Aprel 26, 2021

Hicran Hüseynova: Ermənilər öz mənfur xislətlərindən əl çəkməyiblər

Bu günlərdə “Mezzo TV” kanalında Amadeus Mozartın “Titusun mərhəməti” operasının nümayişi keçirildi. Tamaşa Cenevrədəki Böyük Opera Evində səhnəyə qoyuldu. Əsər avanqard tərzdə ifa edilmiş və müasir sivilizasiya tarixindəki hərbi qarşıdurmaların tənqidinə və qınanılmasına həsr olunmuşdu. İkinci aktın əvvəlində səhnəyə Areg Sultanyan çıxaraq, erməni dilində beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək üçün Azərbaycanın həyata keçirdiyi 44 günlük əməliyyat zamanı xalqına qarşı “soyqırımı törədildiyini” bildirdi və bunu səhnələşdirilmiş bir variantda tamaşaçılara təqdim etdi. Qeyd edək ki, bu tamaşanın rejissoru, Rusiyaya girişi qadağan edilən şok və təxribat xarakterli əsərləri ilə tanınan İsveçrəli Milo Raudur. Layihənin musiqi direktoru dirijoru Maksim Emelyanıçevdir.

Ardını oxu »

Pandemiya nə vaxt bitəcək? – Bill Qeyts AÇIQLADI

   “Koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək”.

Bu sözləri “Microsoft” şirkətinin yaradıcısı, milyarder-filantrofist Bill Qeyts “Sky News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin dövrə qədər dünyada COVID-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək.

Maqnat ABŞ və İngiltərə də daxil olmaqla zəngin ölkələrdə vaksinasiyanın yüksək yayılmasına diqqət çəkib.

“Bu bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək” – deyə o, bildirib.

Ardını oxu »

Ramazanın 13-cü gününün duası – İmsak və iftar vaxtı

Ramazanın 13-cü gününün duası - <b style="color:red"> İmsak və iftar vaxtı </b>

Bu gün Ramazan ayının 13-cü günüdür.

525.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da imsak vaxtı saat 04:08-də, iftar vaxtı isə 19:45-dədir.

13-cü günün imsak vaxtı üçün duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”

Ardını oxu »

Ermənistanın hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıldı

Ermənistanın hərbi cinayətlərini araşdırmaq üçün komissiya yaradıldı<b style="color:red"></b>

Erməninstanın Dağlıq Qarabağı işğalı zamanı törətdiyi hərbi cinayətləri araşdırmaq məqsədilə Türkiyə və Azərbaycan başda olmaqla bir çox ölkədən QHT nümayəndələri, diplomat, jurnalist və akademiklərin təşəbbüsü ilə Türkiyədə “Qarabağ müharibəsi cinayətlərini araşdırma komissiyası” təsis edilib.

Komissiyadan 525.az-a verilən açıqlamaya görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təşəbbbüsü ilə Dünya Türk Yazarlar Birliyinin prezidenti Salih Kurt və Prof. Dr. Bayram Altan bir araya gələrək komissiyada iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi məsələsini müzakirə ediblər.

Ardını oxu »

“Baydenin bəyanatı əlaqələrə mənfi təsir edəcək”

“Baydenin bəyanatı əlaqələrə mənfi təsir edəcək”<b style="color:red"></b>

“​ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa bir məna daşımır”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, “soyqırımı” ifadəsindən istifadə edənlər öz tarixlərinə və dünya tarixinə baxmalıdır.

“Təmkinli Amerika xalqı bu haqda nə düşünür? Erməni xalqını təmsil etməyən lobbinin təsiri ilə qəbul edilən bu qərarın ağıl və əxlaqla bir izahı yoxdur. Tarixin belə siyasi açıqlamalarla yenidən yazılmayacağı bilinməlidir.

Ardını oxu »

Yalan və böhtan metodu: Səfir Elmira Axundovaya qarşı qərəzli kampaniya

Yalan və böhtan metodu: <b style="color:red">Səfir Elmira Axundovaya qarşı qərəzli kampaniya</b>

Son günlər bir sıra media orqanlarında Azərbaycanın Ukraynadakı səfiri, tanınmış yazıçı-publisist, Xalq yazıçısı Elmira Axundovanın fəaliyyəti hədəf götürülüb. Yayılan xəbərlərdə iddia olunur ki, səfir Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına maneçilik törədib; E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar meydanı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb, Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib, hətta abidə üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırılmasını tələb edib.

Ardını oxu »

Zərdab: Növbəti aylıq online görüşü

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda pandemiya şəraitində növbəti aylıq  online görüşünü keçirib. Görüşdə Zərdab şəhərindən və rayonun Əlibəyli, Xanməmmədli,  Dəliquşçu, Dəkkəoba, Nəzəralılı,  Məlikli kəndlərindən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak edib.

Müraciətlər əsasən işlə təmin olunma, ünvanlı sosial yardımın və  əlillik dərəcəsinin təyinində qarşıya çıxan problemlərlə bağlı olub. Eyni zamanda qəbulda  seçicilər tərəfindən  həyətyanı torpaq sahəsinin verilməsi, səhiyyə problemləri, təhsil krediti, əfv məsələləri və məhkəmə işi ilə bağlı məsələlər də qaldırılıb.

Ardını oxu »

TOVUZ: Unudulan, diqqətdən kənarda qalan varmı?

Baharın gəlişi Tovuz rayonunda da bir canlanma, gözəl əhval-ruhiyyə, işgüzarlıq mühiti yaradıb. Rayonda bütün işlər əvvəlcədən planlaşdırılır, ciddi hazırlıq görülür, məsul şəxslərin vaxtaşırı hesabatları dinlənilir, icra strukturları tərəfindən nəzarət gücləndirilir. İndi Tovuzda həyatın elə bir sahəsi yoxdur ki, unudulsun, diqqətdən kənarda qalsın. Abadlıq-quruculuq işlərindən tutmuş, insanların gündəlik məişət qayğılarına kimi…

Bir xoş söz də yetər…

Rayon icra hakimiyyətinin başçısı onun evinə gəldi, əlini sıxdı, Vətən müharibəsində iştirakına və şücaətinə görə minnətdarlığını bildirdi. Qaziyə ayrı nə lazımdır? Əlbəttə, bir xoş də söz kifayətdir, diqqət göstərmək yetərlidir. Əlini kürəyinə vurmaq nəyə desən dəyər…

Ardını oxu »

Bu gündən dünyada təhsil sahəsində qlobal fəaliyyət həftəsi başlanır

Bu gündən UNESCO tərəfindən təhsil sahəsində qlobal fəaliyyət həftəsi başlanır.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, builki qlobal fəaliyyət həftəsi təhsilin maliyyələşdirilməsi mövzusuna həsr edilib. Həftə ərzində keçiriləcək tədbirlərdə ictimaiyyətin diqqəti inklüziv və bərabər keyfiyyətli təhsilin təmini üçün təhsilin dövlət tərəfindən maliyyələşdirilməsinin genişləndirilməsinə və hər kəsin ömürboyu təhsil imkanlarına kömək edilməsinə yönəldiləcək.

Ardını oxu »

Türkiyə-Azərbaycan təşkilatları ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanat yayıblar

Qardaş ölkədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan təşkilatları ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatoru Elvin Abdurahmanlı, İstanbul Türkiyə-Azərbaycan (İSTAD) dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu və Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydemirin imzaları ilə yayımlanan bəyanatlarda uzun illərdir dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ-da erməni diasporunun qərəzli fəaliyyətinə qarşı və onun türk millətinə yönəlmiş iftiralarının ifşa edilməsi istiqamətində istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən genişmiqyaslı tədbirlərin görüldüyü bildirilir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 209
  • 28
  • 3,372
  • 65,112
ILK-10 Azeri Website Directory