Aprel 21, 2021

Rafael Hüseynov: Türkiyə Avropa Şurası ailəsinin möhkəmlənməsinə və inkişafına böyük töhfələr verib

Hər sessiyada Büro və Daimi Komitənin qurumdakı irəliləyişlərlə bağlı məruzəsi təqdim olunur. Bu məruzəni dənləyəndə, ilk növbədə, bu hesabatın sərlövhəsindəki “irəliləyiş” sözü diqqəti cəlb edir. Düşünürük ki, bu dəfə “inkişaf, irəliləyiş” nə dərəcədə realdır və arxada qalan bir neçə ay ərzində hansı irəliləyişlərə nail olmuşuq. Qış sessiyasından keçən dövr ərzində irəliləyiş sayılmalı əsas işlərdən biri Assambleya sədrinin Türkiyəyə səfəri, keçirdiyi çoxsaylı və çox əhəmiyyətli görüşlərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA yaz sessiyasında Büro və daimi Komitənin qurumdakı irəliləyişlə bağlı məruzəsinin müzakirələrinə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov səsləndirib.

Ardını oxu »

Sorğu: Pandemiya Ramazan bayramına necə təsir edəcək?

Artıq ikinci ildir ki, Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı pandemiya dövrünə təsadüf edir. COVID-19 virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, sorğuda iştirak edənlərin 50 faizini qadınlar, digər yarısını isə kişilər təşkil edib.

Ardını oxu »

Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu, artıq onların mənfur niyyətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-nin Azərbaycan Respublikasının Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə bağlı KİV-in sualına cavabında bildirib.

Ardını oxu »

Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yüzlərlə sakinin qatıldığı etiraz aksiyasından sonra ölkənin cənubunda yerləşən Zəngəzur vilayətinin Mehri şəhərini tərk edib.

AZƏRTAC xəbər verir ki, yerli informasiya portalları etiraz aksiyasını canlı yayımlayıb.

Nikol Paşinyanın regiona səfərinə etiraz edən aksiya iştirakçıları şəhərin mərkəzinə toplaşıb və yolları bağlayıb. Onlar Baş naziri satqınlıqda təqsirləndirən şüarlar səsləndirib və Azərbaycan qarşısında kapitulyasiyada ittiham ediblər. Etirazçılarla aksiyanın qarşısını almağa çalışan polis arasında toqquşmalar baş verib.

Ardını oxu »

Daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib<b style="color:red"></b>

Vətən Müharibəsində ağır yaralanan daha 12 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə 525.az-a Fonddan bildirilib.

Türkiyəyə göndərilən qazilər bunlardır

Ardını oxu »

Zərifə Əliyeva dünyası – nur və şəfqətlə dolu bir aləm

Zərifə Əliyeva dünyası - <b style="color:red">nur və şəfqətlə dolu bir aləm</b>

Azərbaycanın müasir tarixində və dünya oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyeva aprel ayında dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib. Lakin cahana həyat bəxş edən Günəş bir damla suda əks olunduğu kimi, Zərifə xanım Əliyevanın da uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun yadigar sözlərində, işıqlı əməllərində öz əksini taparaq yaşayır.

Bir insanın, qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşa xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi, yalnız, Tanrı vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də, incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə minlərlə gözə nur verən Zərifə xanım Əliyeva, sözün əsl mənasında, Tanrı vergisinə sahib insan idi.

Ardını oxu »

Zelenski səfərbərliklə bağlı qanun imzaladı

Zelenski səfərbərliklə bağlı qanun imzaladı<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbi vəzifəliləri lazımi anda səfərbər etməyə imkan verən qanunu imzalayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti martın 30-da Ali Rada tərəfindən qəbul edilmiş 1357-IX nömrəli hərbi xidmətə çağırış və səfərbərliklə bağlı qanunu imzalayıb.

Ardını oxu »

Paşinyan Zəngəzura gəldi – Qalmaqal yarandı

Paşinyan Zəngəzura gəldi - <b style="color:red">Qalmaqal yarandı</b>

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri davam edir.

525.az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hazırda Mehri şəhərindədir.

Burada o, xoşagəlməz sürprizlə qarşılanıb. Belə ki, vətəndaşlar onu “Nikol xaindir!”, “Nikol türkdür!” şüarları ilə qarşılayıblar.

Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib.

Ardını oxu »

Beyləqan: Ən qiymətli milli təbii sərvət

Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  bəzən  ayrı-ayrı  insanların  meşə  təsərrüfatına qayğısızlığı,  onun  qorunub  saxlanılmasına  laqeydliyi  meşə  ərazisində  kortəbii,  idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.

İnsanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

Ardını oxu »

Biləsuvar: Mərkəzi parkda abadlıq və yenidənqurma işləri davam etdirilir

Uzun müddət baxımsız qalan rayonun Mərkəzi Parkında rayon İcra Hakimiyyəti tərəfindən  abadlıq və yenidənqurma işləri aparılır.Burada piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərə üzlük daşlar döşənir və yeni  səkilər salınır. Parkın bərbad vəziyyətdə olan əraziləri təmizləndikdən sonra yeni ağaclar əkilmiş və yaşıllıq zolaqlarının suvarılması üçün ərazidə artezian quyuları vasitəsilə suvarma sistemi yaradılmışdır.

Hazırda  parkda gəzinti sahələrinin üzlənməsi başa çatmaq üzrədir.Sonra   işıqlandırma sistemi quraşdırılacaq və əhalinin istirahəti üçün oturacaqlar qoyulacaqdır.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 1
  • 199
  • 28
  • 3,362
  • 65,102
ILK-10 Azeri Website Directory