы в документах”, “Fizika həyatımızda (Çingiz Qacar)”, “Древнегреческие Атомисты (А.О.Маковельский)”, “Борьба за Закавказье (1917-1921) (Фируз Каземзаде)”, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digərləri yer alıb.

Ardını oxu »

Fərid Şəfiyev Paşinyanın iddialarına münasibət bildirib

Fərid Şəfiyev Paşinyanın iddialarına münasibət bildirib<b style="color:red"></b>

“Dünən Ermənistanın Baş Naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar?”

525.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edərkən deyib.

Ardını oxu »

Göygöldə əkin sahələrinin su problemi həll edilir

Rayondakı kənardan idarə olunan subartezian quyusu MDB-də bir ilkdir

Son illər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət aqrar sahədə də köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır.

Qazanılan bu uğurlarda suvarma sistemləri idarələrinin böyük rolu vardır. Bu baxımdan Göygöl rayonunda bir sıra məqsədyönlü işlər görülmüşdür. Qeyd edək ki, rayon Suvarma Sistemləri İdarəsinin kollektivi 15 min 200 hektar əkin sahəsinin vaxtında suvarılması üçün bütün imkanlardan maksimum istifadə edir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 238
  • 89
  • 13,940
  • 52,489
ILK-10 Azeri Website Directory