Aprel 22, 2021

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir

 Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Ardını oxu »

Şamaxıda qanvermə aksiyası keçirilib

Bugün Mərkəzi Qan Bankı tərəfindən Şamaxı rayonunda qanvermə aksiyası keçirilmişdir.

Humanist aksiya talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara köçürülən qan ehtiyatlarının artırılması məqsədilə təşkil olunub.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada müxtəlif yaş qruplarını əhatə edən 160 nəfərdən çox könüllü iştirak edib. Hərtərəfli müayinədən sonra 120 nəfərdən qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.

Ardını oxu »

Niyazi Bayramov aparılan tikinti, təmir və abadlıq işlərinin gedişatı ilə tanış olub

Gəncədə yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq genişmiqyaslı təmir, tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda şəhərin əsas küçə və prospektlərinin asfaltlanmasına başlanılıb. Belə ki, Gəncənin Heydər Əliyev və Nizami Gəncəvi prospektləri, İsmət Qayıbov küçəsində abadlıq işləri həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işlərin gedişatı ilə yerində maraqlanıb. O, İ.Qayıbov küçəsində olub. Görülən işlərlə yerində tanış olan şəhər rəhbəri, sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.

Ardını oxu »

Gədəbəy rayonunda növbəti iməclik keçirilmişdir

Rayonda növbəti iməclik işləri rayonun Şəhidlər Xiyabanında keçirilmişdir. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib həmçinin digər abadlıq işləri görülmüşdür.
İməclikdə Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak etmişdir.
İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla həyata keçirilmişdir.
Qeyd edək ki, rayon ərazisində mütəmadi olaraq təmizlik-abadlıq işləri davam etdirilir.

Ardını oxu »

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir.

Ardını oxu »

Ermənilər Rusiyalı hərbçilərə atəş açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

Ardını oxu »

Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır -Hulusi Akar

Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.

Adalet.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, Türkiyə bu ilin fevralında Ermənistanda baş vermiş hərbi çevriliş cəhdini pisləyən ilk ölkələrdən olub.

Ardını oxu »

Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib

Rusiyanın Sankt-Peterburq Azərbaycan da daxil olmaqla 15 ölkəyə uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.

Adalet.az bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinə istinadən məlumat verir.

Müvafiq icazələr “Aeroflot”, “S7Airlines” və “PEGAS Fly” şirkətlərinə verilib.

Ardını oxu »

Buraxılış imtahanı keçirilib – Yenilənib

Buraxılış imtahanı keçirilib - <b style="color:red">Yenilənib</b>

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

DİM-dən 525.az-a verilən məlumata görə, iİmtahanlar 10 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 41 imtahan binası, 696 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 41 ümumi imtahan rəhbəri, 115 imtahan rəhbəri, 836 nəzarətçi–müəllim, 82 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 41 bina nümayəndəsi ayrılıb.

Ardını oxu »

Nə üçün hər gün çuğundur yemək lazımdır?

Nə üçün hər gün çuğundur yemək lazımdır? <b style="color:red"></b>

Hər gün istər çiy, istər suda bişmiş, istərsə də salatlarda bir ədəd çuğundur yeməyin orqanizm üçün saysız faydaları var.

525.az medicina.az-a istinadən hər gün çuğundur yeməyin faydalarını təqdim edir.

– Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır – çuğundurda B9 vitamini var

– Bağırsaqları təbii təmizləyir, qəbizliyə qarşıdır – çuğundurda çox miqdar lif var, bağırsaq divarlarını yumşaq, təbii təmizləyir, şlak və toksinləri atır

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 143
  • 24
  • 3,306
  • 65,046
ILK-10 Azeri Website Directory