Aprel 19, 2021

Göyçay rayonunda fəaliyyət göstərən ayrı-ayrı qurumların vəzifəli şəxslərinin birgə törətdikləri qanunsuz əməlləri ifşa edilib

Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu, Göyçay Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ardını oxu »

Bahar Muradova: Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir

Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz tərəfindən bu istiqamətdə davamlı siyasət yürüdür. Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial işçilər və psixoloqlar üçün təşkil olunan təlimlərin açılışı zamanı bildirib.

Bahar Muradova deyib ki, həssas qrupdan olan insanların sayı münaqişə və müharibə nəticəsində daha da artıb. Hökumət bir sıra tədbirlər həyata keçirir. Münaqişə, müharibə və pandemiya şəraitində sosial işçilər və psixoloqlar üçün təlimlərin təşkili xüsusi aktuallıq kəsb edir.

Ardını oxu »

Türkiyənin yeni səfiri Azərbaycana gəlir

Türkiyənin yeni səfiri Azərbaycana gəlir<b style="color:red"></b>

Türkiyənin yeni təyin olunmuş səfiri Cahid Bağçı bu gün Azərbaycana gəlir.

525.az-ın xəbərinə görə, bu barədə yeni səfir “Twitter” hesabında paylaşım edib.

“Yeni bir vəzifə üçün səfərdəyik. Allah yolumuzu və işimizi yaxşı, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməkçimiz olsun”, – deyə diplomat yazıb.

Ardını oxu »

İsmayıllıda bələdiyyə sədri həbs edilib

İsmayıllıda bələdiyyə sədri həbs edilib<b style="color:red"></b>

İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif  Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

Ardını oxu »

Bu ölkələr arasında aviauçuşlar bərpa edilir

Bu ölkələr arasında aviauçuşlar bərpa edilir<b style="color:red"></b>

Yoluxma sayını kəskin azalda bilən Avstraliya və Yeni Zelandiyada bir ildən çoxdur tətbiq olunan karantin tələbləri ləğv edib. Bu gün iki ölkə arasında minlərlə insanın səyahət edəcəyi aviauçuşlar da gözlənilir.

525.az xəbər verir ki, COVID-19 pademiyasının başlaması ilə keçən ilin martından bəri iki ölkə arasında səyahətlərə karantin müddəti tələb edilirdi. Lakin ölkələr məhdudiyyətləri sərtləşdirərək yoluxmaların azalmasına nail ola biliblər. Bu səbəbdən uçuşların ənənəvi qaydalarla həyata keçirilməsinə başlanılıb. Verilən məlumata görə, Avstraliyanın Baş naziri Skott Morrison və Yeni Zenlandiya Baş naziri Casinda Ardern birgə açıqlamalarında səyahət azlığı ilə iqtisadi artım hədəflədiklərini də deyiblər.

Ardını oxu »

Tovuz: İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi

Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Düz Cırdaxan kəndində qazi Musayev Vüsal Nağı oğlunun ailəsində olmuş və onunla görüşmüşdür.

Ardını oxu »

Qazax: Şəhid anasına göndərilən məktub

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz gizir Məmmədov Səbuhi Hümbət oğlu haqqında yazılmış “Şəhid anasına göndərilən məktub” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik…

Ardını oxu »

Samux: Təmizlik-abadlıq işləri aparılmışdır

Samux rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir. Belə ki, Samux şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Ağaclar ağardıldı. Qurumuş ağaclar və kol-koslar təmizləndi. Keçirilən aksiyanın əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən, ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.
Tədbir zamanı ümumilikdə 30 maşın müxtəlif növ məişət tullantılarının və qurumuş büdaqların daşınması həyata keçirilmiş, 200-dən çox müxtəlif növ mövsümi ağaclar əkilmişdir.  Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilmişdir.

Ardını oxu »

KURSANT MƏHƏBBƏTİ – AYDIN CAN yazır

Hər kəsin ilk təcili yardıma gedəsi ən yaxın, ən yaralı yeri var, ən çox dərman olacağı dərd, yəni.

…Son on beş ildə oxuduqlarımın içindən ən çox sitat gətirdiyim ingilis yazıçısı Uilyam Stafford olub. 20-ci əsrin əvvəllərində – Birinci Dünya Müharibəsi dönəmində qələmə aldığı əsərində “İngiltərənin mili qəhrəmanı” obrazı gözümün önündən getmir!

Deməli, aviasiya akademiyasının kursantı London merinin təşkil etdiyi bala – şənbə ziyafətinə dəvətnamə alır. Valsa… yuxarı başda oturmuş dünya gözəlini dəvət etməyə ciyərlənir. Anında da dünya gözəlinin ürəkyaxan fəryadı göz yaşlarıyla müşayiət olunur! Bütün məclisin başına sanki qaynar qazandan su əndərirlər. Hamı bu “dana”nı qınayır ki, bəs…

Ardını oxu »

Qələbə müjdəsini çatdıran şeirlər -Zemfira Məhərrəmli yazır

  Qələbə müjdəsini çatdıran şeirlər Görkəmli söz ustası, Xalq şairi Fikrət Qoca yüksək sənətkarlıqla qələmə alınan, dərin məzmunlu əsərləri ilə çağdaş ədəbiyyatımızda öncül yerlərdən birini tutur. Ustad şairimiz Rəsul Rzadan sonar Azərbaycan ədəbiyyatında sərbəst şeirin gözəl nümunələrini yaradan, geniş diapazona malik yaradıcılığı ilə fərqlənən şairin acılı-şirinli gerçəkliyə fərqli yanaşması, əsərlərində bədii idrakı həyatın qatlarına enməklə əks etdirməsi həmişə qabarıq görünüb. Fikrət Qoca daim yeniləşən fikir, mövzu dairəsi, forma və məzmun axtarışları ilə, poeziyamıza gətirdiyi töhfələrlə geniş ədəbi nəhrə qovuşub.

Söz sərrafının çağlayan təbi ilə hələ gənclik illərindən üzübəri qələmə aldığı məhəbbət şeirləri Azərbaycan poeziyasını daha da rövnəqləndirib. İctimai-siyasi səciyyəli, mübariz ruhlu, həm bədii cəhətdən, həm də məna tutumuna görə güclü mənzum əsərlər yazmaqla bədii fikrimizdə bir təlatüm yaradıb. Yaradıcılığını bəzəyən, şövqlə, ilhamla hasilə gətirdiyi Vətən şeirləri də Fikrət Qoca poeziyasının təməl daşlarındandır. 

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 13,041
  • 96
  • 20,418
  • 34,342
ILK-10 Azeri Website Directory