Aprel 16, 2021

Azərbaycan Prezidentinin son bəyanatı Ermənistanda böyük şok və xof yaradıb: “Bir də görəcəyik ki, İlham Əliyev Yerevanda hərbi parad keçirir”

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda suallara verdiyi cavablar Ermənistanda narahatlıq və həyəcanı daha da artırıb. Söhbət Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarına qayıdacaqları haqda fikirlərindən gedir: “…Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.

“Ermənistan rəhbərliyi düz danışmağı Əliyevdən öyrənməlidir”

Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda yeni ajiotaja səbəb olub, böyük şok və xof yaradıb. Ermənilər qeyd edirlər ki, Prezident İlham Əliyev daim verdiyi vədləri yerinə yetirib və bu dəfə də istisna olmayacaq.

Ardını oxu »

Azərbaycan XİN: N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

 Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentində söylədiklərinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsinin məsələ ilə bağlı şərhində deyilir: Aprelin 14-də Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ardını oxu »

Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır

Ermənistan Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir.

Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri  Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin fikirlərinə şərhi ilə bağlı sualını cavablandırarkən bildirib.

Ardını oxu »

Peyvəndlərin effektiv olduğu təsdiqini tapır

Hazırda dünyanın əksər ölkələrində koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Tibb alimlərinin də vaksinasiya ilə bağlı yekdilliklə gəldiyi nəticə odur ki, yalnız peyvənd sayəsində əldə olunan kütləvi immunitet insanları bu təhlükəli virusdan qoruya bilər.

COVID-ə qarşı hazırlanan peyvəndlər barədə aparılan araşdırmaların nəticələri müsbət çıxıb. Artıq ABŞ-da könüllülərin iştirakı ilə “Oxford-AstraZeneca” peyvəndinin sınaqdan keçirilməsinin çoxdan gözlənilən nəticələri təsdiqlənib. Peyvəndin sınaqlarında əsasən ABŞ-da və eləcə də Çili və Peruda 32 mindən çox könüllü iştirak edib. “AstraZeneca” peyvəndi simptomatik COVID xəstəliyini dayandırmaqda 79 faiz və insanların ağır xəstələnməsinin qarşısını almaqda 100 faiz effektiv olduğunu göstərib. Eyni zamanda bu peyvəndin tromboza səbəb olması aşkar edilməyib.  “AstraZeneca” ilə bağlı hərtərəfli araşdırma aparmış Avropa Dərman Agentliyi (EMA) insanların bu peyvəndin təhlükəsizliyinə və faydasına əmin ola biləcəklərini bildirib.

Ardını oxu »

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Beynəlxalq birlik rəsmi Bakının Qarabağı tam nəzarətə götürməsini ədalətin zəfəri kimi qarşılayır

Beynəlxalq hüququn, ayrı-ayrı təşkilatların dövlətlərarası münaqişələrin, müharibələrin aradan qaldırılmasındakı rolu barədə çox danışılır. Amma nədənsə 30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də təşkilatlar Azərbaycan torpaqlarını işğaldan xilas etmədilər. Bu baxımdan İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini ortaya qoydu. Cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımız azad edildi və erməni təəssübkeşlərinin hay-həşirlərinə baxmayaraq, beynəlxalq birlik respublikamızın qələbəsini ehtiramla qarşıladı.

Ardını oxu »

İlham Əliyev postsovet məkanının ən savadlı, ən mədəni Prezidentidir

Bunu rəsmən bəyan edən Aleksandr Lukaşenko Azərbaycanın böyük Zəfərini alqışladı

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.

Azərbaycanın həm də dünyanın ayrı-ayrı qütblərində yerləşən dövlətlərlə əlaqələri  genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış, dərin siyasi, iqtisadi-ticari sahələrə, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Sıx dostluq və qardaşlıq münasibətlərinə gəldikdə isə, bir neçə dövlət yada düşür ki, onlardan da biri Belarusdur.

Ardını oxu »

XOŞBƏXTLİYİ YAŞAYAN ŞAHNUR HÜSEYNOV

“Vətən uğrunda”, “İgidliyə görə”, “Fizulinin azad olunmasıa görə” medalları ilə təltif olunub.

 Şahnur atası Şahin Hüseynov Polşada hərbi xidmətdə olarkən dünyaya gəlib. 1991 – ci il noyabrın 30-da Belqrad şəhərində. Birinci Qarabağ savaşı başlayanda Şahin Hüseynov Vətənə qayıdır,  ailəsiylə Cəlilabadın Göytəpə qəsəbəsindəki Hərbi şəhərcikdə məskunlaşır. Şahnur da orta təhsilinə Cəlilabadın Göytəpə qəsəbəsində başlayır. Sonra Şahin Hüseynov Ağcəbədidə və təqaüdə çıxana qədər isə Fizulidə hərbi xidmətinə davam edir. Şahnur da Fizulinin Əhmədbəyli kəndindəki Mahmudlu 2 tam orta məktəbində oxuyur. Hərbiçi ailəsində böyüyən Şahnur uşaqlıqdan hərbiçi olmaq arzusunda olub.

Ardını oxu »

Məmməd Araz – Kəşf olunmamış poeziya planetinin Peyğəmbəri

I hissə

GİRİŞ

Bağda Məmməd Araz talvarı altında oturub keçmişləri xəlbirləyirəm. Pərvanə olub əlçatmaz, ünyetməz şairimiz Məmməd Arazın səcdəsinə getdiyim günlər, bu balaca talvar altında oturub çay içdiyimiz çağlar, onun əlini alnına söykəyib mənalı baxışlara qərq olduğu anlar yada düşür.

Məmməd Arazın «fırtına dənizi» içimdə baş qaldırdı, qəlbimi sökdü. Bir anlığa uşağa döndüm, gözlərimdən axan hicran yaşı ürəyimi cilovlaya bildi… Buna da şükür.

İçimdə baş qaldıran Məmməd Araz təlatümünün cüzi bir hissəsini yaddaşlara köçürmək arzusu ilə qələmə könül verirəm…

Ardını oxu »

Faiq QİSMƏTOĞLU: SEVİNC GÖZ YAŞLARI

… Heç özüm də bilmirəm niyə tez-tez qəzetimizin çıxdığı ilk nömrə yadıma düşür. Bəlkə də ona görə yadıma düşür ki, o ilk nömrəni çapa hazırlayan və oxucuya çatdıran jurnalist dostlarımın bir neçəsi artıq həyatda yoxdur. Yəni onlar Allahın dərgahına qovuşublar. Bu dostları yadıma salanda 1990-cı il iyulun 26-sı gəlir durur gözümün qabağında. Həm də gözümün qabağında gəlib duran o ilk nömrəni buraxan və onun sevincini yaşayan dostlarımızdı: o dostlarımız Aqil Abbasdı, Nazim Ağamirovdu, Babək Yusifoğludu, rəhmətlik Lətif Süleymanlıdı, Rəşid Hüseynovdu, Daşdəmir Əjdəroğludu, professor Məhəmmədəli Mustafadı, Aydın Ağazadədi.

Ardını oxu »

Ruhuma qovuşduğum Ağdam – Nicat Novruzoğlu yazır

Ağdama getmişdim.  1993-cü ilin 22 iyulunda tərk etdiyim Ağdama. Özümə getmişdim, iliyimə getmişdim, uşaqlığıma getmişdim, Seyid Lazım Ağanın cəddinə getmişdim, daşımıza, kəsəyimizə getmişdim, havasına, mehinə, getmişdim. Ruhuma getmişdim. 4 yolu keçən kimi tapdım ruhumu. Heç içinizə ruhunuz girib? Vücudumu hiss etmirdim. Ruhum necə rahatlıq vermişdisə hiss etmirdim vücudumu. 42 yaşdan qayıtmışdım 12 yaşa.

Qərvənd yolu ilə getdik Ağdama. Düşmənin saysız hesabsız hiylələri sağımızı-solumuzu “bəzəmişdi”. Düşmən bizdən necə qorxurmuş?! Nə qədər tələ qurmuş imiş bizə?!

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 13,026
  • 94
  • 20,403
  • 34,327
ILK-10 Azeri Website Directory