Aprel 23, 2021

Qalib Sərkərdənin Zəngəzur diktəsi: Qayıdacağıq!

İlham Əliyevin növbəti dəfə göstərdiyi qətiyyət və cəsarətErmənistandaşokeffektiyaradıb

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Ardını oxu »

Azərbaycan Prezidentinin bəyanatından sonra ermənilər ciddi qorxu içərisindədirlər: “İlham Əliyev Mehridə bayrağını ucaltmağa hazırlaşır”

Soros Fondu Ermənistanda itirilən mövqelərini bərpa etmək üçün ölkəmizə qarşı kampaniyasına başlayıb

İkinci Qarabağ müharibəsindən sonra regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bunun əsas şərtlərindən biri isə Zəngəzur dəhlizinin yaranmasıdır. Bu fonda Prezident İlham Əliyevin səsləndirdiyi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik… Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” fikirləri Ermənistanda xüsusi diqqət mərkəzindədir.

Ardını oxu »

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir.

Ardını oxu »

Bu gün 17679 şagird buraxılış imtahanı verəcək

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə respublikanın 16 şəhər və rayonunda buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Ardını oxu »

Goranboy: Rayon İcra Hakimiyyyətinin məlumatı

Goranboy rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ceyhun Həsənov səhhəti ilə bağlı  öz ərizəsinə əsasən, memarlıq və tikinti şöbəsinin müdiri Rüstəm Mehtiyev isə Fövqəladə Hallar Nazirliyinin Azərdövlətlayihə institutunun Gəncə filialına drektor vəzifəsinə təyinatı ilə bağlı,  rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə tutduqları vəzifələrdən  azad edilmişlər.

Ardını oxu »

Zamanın sınaqlarından çıxan münasibətlər

Ölkəmizin Belarusla əlaqələri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır

İkinci Qarabağ müharibəsini möhtəşəm Zəfərlə başa vuran xalqımız öz tarixinin ən şərəfli dövrünü yaşayır. Respublikamızın ərazi bütövlüyünün bərpası ilə nəticələnən bu müharibə möhtərəm Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ordumuzun qüdrətini və milli birliyimizi dünyaya nümayiş etdirdi.

Bu Qələbəyə Azərbaycanın dostları da dərindən sevinir. Bakıda işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi, Azərbaycanın öz milli arzusuna çatmaq yolunda böyük addım atdığını deməsi göstərdi ki, dostlarımız bizim sevincimizi bölüşür, ona şərik olurlar.

Ardını oxu »

Kiçik rolların böyük ifaçısı

Kiçik rolların böyük ifaçısı<b style="color:red"></b>

Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, yadda qalıb, sevilib.

AZƏRTAC xəbər verir ki, görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun dünən 127 illiyi tamam olub.

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

Ardını oxu »

Türk dünyasının uşaqlarının görüşü

BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA EYNİADLI TƏDBİR KEÇİRİLDİ

Türk dünyasının uşaqlarının görüşü <b style="color:red"></b>

Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı – 23 aprel Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirin keçirilməsi Fond ilə təşkilatın bütün üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi və gənc nəslin Türk Dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

Ardını oxu »

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb

Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb<b style="color:red"></b>

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

525.az-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.

Ardını oxu »

Gəncəyə dəymiş ziyan aradan qaldırılır

Gəncəyə dəymiş ziyan aradan qaldırılır<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.

Məlum olduğu kimi, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnmiş və ya tamamilə dağıdılmışdır. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər sürətlə davam etməkdədir.

525.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prosesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 190
  • 28
  • 3,353
  • 65,093
ILK-10 Azeri Website Directory