Aprel 17, 2021

ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb.

Adalet.az-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, baş direktor bildirib ki, dünya əhalisi yaxın zamanda koronavirusun yayılmasının pik nöqtəsinə çatacaq. Yoluxma və ölüm halları artmağa davam edir, buna görə də tezliklə maksimal rəqəmlər ortaya çıxacaq:

Ardını oxu »

“Qurdlar vadisi”nin rejissoru Qarabağdan film çəkəcək

Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın Vətən müharibəsindən bəhs edən bədii film çəkəcək.

Türkiyə mətbuatının verdiyi məlumatda bildirilir ki, bu barədə rejissor Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən bəhs edərkən deyib: “Hazırda Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”.

Ardını oxu »

Paşinyan məğlubiyyəti erməni generalların üzərinə atdı

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharibəsi və sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatların gedişi haqqında verdiyi bəyanat ölkədə siyasi, hərbi müstəvidə şok effekti yaradıb. Baş verənlər ilk növbədə generallarda böyük qorxu yaradıb.

Paşinyanın parlamentdə çıxışı zamanı səsləndiridiyi fikirlərdən belə aydın olur ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistanın böyük itkilər verməsinin, o cümlədən erməni qoşunlarının Lələtəpəyə uğursuz hücumunun əsas səbəbkarları erməni generalları, xüsusən də həmin vaxt baş qərargah rəisi olan Onik Qasparyan olub. Baş nazir 44 günlük döyüşlərdə Ermənistan ordusunun əməliyyatlarının yetərsiz və səmərəsiz olduğunu bildirib, amma hadisələrlə bağlı araşdırma qrupu yaradılmayacağını da deyib: “Hər kəs öz vəzifəsini arxayın icra edə bilər. Ancaq buraxılan səhvləri öz aralarında müzakirə edib, nəticə çıxarmaq tapşırılıb”.

Ardını oxu »

Yanvar-fevral ayları ərzində Azərbaycanda 20 min 984 körpə doğulub

Bu ilin ilk iki ayı ərzində Azərbaycanda 20 min 984 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəmdir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 12,996
  • 88
  • 20,373
  • 34,297
ILK-10 Azeri Website Directory